Mənim son zəng xatirəm - Tomris Müslümova (17)

Müəllif: Fi-Ra
Şərhlər: 21
Baxılıb: 1 787
Səs ver:
(səs: 6)
Salam saytımızın şirin-şəkər xanımları. İlk lahiyəmlə sizin qarşınızdayam. Bir vaxtlar aliceWOnDer xanımın rəhbərlik etdiyi "Mənim son zəng xatirəm" adlı lahiyəni Admin bəyin icazəsi ilə mən davam etdirirəm. 
Hər birimizin məktəb həyatında yaxşı, pis, acı, şirin, unudulmaz xatirələr olur. Həmin xatirələrdən biri də Son zəngdir. Son zəng xatirələri unudulmaz olur. Və buyurun siz də öz Son zən xatirənizi bizimlə paylaşın. 
Lahiyəmin ilk qonağı Tomris Müslümova xanımdır. Buyurun userimizin Son zəng xatirələri ilə tanış olaq.
 
Salam olsun Qadınlar.biz saytının bütün xanımlarına.
Dəvətiniz üçün təşəkkür edib,layihənin davamçısı və indiki müəllifinə isə uğurlar arzu edirəm.Davamlı olsun sayt fəaliyyətiniz inşAllah.
Mənim həyatıma yazılan və heç zaman xatirələrimdən silməyən illər varsa oda məktəb illəridir.Həm sinif uşaqlarımızın məktəb üzrə ən savadlılar olması,həm qızlarımızın tərbiyəli olması baxımından məktəbdə birinci idik.Sinif rəhbərimizdə hər zaman bizim təsibimizi çəkirdi.Heç zaman namımızı yerə verməzdi.Son zəng isə ən üzücü gün idi bizim üçün.Onda hələ bu qədər dərk eləmirdik amma hamıda gizlin bir üzüntü vardı.
Bilirsizki,10-11 də hamı hazırlığa gedir,ona görədə məşqlərdə bir araya gəlmək elədə asan olmurdu.Müəlliməmiz bizi bir araya gətirənə kimi dinnən imannan çıxırdı :08: 
Səhər durdum getdim salona.Əvvəlcədən gedib danışmıdım ki,gələcəm bu formada düzəldərsiz.Qızda razılaşdı.Getdik mənnən qabaq başqa məktəbin məzunu saçını düzəltdirirdi məndə jurnal vərəqliyirdim ki indi bu duracaq mən oturacam.Birdən gözüm başqa saç formasına dəydi.Qız durdu indi mən oturasıyam dedim yox bu formada yox indi jurnalda gördüyüm formada yığın.Qız dedi ki risk eləmə birdən yaraşmaz gəl tərslik eləmə əvvəl dediyin kimi yığaq.Dedim yoxee bu formada. :08: Qızda razılaşdı yığdı.Son zəngdən sonra hazırlıqda qızlar yaxınlaşıb soruşdular ki,sən saçını harda düzəltdirmişdin? Qəşəy alınmışdı  :23:  Dedim ee Tomris bir şey bilirdə deyirdə  :fonn:  Nəysə hamının xoşuna gəlmişdi.Tanış qızda uzaqdan mənim şəkillərimi çəkmişdi mənim xəbərim olmadan.Çox maraqlı şəkillər idi heç xəbərim yox idi ki,şəklimi çəkir.
 Nəysə o gün gəldi yetişdi.Mənim boyum uzun olduğu üçün ən axırda düşdük.9. sinifdən uşaqlarla söhbət edəndə hamı özünə tərəf müqabili seçdi ki,kim kiminlə düşəcək.Məndə seçdim.Heç kim sözündə durmadı amma bizim boyumuzda uyğun gəlirdi deyə elə ikimiz düşdük.Ən axırda.Qızlar qara göy rəngdə don geyinmişdi.Oğlanlarda eyni rəngdə şalvar,köynək,qalstuk.Gəldi mikrafon işləmədi,mahnımız yarımçıq kəsildi.Digər sinifn uşaqları qəsdən telefona zəng edirdilər ki,mahnı kəsilsin.Məndə əvvəlcədən oğlanlara demişdim ki,nömrənizi çıxarın sonra taxarsız.Mahnımız kəsilməsin.Dedilər həə yaxşı narahat olma.Mahnı kəsiləndə çöndüm bunlara tərs-tərs baxdım.Onnan sonra bunlara ağzıma gələni dedim ki,3 dəqiqəlik nömrəni çıxarsaydız nolardı? Xoşunuza gəldi biyabır olduq?  :kzgn:  Gedib studiyada mahnı yazdırmışdıq.Onnan ötrüdə nə əziyyət çəkmişdim oda uzun istoriyadı.Diskdədə düşüb mənim onlara o ilanvari baxışım.Nəysə başına-gözünə döyə-döyə son zəng bitdi.Kürün qırağında keçirəcəyimiz qonaqlığın qapısının açarını tapmırıq.Hamıda yığışıb bizə ki ora gedək.Aldım yanıma oğlan sinif yoldaşımı ayağımda vetnamka istidə getdik açar axtarmağa.Yiyəsi tapılmır.Acınnan susuzluqdanda mələşirik. :agla:  Nəysə itkin adamı tapdıq.Özümü ora atan kimi cumduq suya.Onnan sonra gecəyə kimi çaldıq-oynadıq. :dj:  :dancing:  Onnan sonra atestat imtahanının ikinci mərhələsi oldu.İmtahannan çıxdıq tökülüşdük şəhərə.Getdik əyləncə mərkəzinə,ordan da Kürün qırağnda gəzməyə.
Belə yarı əsəb,yarı xoş xatirələrlə Son zəngimizi belə başa vurduq.Ümid varam oxumaqdan yorulmadınız.Hələlik :03:
 
 Əgər təhsilini davam etdirirsə Tomris xanıma dərslərində uğurlar arzu edirəm. 

 
Xanımlar mən burda yeni olduğum üçün kimin məktəbli, kimin təhsilini bitirmiş olduğunu bilmirəm. Kim lahiyədə iştirak etmək istəsə mən mesajla müraciət edə bilər.
(səs: 6)
Şərhlər: 21
Baxılıb: 1 787
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri