Ağciyər xərçəngi - 50 yaşdan sonra hər bir kişi təhlükədədir

Müəllif: Barbaris
Şərhlər: 3
Baxılıb: 2 607
Səs ver:
(səs: 0)
Ağciyər xərçəngi nədir, simptomları hansılardır?
Qadinla.com bildirir ki, ağciyər xərçəngi ən gizli gedən, çox vaxt bədxassəli olub, sürətlə residiv və metastaz verən xəstəlikdir. Kliniki formaları o qədər çoxdur ki, bir çox ağciyər xəstəliklərinin simptomları altında gizlənə bilir. Hazırda dünyada onkoloji xəstəliklər sırasında liderdir.

Risk faktorunda olanlar:
-İrsi, nəsildən keçmə - ən azı 3-5 qohumda bu növün olması
-Ekzogen - aşırı tütün çəkmə, konsaragen çirkli hava ilə nəfəs almaq
-Endogen - 50 yaşından sonra pnevmaniya, bronxit, endokrinopatiya və s. xroniki xəstəliklərdən əziyyət çəkmə.

Formaları:
-Mərkəzi - iri bronxları tutur.
-Periferik - daha nazik bronxları tutur, düyünvari, pnevmaniyaya bənzər
-Mediastinal - limfadüyünlərin metastazı, digər orqanlardan keçid.

Əsas simptomları:
İntoksikasiya əlamətləri: yorğunluq, əzginlik, anoreksiya, sürətlə arıqlama və s.
-Xəstələr öskürərkən tüpürcəkdə və bəlğəmdə al qan izləri görənə kimi həkimə getmirlər. Bu siqnal isə artıq şişin 3-cü mərhələyə keçdiyini göstərir.
-60% xəstələrdə sinədə, kürəkdə ağrılar olur.
-Öskürək reflektordur, bronxlardan səs gəlir. Əvvəlcə quru öskürək, sonra nəm, irinli bəlğəmlə müşayiət olunur.
-Hıçqırma və gəyirmələrin intensivliyi artır.
-Ən tipik simptom obturasion pnevmaniyanın sürətlə residivləşməsidir. 50 yaşından sonra xüsusən çox siqaret çəkən kişilər pnevmaniya simptomlarını nəzərdən qaçırmasınlar.

Diaqnostikası:
Xərçəngin bu forması o qədər gizli və simptomsuz inkişaf edir ki, həm pasiyenti, həm həkimləri çaşdırır.
Ən ağır forması xırda hüceyrəli formadır. Bu hidtoloji forma dərhal metastaz verir və müalicəyə az tabe olur. Bu növ çox nadir halda rast gəlinir və ağciyər paylarını bərabər olaraq tam örtür.

Müalicəsi:
Şişin lokalizasiyası və dərəcəsindən asılı olaraq seçilir.
Kombinə olunmuş müalicə effektivdir: cərrahi müdaxilə, kimyaterapiya və şüa terapiyası.
Xırdahüceyrəli şişi demək olar ki, əməliyyat etmirlər.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 607
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri