"Sytit"-qadınlarda sidik yolu infeksiyası

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 2 621
Səs ver:
(səs: 2)
Qadınlarda sidik yolu infeksiyasına, kişilərə nisbətən daha çox rast gəlinir. Təxminən qadınların 50-60%'ı həyatlarında ən az bir dəfə sidik yolu infeksiyası keçiriblər. Bir çox qadınlarda sidik yolu infeksiyası təkrarlanır. Sidik yolu infeksiyasının tez-tez təkrarlamasıhəm həyat keyfiyyətini düşürə bilir, həmdə böyrəklər tərəfindən ciddi problemləriözü ilə gətirə bilər. Yəni infeksiyaların təkrarlanmaması üçün lazımlı tədbirlər vaxtında alınmalıdır.Sidik yolları infeksiyasının səbəbləri Qadınların sidik yolları xaricə çox qısa birkanalla açılır. Bu səbəblə çöldən mikrobların girməsi daha asandır. Xüsusilə, vaginal və anal bölgədə olan enterobakteriyalar yuxarı doğru sidik kanalına və sidik kisəsinə yayıla bilir. Bu mikrobların sidik kisəsinə girməsi və çoxalması infeksiyaların olmasına səbəb olur. Xüsusilə, bədən müqavimətinin azaldığı və immunitetin zəiflənmə vəziyyətlərdə bunlar daha tez əmələ gələ bilər.Sidik yolları infeksiyasının kliniki əlamətləri
- sidiyə gedəndə yanma və göynəmə, tez-tez sidiyə çıxma, sidik edərkən çətinlik, sidiyin qanlı gəlməsi, qarının və belin aşağı nahiyyələrində ağrılar, sidiyi tuta bilməmə, qızdırma, halsızlıq. Bu vəziyyətdə mütləq həkimə müraciət etmək və sidiyin ümümi analizini vermək lazımdır.
Lakin, bəzən ümumi analizin yetərli olmadığına görə, sidiyin əkilməsi tələb oluna bilər. Sidiyin əkilməsi infeksiyanın növünü və antibiotiklərə həsaslığını dəqiq təyin etməyə imkan verir. Ancaq əkilmədən sonra ən təsirli dərmanı seçmək olar.

Sidik yolları infeksiyasının müalicəsi;
Şikayətlər çox şiddətli deyilsə, ilk tədbir alınan maye miqdarını artırmaqdır. Bol maye alışı daha çox sidik ifrazına səbəb olaraq, sidik ilə mikrobların çölə doğru atılmasını təmin edir.
Systitin müalicəsində ən əhəmiyyətli səhvlər
- xəstəyə nəzarətsiz olaraq geniş spektrli, yani bütün bədəndə təsirli olan və faydalı mikrobları da öldürən, antibiotiklərin təyini, uzun müddətli antibiotiklərin istifadəsi və sidik yollarına uyğun olmayan dərmanların seçilməsidir.
Yanlış istifadə olan dərmanlar irəlidə daha böyük problemlər yaradar.
Düzgün müalicənin əsas
- uyğun dərmanların (antibiotikler və bitki tərkibli) seçilməsi, sidik yollarının turşuluq dərəcəsinin nizamlanması, maye alınımının artırılması, altda yatan böyrək xəstəliklərin aradan qaldırılması.Sidik yolu infeksiyası antibiotik müalicəsinə yaxşı cavab verir. Bu məqsədlə sidik yolu infeksiyalarından ən çox rast olan mikroorqanizm E.Coli'ye qarşı təsirli antibiotiklər istifadə edilməlidir. Ağrını aradan qaldırmaq məqsədi ilə spazm həll edicilər və ağrı kəsicilər istifadə edilə bilər. Bol maye qəbulu müalicənin effektivliyini artırır. Ayrıca, C vitamini, quş üzümü tərkibli çaylar, vaginal şamlar, probiotiklər və immunmodulyatorlar sidik yolu infeksiyasının müalicəsində istifadə edilə bilər. Ümumiyyətlə, sadə sidik yolu infeksiyalarının müalicəsində 3 günlük müalicəsi kafi olmalıdır. Əgər sidik yolu infeksiyası bir il ərzində 3 və ya daha çoxolursa, o hallarda altda yatan başqa səbəblərin də araşdırılması lazımdır.

Ginekoloq: Nərminə Əskərova.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 621
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri