Menstruasiya dövründə saç boyatmaq olarmı?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 11
Baxılıb: 1 659
Səs ver:
(səs: 0)
Adət dövründə bir qadının hormon tarazlıqları tamamilə dəyişir. Təbii olaraq bu dövrdə orqanizmin kimyəvi maddələrə verdiyi reaksiya də fərqlidir. Saç boyasında da kimyəvi maddələr olduğu üçün bu dövrdə orqanizm saç boyasına qarşı həmişəkindən daha fərqli reaksiya verir. Boya tam olaraq tutmadığı üçün saçlarını boyadan qadınlar çıxan nəticədən məmnun qalmırlar. Bu dövrdə yalnız ağlara qarşı aparılan dib boya da uğurlu nəticə vermir və saç dərisindəki ağlar tamamilə bağlanmır. Saçlarını tünd rənglərə boyadan qadınlar üçün problem olmasa da, qırmızı, sarı və platin tonları gözlənildiyi kimi olmadığı üçün professional saç ustaları menstruasiya bitəndən sonra saç boyamağı məsləhət görürlər. Eyni problem bu dövrdə arzuolunmaz tüklərin alınması zamanı da baş verə bilər.

Menstruasiya Dövrü Saç Rənglənməsinin Elmi Əsası Varmı?

Mentruasiya halında saç rəngləməklə bağlı sualların cavabı gözəllik salonları və bu dövrdə uğursuz təcrübələr yaşayan qadınlarla "xeyir" olaraq cavablandırsa da bu mənada aparılan tədqiqatların qənaətbəxş elmi nəticələri yoxdur. Çünki hər bir qadının bədəni və hormonları fərqlidir. Bir adamın ədəd dövründə yaşadığı dəyişiklikləri bir başqa qadın yaşamaya bilər. Bəzi qadınlar bu dövrdə saçlarını rahatlıqla rənglədiyini və hər hansı bir tərslik yaşamadığını söyləyirlər. Ancaq başa vurduqda qadınların əksəriyyətinin bu dövrdə saçlarını rəngləməkdən çəkindikləri görülür.
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 1 659
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri