Lipoma

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 8 012
Səs ver:
(səs: 0)
Lipoma piy toxumasının xoşxassəli şişidir.
Yağ hüceyrələrinin sistləşməsi və ətrafında kapsul yaranması ilə inkişaf edən xoşxassəli şiş.Adətən lipomalar beldə, boyunda, dərinin tüklü nahiyələrində (xüsusən başda), qolda və ayaqda müşahidə olunur. Amma çox fərqli nahiyələrdə, hətta daxili orqanlarda da lipoma qeyd olunmuşdur.
Lipoma anadangəlmə və sonradan inkişaf edə bilər. Lipomaların daxilində piy vəzi hüceyrəsi olduğu üçün kilo artdıqca lipoma da böyüyə bilər və yamüəyyən ölçüdən sonra uzun illər dəyişməz qala bilər.
Buna cərrahın baxması və müəyyən etməsi məsləhətdir, xüsusən xəstədə böyüyən və sərtləşən şişkinlik qeyd olunursa. Çünki xəstədə lipoma deyil, liposarkoma ola bilər. Liposarkoma lipomadan fərqli olaraq bədxassəlidir və təcili müalicə olunması lazımdir.
Lipomaların çox az miqdarda da olsa bədxassəli olanı qeyd olunur.
Lipomalar əsasən xoşxassəli olduqları üçün orqanizmə ziyanlı deyil, lakin infeksiya riski olduqda, getdikcə inkişaf edərsə, yerləşdiyi yerdə xəstəni narahat edirsə və kosmetik problem yaradırsa, götürülməsini məsləhətdir. Lipomanın müalicəsi cərrahi yolladır. Yerli keyitmə ilə kiçik kəsiklə 5-10 dəqiqə icra olunan proseduradır. Bu prosedura xəstədə heç bir narahatçılıq yaratmır.

Dr.Bəxtiyar Qəhrəmanov

Bariatik ,Estetik Cərrah
(+99455) 395 44 55
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 8 012
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri