Şəki Rayonu Kiş kəndində qədim Alban kilsəsi

Şərhlər: 7
Baxılıb: 5 084
Səs ver:
(səs: 11)
Azərbaycanın ən qədim şəhərlərindən biri olan Şəki, Böyük Qafqaz sıra dağlarının yamacında yerləşir. Əlverişli coğrafi mövqeyi, mülayim iqlim şəraiti, məhsuldar torpaqları olan bu rayon lap qədim zamanlardan Azərbaycanın iqtisadi, mədəni və inzibati mərkəzi kimi inkişaf edib. Şəkinin dağlar qoynunda yerləşən, gəzməli-görməli bir çox kəndi var. Ən füsunkar gözəlliyə malik kəndlərdən biri isə Kiş kəndidir. Bu kənd Azərbaycanın şimal – şərqində, Şəki şəhərinin bir neçə kilometrliyində yerləşir.

Biz də bu dəfə həmin kənddən və həmin kəndin məhşur abidəsindən danışacağıq. Kiş kəndində diqqət çəkən, böyük marağa səbəb olan müxtəlif yerlər var,. Amma bu kəndi daha da məşhurlaşdıran I – II əsrlərdə Albaniya maarifçisi Apostol Yelisey tərəfindən qədim alban məbədinin yerində təməli qoyulmuş kilsə olub. Qafqazda ən qədim kilsə sayılan bu məbəd Kiş kəndinin Maflar məhəlləsində yerləşir.

Rəvayətə görə, İsa peyğəmbərin din qardaşı müqəddəs Yakov xristianlığı təbliğ etmək üçün müqəddəs Yeliseyi Albaniyaya göndərir. Müqəddəs Yelisey əvvəlcə bir müddət Çola və Uti vilayətində missionerlik etmiş, sonra isə "Giş" adlı kəndə gedərək orada kilsə tikib. Deyilənə görə, bu kilsə yalnız Qafqaz Albaniyası ərazisində deyil, ümumiyyətlə, Qafqazda tikilmiş ilk xristian kilsəsidir. 2000 yaşı olan məbədin divarları 3 tərəfdən metal pulları cəzb etmək xüsusiyyətinə malikdir. Bunu nəmliklə, uzun müddət şam yandığından divarlara parafin qatının çökməsi ilə izah edirlər. Bu cür xüsusiyyətinə görə məbəd ocaq, pir və ziyarət kimi müqəddəs yerlərdən biri hesab olunur.Məbədin içərisində yerləşən dərinliyi 5 metr, eni 3 metr olan katakomba tipli sərdabənin içərisində 20-25 nəfər insanın dəfn edildiyi bildirilir. Bu insanların boylarının hündürlüyü 2m-2,20 sm-dir. Ən qısa boylu insan isə 2 metr olub.

2000-ci ildə etibarən məbəddə aparılan bərpa işləri 2003-cü ildə sona çatıb.
(səs: 11)
Şərhlər: 7
Baxılıb: 5 084
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri