hamiləlik zamanı saçları kəsmək və boyamaq olar?

Müəllif: NoName
Şərhlər: 7
Baxılıb: 1543
Paylaş:
Səs ver:
(səs: 0)
Bu sual hamilə qadınların əksəriyyətini maraqlandırır.
Tanışlardan, rəfiqələrdən qadınlar tez-tez eşidir ki, hamiləlik zamanı saçları kəsmək və boyamaq olmaz ki, bu uşağın sağlamlığına ziyan vura bilər.
Həqiqətdə saçların kəsilməsi hamiləliyə heç bir mənfi təsir etmir. Bu səbəbdən hamilə qadın özünə istədiyi saç kəsimi seçə bilər.
Saçların boyanmasına gəldikdə isə həkimlərin əksəriyyəti bunu hamiləliyin ilk 3 ayı ərzində etmək məsləhət etmirlər. Məsələ burasındadır ki, saç boyaların tərkibində müxtəlif orqanizmə zərər verə bilər maddələr var. İlk növbədə bu ammonyak, hidrogen peroksidi, rezorsin və s. maddələrdir. Saç boyası saçlarda 30 dəqiqə və hətta daha artıq müddət ərzində qalır. Bu müddət ərzində bu maddələr baş dərisinə düşərək kiçik miqdarlarda olsa da qadının qanına sorulur. İlk 3 ay ərzində ciftin formalaşması prosesi gedir və bu müddət ərzində döl hələ ki ciftlə tam müdafiə olunmur. Bu səbəbdən bu və digər ziyanlı maddələr nisbətən asan ana qanından dölün qanına düşə bilər.

Hamiləliyin təxminən 16-cı həftəsində cift tam formalaşır və bundan sonra qadın saçlarını boyaya bilər. Lakin bu halda müəyyən qaydalara riayət etmək lazımdır:

- ammonyak tərkibli davamlı boyalardan imtima edin. Hal hazırda satışda müxtəlif tərkibində ammonyak olmayan saç boyaları var (boyanın qutusunun üzərində "без аммиака" qeydi var). Orqanik boyalar, xüsusi köpüklər və şampunlar davamlı effekt verməsələr də, orqanizm üçün, demək olar, tam ziyansızdır. Ən ziyansız boyalar isə təbii boyalardır - xına və basma. Bu təbii boyalar həm də saçların keyfiyyətini yaxşılaşdırır, onları daha möhkəm edir. Bildiyimiz kimi, hamiləlik zamanı saçlar nazilir və tökülür.
- salona səhər saatlarında gedin ki, orada olan hava daha təmiz olsun.
- hamiləlik zamanı qadının immuniteti zəifləyir və bunun nəticəsində hətta allergiyaya meyilli olmayan qadınlarda saç boyası allergik reaksiya verə bilər. Bu səbəbdən saçları boyadıqdan əvvəl belə bir test edin. Axşamdan boyanın kiçik hissəsini qulaqın axrasına çəkin və səhər nəticəni qiymətləndirin. Əgər dəridə qızarma, qaşınma və s. olarsa, saç boyasını dəyişin.
Qadında allergiyaya meyillik olarsa, hamiləlik zamanı saçları boyamaq məsləhət deyil.
- hamiləlik zamanı qadının hormonal fonu kəskin dəyişilir və bu səbəbdən istədiyiniz rəng alınmaya bilər (daha tünd və ya daha açıq, qeyri-bərabər rəng, "ləkəli" saçlar). Bu səbəbdən əvvəl boyanı saçın kiçik dəstəsində yoxlayın. Nəticə sizi qane edərsə, bütün saçlarınızı boyaya bilərsiniz.
- hamiləlik zamanı "melirovaniye" və "kolorirovaniye" kimi müasir üsullara üstünlük verin. Bu zaman saç boyası dəri ilə təmasda olmur və bu səbəbdən onun tərkibində olan maddələr ananın qanına düşmür.
Beləliklə, hamiləlik zamanı müəyyən qaydalara riayət etməklə saçları boyamaq olar.

Cərrah Mama-Ginekoloq Dr.Sevinc Qehremanova

loading...
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1543
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Miss_Oxatan
Men umumiyyetle sac boyasi qoymurdum qaldiki indi hamilelikde istifade edim.ama sacim tokulur deye hemde cansiz olub deye dunen rengsiz xina qoydum.heftede bir defe qoyacam bir nece defe.o ki,qaldi sac kesmeye,bunu da ortaliga atanlar geri kafali insanlardir,hansisa cahilce fikirlere yozdururlar,duwer duwmez zad.etimad etmemek lazimdir.
21 may 2016 13:10
7
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Offline
Barbaris
sac boyamaq cox zererlidir
21 may 2016 12:31
6
Xarakterimi ya da xasiyyətimi bəyənməyən insanları mecbur yanımda saxlamıram
Bir sözlə "Yol açıqdır"
Offline
Ayan Nuriyeva
menim tanidigim bir qadin olubki hetta uwaq dunyaya gelene qeder qawlarin bele aldirmiyib ne qeribedi ozlerin nelere inandirirlar ))))
21 may 2016 10:52
5
Offline
YalniZ-ArZu
Cox qadin sac kesdirmir ki,guya uwagin omrunnen kesirler.Bu hamisi xurafat fikirlerdir.Omru veren Allahdir,biz kimik ki,onun qismetine mudaxile eleyek!?
21 may 2016 09:35
4
Adətən həyatda 3 sandığımız olar.1-cehiz sandığımız,2-adam sandığımız,3-söz veribdə tutar sandığımız.
Offline
Gultekin.A
Boya deriden qana kece bildiyi ucun olmaz.
21 may 2016 01:59
3
AĞ GÜLÜN QARA KÖLGƏSİ VAR
Offline
vipbetul
maraqli melumat oldu hamile xanimlarin coxsu saclarini boyamir hamilelik doneminde
20 may 2016 23:53
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Online
BARBI
Hamilelikde sac boyamaq cox zererlidir. Men meslehet gormezdim.
20 may 2016 22:33
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv