TABAQ | Boş tabaq-bir müddət üzüntü
içində olacağınıza, təzyiq altında qalmağa işarədir. - Dolu tabaq-kiçik, önəmsiz olayların izlədiyi bəxtə, taleyə əlamət sayılır. - Yuxuda tabaq-dəyəri qədərincə var-dövləti də ifadə edir. |
TABLO | Röyada ünlü bir rəssamın tablosunu görmək-çoxdan bəri xəyalında olduğunuz istəklərin qısa zaman içərisində gerçəkləşəcəyinə yozulur. |
TABUR | (batalyon) Röyada hərbi əksəri dəstə (tabur) görmək-yaxın vaxtlarda bəxtinizin açılacağına işarədir. |
TABUT | Yuxuda tabut-əngəlləri yenməyə, uğur qazanmağa
əlamət sayılır. - Tabutun açıq olması-diqqətsizliyiniz ucbatından çətinliyə düşəcəyinizi göstərir. - Bir tanışınızı tabutun içində görmək-yaxın günlərdə həmin adamın sağ-salamat olması xəbərini alacaqsınız. - Tabutun içindəki yad adamdırsa-irəlidə sizi səmimi dostluq və yoldaşlıq əlaqələri gözləyir. - Tabut, eyni zamanda, böyük bir mülkə yozulur. - Röyada özünü tabutun içində görən adam səltənət sahibi olur. |
TAVA | Röyada tavada bir şey qızartmaq-ailədə rahatlığın, əmin-amanlığın hökm sürəcəyinə və əlinizə bir qədər pul gələcəyinə yozulur. |
TAVAN | Yuxuda evinizin tavanını yıxılmış görmək-qəm-qüssəylə qarşılaşacaqsınız, bir ölüm xəbəri alacağınıza işarədir. |
TAZI | Son vaxtlar səhhətinizin qayğısına qalmadığınızı göstərir. |
TAKSİ | Röyada taksiyə minmək-işlərinizi sürətlə başa çatdıraraq uğur qazanacağınıza yozulur. |
TAMBUR | (nusiqi aləti) Batil işləri, zinakarlığı, sehrbazlığı, cadukərliyi, insanı vərəm edəcək bir kədər və üzüntünü ifadə edir. |
TAPANÇA | Çeşidli yozumlarla açıqlanır: - Tapançadan atəş açmaq-iftiraya düşməkdir. - Tapança satın almaq-dedi-qoduya işarədir. - Tapança təmizləmək-bir işə girişməkdir. - Tapançadan bəlli bir hədəfə atəş açmaq-ehtiras anlamına gəlir. - Tapança ilə vurulmaq-qarşı cinsən birinə qüvvətli ilgi duymaqdır (sevgi də ola bilər). |
TARİF | (cədvəl) Səfərə çıxmaq kimi yozulur. |
TARLA | Röyada tarla, zəmi görmək-xeyrə, bar-bərəkətə,
ruziyə, məhsul bolluğuna yozulur. - Çeşidli yozumlara görə, tarla və zəmi-qəflət və mənasızlıq içində ömrün zay olmasına, elm öyrənməkdən qaçmağa, ruziyə və güzərana, yaxud övladlarının hər cür zəhmət və möhlətinə qatlaşan səbirli, anlamlı ata-anaya işarə sayılır. |
TAS | Röyada tas-qadına, yaxud qulluqçuya işarə sayılır. |
TAFTA | (parça) Röyada taftadan paltar geydiyini görən adam bir yemək-içmək məclisinə dəvət alacaqdır. |
TAXIL BİTKİLƏRİ | Torpaq məhsullarından buğda, başaq-gəlirin artmasına; çovdar, yulaf və arpa-ailə həyatındakı xırda-para üzüntülərə yozulur. |
TAXT-TAC | Keçmiş sultan və ya padşahların oturduğu
taxt-tacı yuxuda görmək-yüksək mövqeyə, etibar və şərəfə yozulur. - Taxt-tacda özünün əyləşdiyini görən kimsə yüksək bir məqam sahibi olacaqdır. |
TAXTA-ŞALBAN | Ev-eşik sahibi olacağınızı xəbər verir. |
TAXTABİTİ | Yuxuda taxtabiti-ziyankar adamların çevrəsindəsiniz deməkdir. |
TAC | Röyada öz başında tac
görmək-yaxın günlərdə böyük bir istəyinizə nail olacaqsınız. - Başqasının başına tac qoyduğunuzu görmək-rəqiblərinizdən üstün olmaq və yüksək bir məqama yüksəlmək əlaməti kimi yozulur. - Bir kral və ya kraliçanın tacqoyma mərasimində iştirak etmək üçün hazırlaşmaq-böyük bir sürpriz sahibi olacaqsınız. - Bu mərasimdə şəxsən iştirak etdiyini görmək isə, heç gözləmədiyini bir vaxtda işdə irəli çəkiləcək və mükafata layiq görüləcəksiniz. |
TACİR | Yuxuda tacir görən adam birisi tərəfindən acınacaqlı şəkildə aldadılacaq, malını, mülkünü, pulunu və sağlamlığını itirəcəkdir. |
TEATR | Röyada səhnədə çıxış
etdiyini, rol oynadığını görmək-cavan oğlan üçün işlərində fəallığa,
ehtirasa; orta yaşlı adam üçün-bir nəfərlə tanışlığa; - yaşlı qadın üçün-sevdiyi bir dostdan könül qırıqlığına yozulur. - Bir səhnə əsərini izləmək-həyatda çox çalışıb-şabalamağa işarə sayılır. |
TEL (sim) |
-Röyada sim görmək-bütün işlərinizdə və
hərəkətlərinizdə ayıq-sayıq və ehtiyatlı olmanızın vacibliyinə işarədir. - Qızıl tel-çalışqan və zəhmətsevər olsanız, uğurlar da sizinlə olacaqdır. - Gümüş tel-qabiliyyətli bir adam olduğunuz yozulur. - Gümüş tel itirmək-ölümə işarədir. İplik tel-bir qadın tərəfindən mala-pula qovuşacaqsınız. |
TELEQRAM | Röyada hardansa teleqram
almaq-uzağı bir həftə ərzində səbirsizliklə gözlədiyiniz xəbəri
alacaqsınız. Teleqram vurmaq-bir sıra maraqlı xəbərlər alacağınıza işarə sayılır. |
TELESKOP | Yuxuda teleskopla ayı və ulduzları seyr etmək-çox şərəfli və yüksək bir məqama, yaxud şərəf və məqam sahibi adamlarla xoş söhbətlərə işarədir. |
TELEFON | Röyada telefonla danışmaq-tərbiyəsiz, nəzakətsiz adamlar tərəfindən tez-tez rahatsız edilirsiniz deməkdir. |
TƏBİL | Yuxuda təbil səsi-yaxın günlərdə bir çox önəmli hadisələrin olacağına yozulur. |
TƏVAF | Röyada Kəbə ətrafında təvaf
etmək (dolnamaq)-dini bütövlüyə və bir gün həcc ziyarətinə nail
olacağınıza yozulur. - Subaysınızsa-evlənəcəksiniz və işləriniz çox yaxşı gedəcəkdir. |
TƏQVİM | Yuxuda təqvim görmək-olub-keçən bir hadisə sizə sərvət bəxş edəcəkdir. Təqvimdə doğum tarixini aramaq-ağlınıza gəlməyən böyük miqdarda pula varis olacaqsınız. |
TƏQDİR ETMƏK | (bəyənmək) Röyada xoşagələn hər hansı bir içi təqdir etmək-yaxın vaxtlarda gözəl və diqqətəlayiq şeylərlə qarşılaşacaqsınız. |
TƏQİB ETMƏK (izləmək) |
Röyada bir nəfəri izləmək-acı bir eşqin
başlanğıcına işarədir. - Birisini təqib edib yaxalamaq-yaşıdlarınız arasında nüfuzunuzun artacağını göstərir. - Bir qadın və ya gənc bir qız tərəfindən izlənmək-sizi sevən çoxlu dostlarınız var deməkdir. |
TƏDQİQ ETMƏK | Röyada hər hansı bir içi
incədən-incəyə tədqiq etmək-işlərinizdə irəliləyiş və uğur
qazanacağınızı göstərir. - Hər hansı bir tədqiqat işiylə bağlı səfərdə olmaq-qiymətli vaxtınızı boş yerə israf etməkdə olduğunuzu göstərir. |
TƏZƏK | Pula, vara yozulur. Təzək toplamaq-qismətlərinizi açılacağını, əgər subaysınızsa-evlənib xoşbəxt olacağınıza işarədir. |
TƏKƏRƏ (təkər) |
İşlərinizin günü-gündən böyük dəyişikliklərə uğrayacağına yozulur. |
TƏKNƏ | Röyada xəmir təknəsi, yaxud hamam ləyəni görmək-ixtiyar çağlarınızın çox rahat və səadət içinə keçəcəyinə işarədir. |
TƏLƏ | Yuxuda tələ-hiyləgər bir
adamı ifadə edir. - Sərçə ovlamaq üçün tələ qurmaq-qaba, qəddar bir adama hiylə gəlməyə işarədir. - Qadının yuxuda tələ qurduğunu və oraya gələn quşların uçub getdiyini görməsi qadının uşağının olmayacağına yozulur. |
TƏLƏF OLMAQ | Röyada tələf olmaq-qisməti kəmliyə işarədir. - Paltarının zay olduğunu və ya evinin dağıldığını görən adam öz malının əsl sahibidir, o heç nə itirmir və heç nəyi də dağılıb xarab olmur. - Bütün pal-paltarının məhv olduğunu görmək-xəstəlikdən tamamilə sağalmağa yozulur. |
TƏLXƏK (hoqqabaz) |
Yuxusunda təlxək görən adam gərək çevrəsindəki adamlara qarşı diqqətli olsun, onların ləyaqətini alçaldan hərəkətlərə yol verməsin. |
TƏMTƏRAQLI HƏYAT | Röyada təmtərqalı bir həyat yaşadığını görmək-xeyrə əlamət sayılmır və tərsinə yozulur. Təmtəraq içində yaşadığını görən adam yaxın vaxtlarda sıxıntı çəkəcək və yoxluq içərisində yaşayacaqdır. |
TƏNBƏLLİK | Röyada özünü tənbəl və avara görmək-yorğun olduğunuza, istirahətə çəkilməyin vacibliyinə yozulur. |
TƏNDİR | Röyada öz qapısındakı təndiri uçub-dağılmış
görən adam şərə düşər. - Təndirdə çörək bişirib yeyən kimsənin isə ruzisi bol olar, bəxti açılar. |
TƏNƏKƏ | Xeyirsiz qazanca yozulur. Tənəkəçi-tərbiyəçi və təfsirçiyə, ya da sözündə və əməlində yalançı bir adama içarə sayılır. |
TƏNHA | Röyada özünü tənha görmək, ya da yolu-izi itirib yalqız qaldığını görmək-hər cür bəla və müsibətlərdən qurtulmağa, əmin-amanlığa yozulur. |
TƏPƏ | Röyada dik bir təpəyə
dırmanmaq-çətin bir içi boynuna götürüb yerinə yetirməyə yozulur. - Təkbaşına təpəyə dırmaşmaq-özbaşına bir iç alacağınıza; dostlarla təpəyə dırmanmaq-istəməsəniz də, bir içi bir borc və vəzifə olaraq qəbul edəcəyinizə işarədir. |
TƏRAŞ ETMƏK | Röyada özünü və ya başqasını təraş etmək-təmizlik və rahatlıq kimi yozulur. |
TƏRƏVƏZ | Xeyrə yozulan yuxulardandır,
rahat, eyni zamanda, fəal və işgüzar həyat sürəcəyiniz anlamına gəlir. - Pomidor-uzaqdan gələcək xoş xəbərlərə işardir. - Kartof-sönük, lakin rahat ömrə; yerkökü-ailə səadətinə, məsud və rahatlıq içində yaşanacaq həyata; - lobya və paxla-adi, lakin cazibədar yaşayışa; noxud-gözlənildiyindən də maraqlı və canlı bir gələcəyə; - soğan-yaxın vaxtlarda kobud, lakin açıqürəkli adamlarla əlaqə yaradaraq qazanclı bir işdə uğur qazanacağınıza yozulur. |
TƏRƏZİ | Doğru-düzgün çəkən tərəzi yuxuda sözübütövlüyə,
ədalətə, borcu ödəməyə yozulur. - Röyada görülən tərəzi təzədirsə, bu-o yerin başçısının ədalətli olduğunu göstərir. - Əlində tərəzi olduğunu görmək-röya sahibinin doğruçuluğunu, həqiqət pərəstliyini göstərir. |
TƏRSANƏ (liman) |
Cavan oğlanın yuxuda tərsanə,
yaxud liman görməsi-sonu xeyirli bir dəniz səyahətinə işarədir. - Orta yaşlı adam üçün bu röya-dənizətrafı yerlərə səfərə; - gənc qız üçün-bir dənizçiylə evlənməyə; - evlilər üçün-sevdikləri bir adamla qarşılaşmağa yozulur. |
TƏSBEH | Röyada təsbeh-xeyirxah, əxlaqlı qadına, halal yaşayışa işarədir. təsbeh çəkmək-əsgərləri ifadə edir. təsbehin qırılması, dənələrin dağılması-üzüntü, sıxıntı anlamındadır. |
TƏHLÜKƏ | Yuxuda özünü sıxıntı içində
görmək və təhlükənin yaxınlaşdığını hiss etmək-bir müddət diqqətli və
ehtiyatlı davranmalı, macəralardan çəkinməlisiniz. - Təhlükəli zolağa düşmək-işdə bir çox çətinliklərlə qarşılaşacağınıza işarədir. |
TƏCAVÜZ (sataşmaq) |
Gənc bir oğlanın yuxuda bilə-bilə birisinə
təcavüz etməsi-eşq macəranıza başqasının da burnunu soxacağına işarədir. - Yaşlı kişi üçün belə yuxu-onun bir məhkəmə işində qalib çıxacağına; gənc qız üçün-ailədən xəbərsiz bir nəfərlə xoş, lakin gizli dostluğa yozulur. - Evinə, malına, yaxud dükanına təcavüz edildiyini görən adamın girişəcəyi iş boşa çıxacaq, ailəsinin nizamı, rahatlığı pozulacaqdır. |
TƏŞƏBBÜS | Röyada bir təşəbbüsdə bulunmaq, bir işə girişmək-həyatınızın ən yetkin çağına olduğunuza işarədir. |
TİBB BACISI | Bəyaz önlüklü bir tibb bacısını yuxuda görmək-arzu etmədiyiniz bir qonaq tərəfindən rahatsız ediləcəksiniz. |
TİKAN | Qaba, hirsli-hikkəli adama
işarədir. - Tikanın batdığını görmək-röya sahibi iftiraya məruz qalacaq, yaxud da onu əsəbləşdirən, iyrəndirən bir şeydən rahatsız olacaqdır. - Tikan üzərinə çəkilmək-borcu olanlar borcu qaytarmaq üçün möhlət istəyəcək. - Eyni zamanda, bu yuxu-dartışmaya, cəhalətə işarə sayılır. - Tikan-eşqə tutulanlar üçün üzüntüyə, qayğıya, narahatlığa yozulur. |
TİKİLİ | Yuxuda bir binanın tikilişini görmək-cavan oğlan üçün təzəcə başladığı vəzifənin uğurla sona çatacağına; orta yaşlı adam üçün-çətin bit işin öhdəsindən gələ biləcəyinə; yaşlılar üçün-ümid və xəyallarının heç də boş çıxmayacağına yozulur. |
TİKİŞ TİKMƏK | Bu röya kişilər üçün qadınla
bağlı işlərinin düzələcəyinə; qadınlar üçün-saxtakar və fırıldaqçı bir
adamla dostluq etdiklərinə yozulur. Əl işi (çitəmə) toxumaq-çox qiymətli, vəfalı bir dosta işarədir. |
TİLOV | İş həyatında mühüm bir fürsətdən istifadə edə biləcəyinizə yozulur. |
TİLSİM | Röyada bir şeyin tilsimini görmək-işlərinizi planlı şəkildə qura bilsəniz, hər sahədə uğur qazanacağınıza işarə sayılır. |
TİMSAH | Yuxuda timsahın quruda gəzdiyini görmək-röya
sahibinin çox təhlükəli düşmənləri olduğunu göstərir. - Timsah öldürmək-düşmənlərə üstün gəlməyə yozulur. |
TİTRƏMƏK (tükləri üprəşmək) |
Röyada titrədiyini, tüklərinin üprəşdiyini görən adam Allah-təaladan qorxur. |
TİF XƏSTƏLİYİ | Yuxuda tif xəstəliyinə tutulduğunu görmək-qohumlarınızdan böyük fənalıqlar görəcəyinizə işarədir. |
TİCARƏT | Yuxuda ticarət etdiyini, pul
qazandığını görmək-röya sahibinin həyəcanlı və xoş bir macəra içində
olduğuna; əgər ticarətdə işi yaxşı getmirsə, iflasdadırsa-bir təhlükəni
dəf edərkən üzüntülərə məruz qalacağına işarə sayılır. - Ticarət sənədləri-birdən-birə bir çox qazanclı işlərlə qarşılaşacaq və zəngin olacaqsınız. |
TISBAĞA | Röyada tısbağa görmək-işlərin durğunluğuna, fəqət bu durğunluğun xeyirli olacağına yozulur. |
TOVUZ QUŞU | Röyada tovuz quşu
-varlı-hallı, gözəl, fəqət uğursuz bir qadını ifadə edir. - Tovuz quşunun gözəlliyi-o qadının camalı, siması; tükü-var-dövləti; kəsilməsi isə-ölümü kimi açıqlanır. - Tovuz quşunun ətini yeyən kimsənin arvadı öləcək və mirası ona qalacaqdır. - Yuxuda tovuz quşuyla rastlaşmaq-röya sahibinə bir qadından və ya bir qadın vasitəsilə var-dövlət nəsib olacaq. |
TOZ | Röyada bir şey üzərinə qonmuş toz görmək-mala
işarədir. - Yerlə göy arasını toz basmış görmək-röya sahibinin çox qarışıq bir içlə qrşı-qarşıya qaldığına, o işin içindən necə çıxacağını bilməməsinə, çaşqın bir durumda olduğuna yozulur. - Pal-paltarın tozunu çırpmaq-fəqirliyə, yoxsulluğa və uzun ömrə əlamətdir. - Tozlu-küləkli hava-quraqlıq, qıtlıq anlamındadır. |
TOYUQ | Yuxuda toyuq görmək-ağılsız,
fəqət gözəl bir qadına, yaxud nəşəli və əsizadə bir xamına işarə
sayılır. - Toyuq qaqqıltısı-röya sahibinin ziyankar və yalançı adam olduğunu göstərir. - Toyuq boğazlamaq-evlənməkdir. - Toyuq ovlamaq-halal ruzi və qazancdır. - Yuxuda toyuq əti yeyən adam həbsdə olan bir nəfərdən mal əldə edəcəkdir. |
TOY | Yaxşılığa yozulmaz, işlərin pozulacağına, gözlənilməz bəd xəbər alacağına işarədir. |
TOP SƏSİ | Yuxuda gurlayan top səsi eşitmək-şiddətli dartışmadan irəli gələn fikir ayrılığına, yaxud da darğınlığa işarə sayılır. |
TOPAL (çolaq) |
Yuxuda özünü topal və qoltuq ağacı ilə gəzən
görmək-dostların köməyi ilə çətinlikləri aradan qaldıracağınıza yozulur. - Sadəcə, topal görmək-xeyrə yozulmaz, çox müşküllərlə qarşılaşaraq yalqız və köməksiz qalmaq anlamına gəlir. |
TOPLANMAQ | Röyada səfərə çıxmaq və ya
başqa bir evə daşınmaq ərəfəsində ailənin bir araya gəlməsi,
toplanması-röya sahibinin həyatında ən önəmli anın yetişdiyinə işarədir. - Gənclər üçün bu röya-yaxşı bir təklif alınacağına, hazırkı durumun dəyişəcəyinə; - orta yaşlılar üçün-tələyə; gənc qadın üçün-edəcəyi bir ziyarət vaxtı sevimli bir adamla tanışlığa və ömrü boyu onunla dostluq edəcəyinə; - yaşlı qadın üçün-həyatında, yaşayışında önəmli bir dəyişikliyə yozulur. |
TOPLANTI (məclis) |
Yuxuda dost-tanışın iştirak etdiyi bir görüşdə
və ya məclisdə olmaq-cavanlar üçün xoş bir əyləncəyə; - yaşlılar üçün-yüksək bir vəzifə təklifinə; cavan qızlar üçün-çxo sevdiyi bir gənclə görüşməyə; - evlilər üçün-xoş və ürəkaçan vəziyyətə yozulur. |
TOR | Röyada futbol qapısının torunu, ümumiyyətlə, tor görmək-işlərin bərbad vəziyyətə düşəcəyinə, səhhətin pozulacağına işarə sayılır. |
TORPAQ ÇANAQ | Qadına, qulluqçuya və ya uşağa yozulur. |
TOXA | (kətmən) Yaxın olduğunuz bir neçə adam sizin və ya sizə yaxın olan bir başqasının əleyhinə əsassız dedi-qodular çıxaracaqdır. |
TOXLUQ | Yuxuda qarnının tox olduğunu görmək-bir şeydən usanmağa, sıxılmağa və ya işinizin pozulacağına, etibarınızın itəcəyinə yozulur. |
TOXUM | Röyada toxum-uşağa, yaxşı
nəsilə yozulur. - Toxumluq taxıl-xeyirli kitabları ifadə edir. Xiyar, qabaq, qovun və s. toxumu-qəmdən, kədərdən, ağrı və xəstəliklərdən qurtulmaq kimi açıqlanır. - Toxum əkmək-həlli çətin bir işin gerçəkləşməsinə işarədir. - Yararsız, qeyri-münbit torpağa toxum əkmək-israfçılıqdır. - Torpağa toxum səpmək, eyni zamanda, ruzi, elm öyrənmək, müxtəlif xasiyyətli adamlarla xoş davranmaq kimi də mənalandırılır. - Yerə toxum əkdiyini və toxumların da torpağa yapışıb qaldığını görən adam şərəf qazanacaq. - Əgər toxumlar yerə yapışıb qalmırsa, röya sahibi qəmə-kədərə düşər. |
TOXUMAQ (hörmək) |
Röyada bir şey toxumaq (hörmək)-röya sahibinin
fitnəkar düşüncələrinə, bəd niyyətlərinə işarədir. - Bir şey hörmək, yaxud bu işlə məşğul olan adama tamaşa etmək-gələcəyi parlaq bir dostluğa və yaxşı bir vəzifə tutacağınıza yozulur. – Hörgü mili almaq və ya mili sındırmaq-dostunuzla aranızda kiçik anlaşılmazlıq olacaqdır. - Yuxuda özünü yun köynək toxuyarkən görmək-dəniz səyahətinə çıxacaqsınız. |
TRAMVAY | Heç gözləmədiyiniz köhnə bir dostunuzla rastlaşacağınıza işarə sayılır. |
TUMAR | Röyada at tumarlamaq-bir adamın şəfqət və sevgisini qazanmaqdır. |
TUMURCUQ | Çiçək və ya ağac
tumurcuğu-bol ruziyə, arvadınızın doğacağına işarədir. - Xəstə adamın çiçək tumurcuğu görməsi-xəstəlikdən qurtulmağa yozulur. - Yuxuda tumurcuq-kiçik uşaqları da ifadə edir. - Tumurcuqların sayı uşaqların sayını göstərir. |
TUNEL (lağım) |
Qatarla tunel içindən keçmək-üzüntü və
qəm-qüssə içində keçən günlərin sona çatacağına, fərəhə və rahat
yaşayışa yozulur. - Qaranlıq bir tunel içindən keçmək-gələcəyiniz üçün yaxşı bir peşə seçməkdə səhvə, xətaya yol verəcəksiniz. |
TUNC | Yuxuda tunc-bir yəhudi
tərəfindən gələcək mala işarədir. - Tunc əritdiyini görmək-röya sahibi dünya malı üçün qovğa edərək dilə-dişə düşəcək, iftiraya uğrayacaqdır. - Tunc mədəni-öz etibarı və dünya malıyla öyünən, lovğalanan adama yozulur. |
TURP | Yuxuda turp-bədəvi, vəhşi adama, üstünlüyə və
halal ruziyə yozulur. - Evində turp görən kimsə pis bir davranışda bulunacaq və dərhal da tövbə edib doğru yola qayıdacaq. |
TURUNC | Röyada turunc-xəstəlik, üzüntü, kədər, bəzən də, sevgi və eşq hissiylə məsud olmaq anlamına gəlir. Evdə çoxlu turunc görmək-subaylar üçün gözəl və zəngin bir xanıma işarə sayılır. |
TURŞ ŞEYLƏR | Röyada turş şeylər yemək-həyatınızı, yaşayışınızı böyük zəhmətlər hesabına qazanacaqsınız. |
TUT AĞACI | Röya qışda görülərsə-qışın soyuq keçəcəyinə; başqa vaxt görülərsə-var-dövlətin artacağına yozulur. |
TUTUQUŞU | Erkək tutuquşu görən adam açıq sözlü, düzdanışan, mehriban və gözəl bir qadınla rastlaşacaqdır. |
TÜK | Röyada tük görmək, tükü əlinə
almaq-cavan oğlan üçün-ən gözəl arzu və istəklərinə asanlıqla çatmağa; - orta yaşlılar üçün-yumşaq, həlim xasiyyət olduqlarına; - qadınlar üçün-bir çox eşq macəralarına yozulur. |
TÜL | Cavan oğlanın yuxuda tül örpəkli bir qadın
görməsi-onun doğru yola üz tutacağına işarədir. - Orta yaşlı adamlar üçün bu röya-şübhə altına alınaraq günahlandırılmağa, lakin sonradan əsl həqiqətin ortaya çıxacağına; - subay qadın üçün-heç evlənməyəcəyinə; - evli qadın üçün-dilini dinc qoymadığından ailədə narazılıq və rahatsızlıq olacağına yozulur. |
TÜLKÜ | Yuxuda tülkü-qatil, yalançı,
aravuran, hiyləgər bir düşmənə, bəzən də geyim-keçimə; subaylar
üçün-evlənməyə, ya da hiyləgər qadınlara işarə sayılır. - Tülkü öldürmək-şərəfli və ləyaqətli bir qadınla evlənmək, yaxud düşməndən qurtarmaq kimi yozulur. - Tülkü dərisindən qazanc əldə etdiyini görən adamın qüvvəti artar, zəfər qazanar, yaxud da arvadı tərəfindən əlinə bir miras keçər. - Tülkü əti yemək-xəstəlikdən şəfa tapmaqdır. |
TÜMƏ GÖZƏTÇİSİ | Qəbir qazan bir adama işarə sayılır. |
TÜTƏK (ney) |
Yuxuda çoban sümsüsü, tütək,
ney görmək-oyun və əyləncəyə, təhrikə, fitnəyə işarədir. Bəzən fərəh və
sevinc anlamına da gəlir. - Röyada özünün tütəyi, neyi olduğunu görmək-röya sahibi Quranı yaxşı oxuya bilirsə, Qurani-Kərimdən həzə və qismətə nail olacaqdır. - Yuxuda mələkdən tütək alan kimsə valilik etmək qüdrətindədirsə, bir vilayətin rəhbəri olacaq. - Yuxuda tütək, ney çalmaq-röya sahibi Quranı öyrənəcək, öyrədəcək və quranı gözəl oxuyacaq. - Tütək, ney qızıldan olarsa və röya sahibi də həkim, rəhbər işdədirsə, adil hökmdarlığı hər tərəfdə yayılacaq və hikmət sahibi olacaqdır. - Tütək çalmaq-xəstə üçün ölümə; - dedi-qoduçu və böhtançı üçün-xəbərçiliyə; - uşaq arzusunda olanlar üçün muradlarının hasil olacağına yozulur. |
TÜTÜN QABI | Röyada tütün (siqaret) qabı görmək-yaxın günlərdə bir dostunuzun xoş bir sürprizi ilə qarşılaşacaq, bundan çox şad və xoşbəxt olacaqsınız. |
TÜTÜN İYLƏMƏK | Pis xəbərə yozulur. |
TÜFƏNG | Röyada tüfəng atmaq-qohumlar və dost-tanış arasında bir anlaşılmazlıq və qovğa olacağına, eyni zamanda, pis xəbərlərə yozulur. |