Quba haqqında məlumat

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 14 281
Səs ver:
(səs: 14)

Qədim mənbələrdə Firuz Qubad adlanan şəhərin adı Sasani hökmdarı I Qubadın adından götürülmüşdür.
Yaqutun lokallaşdırılmasına görə (1227) "Bab əl-Əbvab, yaxud Dərbənd yaxınlığındakı bu qədim şəhər”,ehtimal ki, indiki Qubanın yerində olmuşdur. IX-X və daha əvvəlki ərəb mənbələrində Qubanın adına rast gəlinmir.
Lakin A.A.Bakıxanov Şirvanşah Kavus ibn Keyqubadın (h.774 (1373)-cü il) Quba yaxınlığında gözəl türbəsini gördüyünü xəbər verir ki, bu da həmin yerdə daha qədim zamanlarda və XIV əsrdə qəsəbə və ya şəhər olduğunu fərz etməyə imkan verir.
XVI əsrə aid daha sonrakı mənbədə yerli sakinlərin dilindən xəbər verilir ki, "dağın yamacında qala olan Quba çoxdan dağılmışdır. Həmin vaxt (1582-ci il) Quba çoxlu kəndi əhatə edən nahiyənin adı idi”.
Beləliklə, Quba adı XVI əsrədək gəlib çıxmışdır. Bu dövrdə Quba adı altında nahiyə mövcud olmuş, qala isə dağılmışdı.
S. Aşurbəyli belə hesab edir ki, Quba Xilafətin Azərbaycanı və Dağıstanı istila edərkən Mədinə yaxınlığındakı Quba şəhərindən gəlmə ərəb tayfalarının VII əsrdə özləri ilə gətirdikləri eyniadlı toponimlər sırasına daxildir.
S. Aşurbəyli – Şirvanşahlar dövləti. Bakı, 2007 Bu adın ərəb Xilafətinin istila etdiyi ərazidə geniş yayılma arealı, eləcə də, Quba şəhərini təsvir edən Zeynalabdin Şirvaninin (XIX əsr) aşağıdakı məlumatı bu fərziyyəni təsdiq edir: "Qədimdə ərəb tayfalarından biri Qubaya köçərək burada məskən salmışdır”.
Firuz Qubada köçüb gələn ərəblər Mədinənin yaxınlığındakı şəhərin adı ilə səsləşən adı eşitdikdə, Məsqət kimi,onu da tanış olan Quba adı ilə adlandırmışlar.
Məsud ibn Namdar Sədunun (indiki Siyəzən) daxil olduğu nahiyədə Qavadan kəndinin adını çəkir.
Burada Qavad adına yer, şəhər və s.bildirən "an” suffiksi artırılmışdır. Ola bilər ki, bu elə həmin Firuz Qubad Qubanın qədim adıdır.
XVIII-ci əsrin ortalarında Quba xanlığı yaradılmış, onun mərkəzi əvvəl Xudat, sonra isə Quba şəhəri olmuşdur.
Hüseynəli xanın oğlu Fətəli xanın (1758-1789) dövründə Quba xanlığının mövqeyi artmışdır. 1806-cı ildə Quba xanlığı Rusiyaya birləşdirildi və əyalətə çevrildi. Yenidən təşkil olunmuş Quba qəzası 1840-cı ildə Dərbənd quberniyasına, 1860-cı ildə isə Bakı quberniyasına daxil edildi. 1930-cu ildə Quba Azərbaycanın inzibati rayonlarından birinə çevrildi.

Memarlıq Abidələri
Azərbaycanın şimal-şərgində yerləşən Quba xalça mərkəzi üç hissəyə-dağlıq, dağətəyi və ovalıq hissələrə bölünür:
Dağlıq hissəyə – Qonaqkənd, Xaşi, Cimi, Afurca, Yerfi, Buduq, Qırız, Cek, Salmasöyüd kəndlərində mərkəzləşmiş məntəqələri aid etmək olar;
Dağətəyi hissədə xalça istehsalı – Əmirxanlı, Əlixanlı, Xəlfələr, Pirəmsan, Bilici, Şahnəzərli, Pirəbədil, Zeyvə, Zöhrami, Sumaqobaq, Xırdagül-çiçi, Sırt-çiçi, Dərə-çiçi məktəbləri; Ovalıq hissədə isə Şabran aran zonasında
Çay Qaraqaşlı, Hacı Qaraqaşlı, Süsənli, Qaraqaşlı, Dəvəçi, Mollakamallı və s. kəndlərdə mərkəzləşib.
Bu məktəbə həmçinin də Dərbənd ərazisində toxunan xalçalar da daxildir.
Quba xalçalarının bəzəyini həndəsi naxışlardan ibarət ornamentlərin stilizə edilmiş nəbati, bəzən isə heyvan motivləri təşkil edir. Bu məktəbin xalçalarında medalyonlu çeşni üslubu da geniş yayılmışdır.
Quba xalçalarının ən parlaq kompozisiyaları
” Qədim-Minarə”, "Qımıl”, "Alpan”, "Qollu-çiçi”, "Pirəbədil”, "Hacıqayıb”, "Qırız”, "Cek” və s.-dir Bu zonada toxunan "ÇİÇİ”, "SIRT ÇİÇİ”, "QIMIL”, "CİMİ”, "YERFİ”
xalçaları dünyanın bir sıra müzeylərinin və şəxsi kolleksiyaların bəzəyidir.
Tarixi abidələri
Memarlıq abidələrindən Ağbil türbələri (XVI əsr), Alpan kəndində Subaba türbəsi (XVI əsr), Birinci Nügədi kəndində məscid və minarə (XVII-XIX əsrlər), Xınalıq kəndində bürc, Qudyalçay üzərindəki Tağlı körpü və s.
mühafizə olunur. Avropanın ən uca dağ kəndi sayılan Xınalıq kəndində IX əsrə aid Atəşpərəstlər məbədi,Ağbil kəndində XVI əsrə aid türbələr, Quba şəhərində XIX əsrə aid Səkinəxanım, Hacı Cəfər və Cümə məscidləri, Gümbəzli hamam vardır. Bundan başqa Rustov kəndində "Ələmu” adlı qala və tarixi məscid vardır.

(səs: 14)
Şərhlər: 3
Baxılıb: 14 281
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri