Hər 3 qadından 1-i bu problemi yaşayır - MİOMALAR VƏ MÜALİCƏSİ

Müəllif: YalniZ-ArZu
Şərhlər: 0
Baxılıb: 2 465
Səs ver:
(səs: 1)
Miyomalar əməliyyat olunmadığı təqdirdə xəstənin orqanlarında yayıla bilər. Eyni zamanda ölçünün çox böyüməsi vəziyyətində isə qarın içərisində ciddi bir həcm yaratdığı üçün həyatı əhəmiyyət daşıyan bağırsaq funksiyaları poza bilər. Bununla yanaşı sidik kisəsi üzərində də təzyiq yaradan miyomalar səbəbiylə xəstə davamlı və tez-tez tualetə getmək məcburiyyətində qalır. Nəticədə qadının həyat səviyyəsinin düşməsinin yanında böyrəklərdə də zədə əmələ gələ bilir.

Nə zaman cərrahiyyə müdaxilə lazımdır?
Miyomalarda diaqnoz ultrasəs vasitəsilə qoyulur.Bundan sonra həkim əməliyata ehtiyac olub olmadığını dəqiq diqanoz qoya bilər.

1- Xəstənin şikayətləri: Miyomaların qadınlarda yaratdığı çətinliklərin başında nizamsız adət qan sızması gəlir. Dərman müalicələri nəzarət edilə bilməyən çox qanaxma varsa cərrahiyyə üstünlük verilir.

2- Miyomaların yerləşməsi: Rəhim içərisinə doğru böyümüş miyomalar daha çox qanaxma verir. Eyni zamanda hamilə qalma məsələsində çətinlik yaradır. Bu səbəblə rəhim içinə doğulmuş miyomalar vaxt itirilmədən cərrahi üsul ilə müalicə edilir.

3- Miyomaların böyümə sürəti: Normal şərtlərdə miyomalar böyümə sürətləri dəyişən və xərçəng olmayan yəni bədxassəli şişlər deyil. Ancaq bir miyoma ildə 2-3 sm-dən çox böyüyürsə xərçəngə çevrilmə qorxusu yarada bilər. Bu halda miyomaların alınması mümkün xərçəng riskini də ortadan qaldırır. Bu səbəblə miyomaların heç bir şikayət yaratmasa da, mütəmadi olaraq nəzarət edilməsi mühüm əhəmiyyət daşıyır.

4- Miyomaların böyüdüyü bölgə: Miyoma ləyən sümüyünün içindən daha yuxarı çıxarsa, 10 həftəlik hamiləlik ölçüsündən daha böyüksə və ağrı edirsə bu tip miyomaların da alınması lazımdır. Bəzən qarnı örtən, 10-11 kiloqrama çatan nəhəng miyomalar yarana bilir.Bunlara da mütləq cərrahi müalicə olunur.

Hamiləlikdə miyoma müalicəsi
Hamiləlik dövründə əgər ana namizədində miyoma varsa; Sayına, yaşayış yerinə və böyüklüyünə bağlı olaraq erkən doğum, qeysərlə doğuş etmə ehtimalı və ya doğum sonrası qanaxma müxtəlif risklərin yaranmasına yol açır. Miyomalar östrojenə asılı olduğu üçün hamiləlik zamanı böyüyür və bu bəzən degenerasiya adlanan ağrıya səbəb ola bilir. Bu ağrının erkən doğum ağrısından ayırd edilməsi mühümdür. Hamiləlik zamanı miyomalar, doğuş zamanı alınır. Bəzən də qanaxma riski yarada bildiyi üçün daha sonra müalicə olunmaq üçün buraxılır.
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 465
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri