Qəbizliyə səbəb olan 5 PİS VƏRDİŞ

Şərhlər: 1
Baxılıb: 3 007
Səs ver:
(səs: 0)
Qəbizlik ən yayılmış həzm sistemi pozulması sayılır. Xroniki qəbizlik yoğun bağırsağı xərçəngi kimi ağır və son zamanlar artmaqda olan xərçəng növünün riskini xeyli artırır.

Xroniki qəbizlik orqanizmin xroniki intoksikasiyasına səbəb olur - oqanizmdən vaxtında xaric olmayan ziyanlı maddələr yoğun bağırsağın divarına sovrulur və sonra qan axını ilə bütün orqanizm boyu yayılır. Xroniki intoksikasiya immun sistemini zəiflədir, ürək-damar, sinir sisteminin fəaliyyətinə, dərinin vəziyyətinə çox mənfi təsir edir, orqanizmdə qocalma proseslərini sürətləndirir.
Sizə qəbizliyə səbəb olan ən yayılmış 5 pis vərdişi təqdim edirik.
1. Nəcisi saxlamaq.
Bu çox pis və təhlükəli vərdişdir ki, nəticədə ağır qəbizliyin inkişafına səbəb olur.
2. Az su içmək. Su bağırsaqların normal fəaliyyəti üçün çox vacibdir. Gün ərzində 8 stəkan təmiz su içməyə çalışın. Suyu digər mayelərlə əvəz etməyin. Çay, qəhvə, kola kimi içkilərin çoxlu miqdarda qəbulu orqanizmin susuzlaşmasına və qəbizliyə səbəb olur.
3. Meyvə-tərəvəzlərin az miqdarda qəbulu. Meyvə və tərəvəzlər bağırsaqları "işlədən" qidalı liflərlə zəngindir. Bu liflər bağırsaqlara "süpürgə" kimi təsir edir və bağırsaqları çox yaxşı təmizləyir.
4. Az hərəkət etmək. Orqanizmin bütün digər orqanları kimi bağırsaqlar da hərəkəti sevir. Hərəkət bağırsaqların peristaltikasını gücləndirir, qəbizliyin qarşısını alır.
5. Pəhrizlərdən süi-istifadə etmək. Hal hazırda arıq olmaq dəbdədir. Təəssüf ki, qadınlar tez-tez bu dəbin qurbanların çevrilir. Düzgün seçilməmiş pəhrizlər, monopəhrizlər (hər hansı bir qida növü ilə qidalanma) mədə-bağırsaq sistemində ciddi pozulmalar yaradır. Bu pozulmalardan biri də qəbizlikdir.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 007
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri