Çox qusmaq körpəyə ziyandır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 200
Səs ver:
(səs: 1)
Hamiləlik zamanı meydana gələn hormonal dəyişikliklər, xüsusən də progesteronun artması həddən çox qusmaya səbəb olur. Bununla yanaşı, ananın psixoloji vəziyyəti də vacibdir. Qadının özünü hamiləliyə hazır hiss etməməsi ürək bulanması və qusmanı artıran səbəblərdəndir.

Hamilə qadın gün ərzində davamlı olaraq qusur, heç bir şey yeyib-içmir və çəki itirməyə başlayırsa, bədəndəki su itkisi səbəbindən göz çuxurlarında çökmə, sidikdə azalma baş verir. Bu cür hallarla qarşılaşdıqda hamilə qadın mütləq həkimə müraciət edib müalicəyə başlamalıdır.

Hamiləlik zamanı qusma ilk 3 ayda daha tez-tez rast gəlinir. Bu müddət hər zaman olmamaq şərtilə getdikcə azalmalıdır. Hamiləlik zamanı tipik qusma qadın başını yastıqdan ayıran kimi başlayır.
Müalicəyə tez başladıqda körpəyə heç bir ziyanı yoxdur. Bundan başqa, körpə kiçik olduğu üçün anadan qidalanma ehtiyacı çox azalır.
Hamilə qadın gün ərzində 2-3 dəfə qusmasına baxmayaraq, yemək və içməkdən imtina etmirsə, çəkisi azalmırsa, bədənində su itkisi ilə bağlı dəyişikliklər yaranmırsa, bu cür qusmaların anaya zərəri yoxdur. Əgər hamilə qadın heç bir şey yeyib-içmədən davamlı olaraq qusursa, çəki və su itkisi ilə bağlı dəyişikliklər yaranırsa, mütləq həkimə müraciət etməlidir. Bu cür vəziyyətdə hamilənin yağ ehtiyatı enerji üçün yanmağa başlayır. Qanda və sidikdə aseton deyilən yağların yanması səbəbindən istehsal edilən maddə artır. Əgər müalicə edilməzsə, gələcəkdə qaraciyər və böyrək funksiyalarında pozuntular başlayar.
 
Mama-Ginekoloq Dr. Sevinc Qehremanova
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 200
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri