Alimlər yalnız Braziliyada rast gəlinən və "Polybia Paulista"
adlandırılan eşşək arısı növünün xərçəngin müalicəsində böyük irəliləyiş
ola biləcəyini iddia edir.
Alimlər həmin eşşək arılarının zəhərindən xərçəngə qarşı mübarizədə istifadə edə biləcəklərinə inanırlar.
Sao Paulo Universitetinin professorları eşşək arısının zəhərindəki
"MP1" adlı maddənin xərçəngli hüceyrələrə yapışaraq onları məhv etdiyini
iddia edirlər. Mütəxəssislər araşdırmaların hələlik ilkin mərhələdə
olduğunu və xərçəngin müalicəsində eşşək arısı zəhərindən istifadə etmək
üçün hələ uzun müddət tədqiqatlara davam edəcəklərini açıqlayıblar.