Suallarınızı cavablandırır:Milli Təhlükəsizlik Nazirliyi Hospitalının Cərrah Mama Ginekoloqu Tibb Elmləri Namizədi - Əziz Rəfibəyov
Tibb Elmləri Namizədi Dr.Əziz Rəfibəyov 13mart 1972-ci ildə Qırğızıstanın Bişkek şəhərində anadan olub. 1989-cu ildə Qırğızıstan Dövlət Tibb Akademiyasının müalicə-işi fakultəsinə qəbul olmuşdur və 1997-ci ildə oranı bitirmişdir. 1997-1999-cu illərdə Mamalıq və ginekologiya ixtisası üzrə kliniki ordinaturada təhsil almışdır. 1999-2000-ci illərdə Azərbaycanın Sumqayıt şəhərində Doğum evində işləmişdir.
2000-ci ildən o, Qırğızıstan-Rusiya Slavyan Universitetinin aspiranturasında təhsil almışdır və 2003-cü ildə uğurla namizədi olduğu "Qalxanvari vəzinin hipofunksiyasının xoşxassəli şişlərin əmələ gəlməsi və qadın cinsiyyət orqanlarının hiperplastik prosseslerine təsiri" dissertasiyasını müdafiə etmişdir. O, 2003-2007ci illərdə Bişkekdə Milli Doğum Evində işləmişdir. O, 2007-2015-ci illərdə Sumqayıt şəhərində yerləşən "Real Tibb Mərkəzi", çalışmışdır. Hal-hazırda o, German Hospitalda Şöbə müdiri vəzifəsindəçalışır.
Telefon və whatsapp: 0517264477 Ünvan: Bakı şəhəri, German Hospital