Dəri
xəstəliyinin ən ciddisi dəri xərçəngi dərinin epidermal mənşəli
bədxassəli şişi olub, ən çox yayılan onkoloji xəstəliklərdən hesab
olunur. 70 yaşa qədər insanlarda 45-50% hallarda rast gəlinir. Amerikada
il ərzində milyonlarla insan bu xəstəlikdən əziyyət çəkir.
Dəri
insan orqanizminin ən böyük orqanıdır. O daxili orqanların üzərini
örtür ,onları zədələnməkdən qoruyur, orqan və xarici mühitin
mikroorqanizmləri arasında baryer rolunu oynayır, suyun və digər
mayelərin bədəndə normadan artıq çıxmasının qarşısını alır, bədən
temperaturunu normallaşdırır və bədənin artıq maye və duzlardan xaric
olmasına şərait yaradır. Dərinin bəzi hüceyrələri beyinlə əlaqədardır və
bu da temperatur, ağrı hissi və toxunmanı hissə etməyə səbəb olur.
Dəri
3 hissədən ibarətdir: epiderma, derma və dərialtı qat. Epidermada
melonosit adlanan hüceyrələr var ki, onlar da öz növbəsində qoruyucu
piqment olan melanini sintez edirlər. Melaninin hesabına dəri ya
sarı-qəhvəyi ya qəhvəyi rəngli olur, bu da dərinin daha dərin qatlarının
günəşin ziyanlı şüalarından qoruyur. Dəri xərçəngi əmələ gəlməsinin
risk faktorları aşağıdakılardır.
orqanizmin genetik meyli
ultrabənövşəyi və ionlaşdırcı şüalanma
dəri üzərinə düşən müxtəlif konserogen maddələr
tabak tüstüsünün konserogenləri
Beləliklə,
əsas səbəb kimi xəstəliyin əsasında epitelin daimi fiziki və kimyəvi
konserogenlərlə zədələnməsi və əlbəttə ki, irsi meyllilik də durur. Dəri
xərçənginin müxtəlifliyi: indiki dövrdə dəri xərçənginin aşağıdakı
formaları mövcuddur:
Bazalhüceyrəli karsinoma
Bazalhüceyrəli
karsinoma və ya bazilioma, dəri karsinoidi və s. Dəri xərçəngi
içərisində 75% təkcə bu növün payına düşür və uyğun olaraq da
yayılmasına görə birinci yerdədir.
Bu
xəstəliyə ən çox açıq dərili, açıq rəngli gözə və saça malik insanlar
tutulurlar. Şiş adətən, kiçik düyün şəklində başda, boyunda və ya
əllərdə əmələ gəlir. Bir qayda olaraq, bu düyün çox yavaş templə böyüyür
və bir neçə ildən sonra 1 sm-ə qədər böyüyə bilər. Sonra qanaxma verir,
çapıqlaşır, sağalır və hər şey yenidən təkrar olunur. Bəzən
bazalhüceyləri karsinoma bədəndə qırmızı ləkələr şəklində də əmələ gələ
bilər. Nadir halda metastaz verərək dəri altı toxumalara keçərək onları
dağıda bilər.
Yastıhüceyrəli xərçəng- skvamoz hüceyrəli karsinoma
Bu
növ karsinoma açıq dərili adamlar içərisində dəri xərçəngi üzrə ikinci
ən çox yayılmış formadır. Bu forma dərinin üzərindən bir qədər
hündürlükdə yerləşən və ya soyulan qırmızı ləkə şəklində olur, bəzən çox
böyük ölçülərə çatır və metastaz verə bilir. Yastıhüceyrəli xərçəngin
ən çox lokalizasiya olunduğu nahiyələr üz, dodaq, ağız boşluğu və
qulağın sırğalıq nahiyəsidir. Vaxtında qoyulan diaqnoz və düzgün
aparılmış cərrahi müalicə nəticəsində bazalhüceyrəli və yastıhüceyrəli
xərçəngin sağalma şansı 95% -dir.
Melonoma
Bu
xərçəng növü melanosit adlanan hüceyrələrdən inkişaf edir. Onlar
embrional dövrdə dəriyə, gözə və mərkəzi sinir sisteminə miqrasiya
edirlər.
Melanoma
yuxarıda qeyd olunan hər iki növ xərçəngə nisbətən az rast gəlinir,
lakin bu daha ciddi xəstəlik hesab olunur. Melanoma bədxassəli şişlərə
aid olub, bütün dəri şişlərinin 13%-ni təşkil edir və son illərdə bu
xəstəlikdən əziyyət çəkənlər sürətlə artmaqdadır. Melanoma əksər
hallarda ağ dərili kişilərin bədənində və ağ dərili qadınların aşağı
ətraflarında rast gəlinir. Halbuki xəstəlik hər tip dəriyə malik
insanlarda və bədənin müxtəlif yerlərində rast gəlinə bilər. Tünd dərili
insanlarda melanomaya tutulma riski daha azdır. Lakin tünd dərili
adamların ovuclarında, dırnaqlarının altında və ayaqaltında inkişaf edə
bilərlər.
Çox
nadir halda melanoma orqanizmdə dəri olmayan nahiyələrdə, məsələn, göz,
ağız boşluğu, uşaqlıq yolu və digər daxili orqanlarda inkişaf edə
bilər. Xüsusilə də nəsillərində melanoma olan insanlar dəridə hər hansı
şübhə doğuran ləkə və ya törəməyə rast gəlsələr, mütləq həkimə müraciət
etməlidirlər. Lakin bu yalnız genetik meylli insanlara deyil, bütün
insanlara aiddir.
Melanomanın
diaqnostika və müalicəsi onkologiyada hələ də çətin bir problem olaraq
qalır. 75 % hallarda artıq xəstələrdə yayılmış vəziyyət olur və bu zaman
da cəmi 50% hallarda xəstənin ömrü 5 ilə qədər uzadıla bilir.
Ortalama
olaraq hər insan 20 anadangəlmə xala malikdir, lakin il ərzində 100000
insandan yeddisi bu xəstəlikdən əziyyət çəkir. Hər il melanomadan 30-50%
insan həyatını dəyişir. Lakin melanoma da bütün bədxassəli şişlər kimi
erkən mərhələlərdə müalicəyə tabe olur.
Diaqnoz biopsiyaya əsasən qoyulur. Metastazları istisna etmək üçün PET-KT aparılır.
Müalicə
isə mərhələdən, pasientin yaşından və sağlamlıq vəziyyətindən asılı
olaraq dəyişilir. Üstünlük çox zaman cərrahi əməliyyat vasitəsilə şişin
götürülməsinə verilir, lakin bundan əlavə radioterapiya, kimya
terapiyası, immunoterapiya da tətbiq olunur.