Babasil xəstəliyi və Dr.Türkan ilə profilaktikası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 382
Səs ver:
(səs: 1)

Arxa dəlik ətrafında qanaxma və ağrı qeyd edildiyi ilk hallarda insanların yol verdiyi ən böyük səhv, onların həkimə gec müraciət etməsidir. Bir çox insanlarda belə bir səhv fikir formalaşmışdır ki, babasil qorxulu xəstəlik deyil. Yuxarıda bu xəstəlik zamanı baş verə bilən fəsadların bir hissəsinin qeyd edilməsi yəqin ki, bu firkin səhv olduğunu zənn etməyə imkan verir. Bundan başqa, yadda saxlamaq lazımdır ki, arxa dəlik ətrafında qanaxma və ağrı hissiyyatının qeyd edilməsi yalnız babasil deyil, ondan daha qorxulu olan (məsələn, düz bağırsaq xərçəngi) xəstəliklərin də əlaməti ola bilər.

Babasilin ilkin əlamətləri qeyd edilən kimi, xəstəliyin ağırlaşmasının qarşısını vaxtında almaq üçün tez bir zamanda həkimə müraciət etmək lazımdır. İlkin dövrlərdə onları medikamentoz yolla da müalicə etmək mümkündür. Gecikdirilmiş hallarda isə həkimlər cərrahi müdaxiləyə müraciət etməli olurlar.

Babasilin risk faktorları

-       xəstəliyə irsi meylliliyin olması;

-       bədən çəkisinin normadan artıq olması;

-       uzun müddət ərzində ayaq üstə və ya oturaq vəziyyətdə işləmək;

-       ağır əşyaların qaldırılması;

-       xroniki qəbizlik;

-       alkoqollu içkilərin xeyli miqdarda qəbul edilməsi;

-       tez-tez kəskin, qıcıqlandırıcı qidaların qəbul edilməsi;

-       təkrar hamiləliklər (xüsusən də uşağın ölçülərinin böyük olması və çoxdöllü hamiləlik zamanı) və s.

Qeyd etmək lazımdır ki, babasil xəstəliyinin profilaktikası, digər bağırsaq xəstəlikləri kimi, dişlər və mədə xəstəliklərinin profilaktikası olmadan aparıla bilməz.

Babasilin profilaktikası

- Bağırsaqların normal fəaliyyəti üçün daim fiziki gərginlik lazımdır (idmanla məşğul olmaq, uzun müddət ərzində açıq havada gəzmək);

- Əgər işiniz uzun müddət ərzində oturaq haldadırsa (sürücülər, ofis işçiləri və s.), gün ərzində mümkün qədər tez-tez ayağa qalxmaq, gəzmək, sadə idman hərəkətləri etmək lazımdır. Avtomobilin oturacağı və ya iş yerində oturduğunuz kreslo çox yumşaq olmamalı.

- Nəcis ifraz edilməsinə mütləq nəzarət edərək qəbizliyin olmasına yol verməyin. Babasilin inkişaf etməsinin və ya onun kəskinləşməsinin qarşısını almaq üçün tərkibində kifayət qədər sellüloz olan qidaların qəbul edilməsi kimi pəhriz rejiminə əməl etmək lazımdır. Bu, qəbizliyin aradan götürülməsinə, defekasiya aktının güc vermədən baş verməsinə səbəb olur. Meyvə və tərəvəzlər sellüloz ilə zəngin olur. Sellüloz buğda kəpəyində xeyli miqdarda olur ki, bunları da qidaya əlavə etmək olar.

Qəbizliyi olan insanlar üçün ən sadə bir üsulu qeyd etmək olar: 1 çay qaşığı buğda kəpəyinin üzərinə ¼ stəkan ilıq su əlavə edib 10-15 dəqiqə saxladıqdan sonra içmək lazımdır. İlk 2-3 gün ərzində buğda kəpəyindən 1-2 çay qaşığı istifadə etmək, nəticə alınmadığı halda isə gün ərzində qəbul edilən bugda kəpəyinin miqdarını tədricən

5-6 çay qaşığına qədər artırmaq olar. Nəcis ifrazı normallaşdıqdan sonra gün ərzində qəbul edilən bugda kəpəyinin miqdarını tədricən azaldaraq 1-2 çay qaşığına çatdırmaqla uzun müddət ərzində qəbul etmək tövsiyə olunur.

 

Köhnə bir lətifədə deyilir: "Babasil elə xəstəlikdir ki, xəstə onu nə özü görə bilir, nə də başqasına göstərə bilir”.
Unutmayın, xəstəliyin qarşısını almaq, onu müalicə etməkdən qat-qat asandır. Və heç vaxt özünümüalicəylə məşqul olmayın! Babasilin yuxarıda qeyd etdiyimiz hər hansı bir əlaməti olduqda, mütləq həkimə müraciət edin.

Qəbula yazılmaq istəyən şəxslər (+994 51) 491 75 75 nömrəsi ilə əlaqə saxlaya və vaxtları təyin etdirə bilərlər :) 
Sağlamlıq ən böyük hədiyyədir. Hər zaman sağlam qalın!

 Göstərdiyi xidmətlər :

- Babasil xəstəliyinin müalicəsi

- ANAL ÇATLARIN MÜALİCƏSİ

- DERMOİD KİSTLƏRİN MÜALİCƏSİ

- PERİANAL FİSTULLARIN MÜALİCƏSİ

Və həmçinin bu xəstəliklərin müalicəsi ən müasir üsullarla aparılır
 

(səs: 1)
Şərhlər: 3
Baxılıb: 4 382
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri