ÜZ (sifət) |
Bir kəsin yuxuda öz çöhrəsini
gözəl görməsi-işlərinin yaxşı gedəcəyini, müjdə və sevinci ifadə edir. - Röyada görülən üz-sarılığa, qısqanclığa və paxıllığa, ayrı-seçkiliyə, araqarışdırıcılığa və xəstəliyə işarə sayılır. - Yuxuda bədəninin ağ, üzünün qara olduğunu görmək-içiniz çölünüzdən daha sağlam və mənalıdır. - Bədəninin qara, üzünün ağ olması-çölünüz içinizdən gözəldir. - Üzünün qara olduğunu görən adam çox yalan danışar. - Üzünün böyük olduğunu görmək rütbə və yüksək məqamdır. - Üzünün qırmızı və tutqun olduğunu görmək-bir bəlaya və kədərə düşəcəksiniz. - Üzünün açıq və gözəl olduğunu görən kimsə əxlaqlı və fəzilətli adamdır. - Üzünün çirkin olduğunu görmək-pisliyə, rüsvayçılığa yozulur. - Üzünün çatlayıb yarıldığını görmək-röya sahibinin həyasızlığına işarədir. |
ÜZƏNGİ | Üzəngi ilə ilgili yuxular murada çatacağınıza yozulur. |
ÜZMƏK | Yuxuda dənizdə üzdüyünü görən
cavan oğlan yad bir məmləkətdə ürəkaçan uğurlar qazanacaqdır. - İki sevgilinin dənizdə bərabər üzməsi-gözlənilən bir fəlakət və faciənin onları izləməkdə olduğunu göstərir. |
ÜZÜK | Xeyrə yozulur. |
ÜZÜM | Röyada üzüm-gözəl və bol
ruzidir. Yuxusunda yerdən bir salxım üzüm qaldırdığını görən adam nir
qadın tərəfindən çoxlu mala sahib olacaq. - Ağ üzüm-xeyrə, şəfaya; qara üzüm-kiçik faydaya işarədir. - Lakin bu röyalar üzüntüyə və kədərə də yozula bilir. - Röyada yerə düşən üzümü qaldırmaq-az gəlirə, mənfəətə yozulur. - Yuxuda təzə üzüm görmək-xeyrə və qadın vasitəsilə əldə ediləcək gəlirə işarədir. - Başqa yozumlara görə, yuxuda üzüm-halal ruzini, dostluğu və sevgini də ifadə edir. - Üzüm yemək-şərab içmək və a comərd bir adam tərəfindən əldə ediləcək ruzi anlamına da gəlir. - Üzüm sıxmaq-bolluğa, xoşbəxtliyə, şadlığa, sevincə əlamət sayılır. |
ÜZÜM BAĞI | Yuxuda üzüm bağı, ümumiyyətlə, xeyrə yozulur. Aşağıdakı yozumlara bölünür: -bağda dolaşıb üzüm toplamaq-fərəhli və nəşəli istirahətə. -bağdan gizlicə üzüm oğurlamaq-umulmayan yerdən gözlənilməz bir yaxşılıq. -bağda üzümü torpağıyla birlikdə yığmaq-əyləncəli bir toplantıya. -bağda üzüm urası-yaxın vaxtlarda gerçəkləşəcək toy-düyünə. -bağdan salxım-salxım üzüm vermək-xeyirli və şad xəbərə yozulur. |
ÜZÜM TƏNƏYİ | Bolluq, varlıq kimi yozulur.
Üzüm tənəyi (meynəsi) yuxuda onu basdıran və yetişdirən adam üçün ən
böyük şərəf hesab edilir. - Üzüm tənəyi-zəngin və şərəfli bir qadına da işarədir. - Röyada budanmış üzüm tənəyi aldığını görən kimsə şərəfli və möhtərəm bir qadından mal sahibi olacaq. |
ÜYÜTMƏK | Röyada buğda və arpa uyutmək-yeni və sevinc dolu xəbərlər alacaqsınız. |
ÜLGÜC | Yuxuda ülgüc-oğlan uşağına
yozulur. - Ülgüclə bir şey kəsmək-başladığınız iş yarımçıq qalmayacaqdır. - Ülgüclə ət doğramaq, yaxud heyvan yaralamaq-camaatın zəhləsini töküb rahatsız etməyə, pis sözlərə işarədir. - Ülgüc-kinə, düşmənçiliyə, kədər və iztirab verən acı dilə də yozulur. |
ÜNNAB AĞACI | Xoşbəxtliyə və sevincə yozulur. |
ÜRPƏRMƏK | Kiçik bir rahatsızlığa işarədir. |
ÜSYAN | Röyada bir üsyan olayı görmək-röya sahibi yaxın
vaxtlarda dostlarının onun haqqında yaydığı dedi-qodulardan xəbər
tutacaqdır. - Üsyan uğursuzluqla sona çatmışsa, röyanı görən pis bir xəbərlə qarşılaşacaqdır. |
ÜTÜ | Yuxuda isti ütü görmək-çox
zəkalı olduğunuza, ancaq zəkanıza gərəyindən artıq güvəndiyinizdən zərər
gördüyünüzə yozulur. - Dərzi ütüsü-xoş xəbərdir. - Bir şey ütüləmək-işlərinizin düzələcəyinə işarədir. |
ÜFLƏMƏK | Röyada ocağı, ocaqdakı qoru üfləmək-gizlin işin
aşkar olacağına, sirr saxlayan adama sirr açmağa işarədir. - Yemək bişirmək üçün ocağı üfləmək-mənfəət məqsədiylə bir şeyi göz altına almağa yozulur. - Allahın əmriylə Əzrayıl surunun (şeypurunun) üflənməsi-bu səsi yalnız röya sahibi eşitmişsə, iztirablı xəbər təkcə ona aiddir; camaat da eşitmişsə-bütün xalqın sıxıntı və qərarsızlıq içində olacağına yozulur. |
ÜŞÜMƏK | Cavan oğlanın yuxuda
üşüdüyünü görməsi-həyatda uğur qazanmağa əngəl olan səbəbləri başqasında
yox, özünüzdə axtarmalısınız. - Daha yaşlı adamlar üçün bu röya-əvvəllər əlinizdən çıxmış bir xətanın qarşınıza çıxacağına, lakin zəka və incə düşüncəylə hərəkət edərək, bunu öz yoluna qoya biləcəyinizə; - evli qadınlar üçün-kiçik bir qəzadan qurtulmağa işarədir. |