Uşaqlarda düz bağırsağın sallanması

Müəllif: NoName
Şərhlər: 3
Baxılıb: 953
Paylaş:
Səs ver:
(səs: 0)
Düz bağırsağın sallanması kiçik yaşlı uşaqlara xas olan haldır. Buna səbəb qəbizlik və ya ishal olur.
Digər bir tərəfdən də uşağın uzun müddət ərzində güvəcdə ("qorşokda”) oturması (buna qəti şəkildə yol vermək olmaz) da düz bağırsağın sallanmasına gətirib çıxara bilər. Adətən, bu patologiya zəifləmiş, distrofik uşaqlarda müşahidə olunur.

Xəstəliyin əlamətləri - defekasiya aktının sonunda arxa dəlikdən düz bağırsağın al-qırmızı selikli qişası xaricə çıxır. Başlanğıc etapda düz bağırsağın kiçik bir hissəsi sallanmış olur. Bunu ana özü də çətinlik çəkmədən içəri sala bilir. Sonralar isə silindr formasında olan bütün düz bağırsaq xaricə çıxır. Belə sallanmanı həkim yardımı olmadan düzəltmək mümkün olmur.

İçəri salınmamış düz bağırsaq qanayır, üzərində eroziya və xoralar və s. dəyişikliklər əmələ gəlir ki, bu da uşağın sağlamlığı və həyatı üçün ağır hesab edilən fəsadlara səbəb ola bilər. Düz bağırsağın sallanmasını ilk dəfə aşkar edən kimi, uşağı mütləq qastroenteroloqa göstərmək lazımdır.
Düz bağırsağın sallanmasının əsas müalicə prinsipi ona səbəb olan faktorların kənar edilməsindən ibarətdir. Müalicə effekt verməsə, cərrahi əməliyyat aparılır.

Dr.Bəxtiyar Qəhrəmanov
Bariatik ,Estetik Cərrah
(+99455) 395 44 55

loading...
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 953
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Aybə
Allah uzaq eləsin belə bir şeyi balalarımnan uzaq.
1 may 2016 23:45
3
Hamınız insan bədəninə həbs olubmuş bir kəpənəyik..Əlbət bir gün qanadlarımızı açarıq..
Offline
vipbetul
lazimli melumat oldu bu cur hal bas vrirse tecili hekime muragiyet etmek vagibdir
1 may 2016 22:00
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Antikvar
Qarşoqa çox oturmaqla uşaqların bağırsaqları sallanır bu barədə məlumatım yoxuydu,bildiyim yaxşı oldu,balacası yoxda böyüyü arada olur oturur.Təşəkkürlər diqqət edəcəyim proseslərdən biri olacaq.
1 may 2016 21:47
1
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv