Qripi soyuqdəymədən necə ayırmaq olar?

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 959
Paylaş:
Səs ver:
(səs: 2)
Qripin və soyuqdəymənin simptomları oxşardır - öskürək, burun tutulması, boğaz ağrısı və s.
Bu vəziyyətdə necə başa düşmək olar - bu qripdir yoxsa soyuqdəymədir? Bu çox vacibdir. Soyuqdəymə daha asan keçir və insan daha tez sağalır. Qripp isə əksər hallarda ağır keçir və qripin fonunda müxtəlif ağırlaşmaların (pnevmoniya, bronxit, haymorit, beyin, ürək, böyrəklər iltihabı) inkişafı riski daha böyük olur.
Soyuqdəymənin ilk simptomları arasında: boğazda ağrılar, burun tutulması, öskürək. Hərarətin yüksək qalxması soyuqdəymə üçün xarakterli deyil, hərarət adətən 38 C-dən yuxarı qalxmır. Uşaqlarda soyuqdəymə fonunda hərarət daha yüksək ola bilər.
Soyuqdəymə adətən 1 həftə ərzində davam edir, simptomlar həftənin sonuna kimi tədricən azalır və daha sonra insan sağalır. Əgər simptomlar 1 həftədən artıq davam edirsə və zəifləmirsə, bu o deməkdir ki, soyuqdəyməyə bakteriya infeksiyası "qoşulub" və bu halda antibiotiklərin istifadəsinə ehtiyac yarana bilər. Mütləq həkimə müraciət edin. Boğazda güclü ağrılar, yüksək hərarət - tonzillitin (angina), qulaqda güclü ağrılar - daxili qulağın iltihabının (otit) simptomu ola bilər.
Qrip soyuqdəymə ilə müqayisədə daha ağır keçir, simptomlar daha tez artır. Qripin simptomları: boğazda ağrı, yüksək hərarət (39-40 C kimi qalxa bilər), baş ağrısı, güclü əzələ, oynaq ağrıları, burun tutulması, öskürək. İnsan özünü çox zəif, halsız hiss edir, bəzən yataqdan qalxa bimir. Soyuqdəymə zamanı insanın vəziyyəti daha yüngül olur. Qripp zamanı yüksək hərarət 3-4 gün ərzində davam edə bilər.
Qripin simptomları soyuqdəymə ilə müqayisədə daha gec keçir. Soyuqdəymə ilə müqayisədə qripp zamanı insan 2-3 həftə ərzində özünü zəif və halsız hiss edə bilər. Qripin ən tez-tez təsadüf edilən ağırlaşmalardan biri pnevmoniyadır (sətəlcəm). Bu ağırlaşmanın inkişafı riski uşaqlar və yaşlı insanlar, ürək və ağ ciyər xəstəlikləri olan insanlarda daha yüksəkdir. Əgər sizdə qripin fonunda təngnəfəslik inkişaf edibsə, mütləq həkimə müraciət edin - bu pnevmoniyanın əlaməti ola bilər. Pnevmoniyanın digər əlaməti - hərərət düşdükdən sonra onun növbəti gün yenidən təkrar qalxmasıdır.
Əgər öskürək 2-3 həftə ərzində davam edir və keçmirsə, bu bronxit ola bilər.
Həm soyuqdəymə, həm də qripp virusları insan orqanizminə selikli qişalardan (ağız, burun, gözlər) daxil olur. Bu səbəbdən soyuqdəymə və qripp viruslarının epidemiyaları zamanı çöldən evə qayıtdıqda üzünüzü, burnunuzu yuyun, ağzınızı qarqara edin (bunun üçün çobanyastığı, sürvə otu, propolis dəmləmələri istifadə etmək olar), əllərinizi tez-tez yuyun, xəstə insanlarla təmasda olmayın, immun sisteminizi daim möhkəmləndirin.

loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 959
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv