Kaliy orqanizmə nə üçün lazımdır?

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1298
Paylaş:
Səs ver:
(səs: 0)
Sizə insan orqanizmi üçün daha bir lazımlı mikroelement olan " kaliy" haqda məlumat vermək istəyirik.
O, orqanizmin su balansına, ürəyin işinə, əzələ və sinirlərin fəaliyyətinə cavabdeh sayılır. Həmçinin şişləri azaldır, təzyiqi normallaşdırır,şlaklardan azad edir və spazmları azaldır. Eyni zamanda beyni oksigenlə təmin edərərək həm  fiziki,  həm də əqli yorğunluğu azaldır. Bu mikroelementdən orqanizmində 250 qr vardır.
 
İnsan sağlamlığını qorumaq üçün gündəlik olaraq kaliy tərkibli məhsullar qəbul etməlidir.  Gündəlik norma 1-2 qr təşkil edir. Orqanzimdə onun miqdarı fəsillərə uyğun dəyişərək, yaz aylarında az, payizda isə 2 dəfə artır.
Bədəndə bu mikroelement  çatışmadıqda bu kimi əlamətlərlə qarşılaşa bilərsiniz: quru dəri, yaraların gec sağalması, qırılan saçlar, şişlər və əzələ ağrıları. Həmçinin bu çatışmazlıqdan  təzyiqin aşağı olması, sümüklərin zəifləməsi, yuxusuzluq və depressiya kimi  nəticələrə gətirə bilər.
Belə hallarda kaliy tərkibli qida məhsullarının  rasionunuza artırılması məsləhət görülür. Hansı qida məhsullarında kalinin miqdarı çoxdur?
Bunlara ilk öncə meyvə və tərəvəzlər aid edilir. Həmçinin paxlalılar və dənli bitkilərdə də kalinin miqdarı çox sayılır.
Tərkibində bu mikroelementi zəngin olduğu meyvə və giləmeyvələr: portağal və mandarin, üzüm, alma, çiyələk, banan, yemiş, qarpız, itburnu, alça, qara və qırmızı qarağat. Kaliy həmçinin xiyar, kələm, turp, yulaf yarması və qozda var.
Qida məhsullarının tərkibində olan kaliy ziyansız sayılır, çünki sidiklə tez bir zamanda orqanizmdən xaric edilir. Lakin böyrəküstü vəzin normal işləmədiyində ürək funksiyasının pozğunluğuna, sidik ifrazının çoxalmasına və yüksək həyəcana səbəb ola bilər. Kalinin bədəndə normadan çox olması , hiperkalimiya da,  bədənə ziyan vura bilir. Belə hallarda hüceyrələrin zədələnməsi, maddələrdə  turşu-qələvi tərkibli pozuntuları, böyrək  işinin pozulamsı, şok, yuxusuzluq, aritmiya, mədə pozuntuları kimi  problemlər ola  bilir.
Bu element idmançılar üçün mütləq sayılır, belə ki fiziki məşğələlər zamanı ürək damar sisteminə yük düşür. Bu mikroelemet isə orqanların işini normallaşdıraraq, ürək ritmi və arterial təzyiqi tənzim edir.

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 1298
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv