Uşaqlıqdaxili patologiyaların müasir diaqnostika və müalicəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 691
Səs ver:
(səs: 1)
Hörmətli xanımlar bu dəfədə ümumi maraqları nəzərə alaraq fərqli mövzuya toxunuram. Ümüd edirəm mövzuya dair sizi geniş maraqlamdırmış olacam.
Uşaqlıqdaxili patologiyalara etiologiyasına və patogenezinə görə fərqlənən  bir sıra xəstəliklər aiddir. Bu xəstəliklərə submukoz mioma, adenomioz, endometriumun hiperplaziyası və polipi, xroniki endometrit, uşaqlıqdaxili arakəsmə və s. daxildir.
Bu xəstəliklər müxtəlif yaşlı qadınlarda rast gəlinməklə yanaşı,müxtəlif kliniki əlamətlərə və şikayətlərə malik olurlar.Bütün bu ginekoloji xəstəlikləri birləşdirən isə,onların müasir və aparıcı metod olan histeroskopiya vasitəsilə diaqnostikasının aparılmasıdır.
 
Histeroskopiya optik cihaz vasitəsilə uşaqlığın divarlarına  baxmaq üsuludur.Həm diaqnostika,həm də cərrahiyyə məqsədi ilə istifadə olunur.Histeroskopiya uşaqlıq boşluğuna vizual baxış,uşaqlıqdaxili patologiyanı aşkarlamaq,yerini dəqiqləşdirmək və ehtiyac olarsa,biopsiya və ya əməliyyat aparmaq imkanı yaradır.
Histeroskopiyanın aparılmasının göstərişləri isə bunlardır: menstural tsiklin pozğunluqları ,postmenopauzada qanlı ifrazat,submukoz mioma, adenomioz,endometriumun xərçənginə şübhə,uşaqlığın inkişaf qüsurları,uşaqlıqdaxili bitişmələr,uşaqlıqdaxili arakəsmə,sonsuzluq,adəti düşüklər,uşaqlıqdaxili spiralın yerini müəyyənləşdirmək və s.
Histeroskopiya,  patologiyadan  asılı olraq menstural tsiklin müxtəlif günlərində aparıla bilər.Əsasən mensturasiya bitdikdən sonra 2-3 gün ərzində aparılır.Prosedurdan öncə müxtəlif analizlər götürülür.Prosedura ümumi anesteziya altında aparılır.Davametmə müddəti təxmini 15-30 dəq olur.Əvvəlcə uşaqlıq yoluna güzgü salınır,sonra  isə, histeroskop uşaqlıq boynundan uşaqlıq daxilinə yeridilir.Histeroskopun uc hissəsinə işıq və optik cihaz yerləşdirilmişdir.Onun sayəsində uşaqlıq divarlarını ekranda görmək mümkün olur.Uşaqlıq boşluğunu genişlədərək görüntünü yaxşılaşdırmaq məqsədilə boşluğa maye vurulur.Biopsiya və ya əməliyyata ehtiyac olarsa,alətlər histeroskopun içindən salınaraq icra edilir.
Proseduradan bir neçə saat sonra - anesteziyanın təsiri keçdikdən  sonra xəstə evə yazılır. Evdə bir neçə gün qanlı ifrazatı və yüngül sancışəkilli ağrıları ola bilər. Bu halda ağrıkəsici həblərdən istifadə edə bilərlərsiniz. Proseduradan sonra 2-3 gün cinsi əlaqə,vanna qəbulu,müxtəlif tamponların istifadəsindən uzaq durmaq məsləhət görülür.

Dr. M.Leyla
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 691
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri