Qadın bezləri laboratoriyada yoxlanılıb - Nəticə ürəkaçan deyil!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 005
Səs ver:
(səs: 1)
Rusiya keyfiyyət sistemi (Roskaçestvo) mütəxəssisləri müxtəlif şirkətlər tərəfindən buraxılan qadın bezlərinin keyfiyyətini laboratoriya şəraitində təhlil ediblər.

Roskaçestvonun saytında dərc olunan məlumatlara görə, laboratoriyaya Rusiya, Çin, İsveç, Slovakiya, Koreya, İtaliya, Çexiya, Belçika və Bolqariyada istehsal olunan 31 nümunə qadın bezi daxil olub.

Analizlərin nəticələri çox acınacaqlı çıxıb. Bezlərin yalnız 20% Roskaçestvo tərəfindən yüksək keyfiyyətli kimi qəbul edilib. Bu, misal üçün, Ola, Bella, Натали, BIBI kimi markalardır.

Bəzi tanınmış qadın bezlərində mikrob, bakteriya və göbələk aşkar olunub.

Belə ki, La Fresh əmtəə nişanı altında buraxılan bezdə enterobakteriyalar, Normal Clinic bezində qızılı stafilokok, Я-НЯНЯ, Libresse, Naturella, Ria məhsullarında kif göbələyi aşkar olunub.

Laboratoriyada yoxlanılan bezlərdə toksiki maddələr, formaldegid və s. təhlükəli maddələr aşkar olunmayıb.

Mütəxəssislərin rəyinə görə, reklamlarda bezlərin "nəfəs almağı" haqqında məlumatlar yalnız reklam hiyləsidir - heç bir nümunədə havakeçirmə qabiliyyəti aşkar olunmayıb.

Bütün bunları nəzərə alaraq dünya ginekoloqlarının qadın bezlərinin istifadəsi ilə bağlı olan çox sadə tövsiyələrini sizin üçün təkrar edək:

- bezlərdən yalnız menstruasiya günlərində istifadə edin, gündəlik bezlərdən istifadə etməyin

- bezləri hər 4 saatdan bir, dolmasından asılı olmayaraq dəyişin

- menstruasiya zamanı gigiyena qaydalarına xüsusilə riayət edin.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 005
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri