Bakını tanıyaq tanıdaq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 107
Səs ver:
(səs: 1)
Bakı - Azərbaycanın paytaxtı və ən böyük şəhəridir.
Şəhər,  Abşeron yarımadasının cənub hissəsində, Xəzər dənizi sahillərində yerləşir. Ən maraqlı abidələr Köhnə şəhərdə-Qalada cəmlənmışdir.
Şəhərin dəniz boyunca  uzanan əsas sahilboyu magistral  xətti -Neftçilər prospektidir. Onun mərkəzi Qız Qalasıdır. Qalanın və qüllənin silindri - prospektin bəzəyidir. Bakı sahili çox gözəldir. O, Bakı buxtasının çalarlarını təkrar edir. Onun əsas bəzəyi - xiyabanlar və fəvvarələrdir.  Səthində  restoran , kafe, bar, bilyard olan geniş , beş yüz metrlik estakada dənizə tərəf yönəlmişdir.

Bakının kənarında çox maraqlı abidə - əbədi yanan Atəşgah var. Görünür ki, XVIII əsrin əvvəllərində , burada , məskun salmış hindu tacirləri  bu əbədi yanan atəşlə  maraqlanmışlar. Onlar da , burada bu Atəşgahı tikərək , ona sitayiş etmişlər.Hazırda , atəşgah yenidən alovlandırılmışdır.

Bakı şəhərinin yerləşdiyi Abşeron yarımadasının iqlimi mülayim isti , quru yay havasından və qısa mülayim qiş havasından ibarət olur. Yunanıstan və İtaliya ilə eyni en dairəsində yerləşməsinə baxmayaraq , Abşeron özünün yüksək orta illik temperaturu və az miqdarda yağıntısı ilə fərqlənir.

Hər bir Bakılı və  paytaxtımıza gələn qonaq Qız Qalası, Şirvanşahlar Sarayı, İçərişəhər , Nağıyevin evi, Bakı bulvarı və digər arxitektura tikililərinin valehedici gözəlliyi ilə fəxr edir. Müasir Bakının simasında Milli Kitabxana, Azərbaycan Tarix Muzeyi, M.F. Axundov adına Opera və Balet Teatrı, Rus Draması, Sirk və başqa tikililər də az əhəmiyyətli yer tutmur.

Bakının diqqətəlayiq yerlərindən biri də - Xəzərin ortasında dəniz neftçiləri üçün tikilmiş  , öz romantik adına bəraət qazandırmış Neft Daşlarıdır. Yaşayış evləri , dükanlar, poliklinika, kitabxana , kinoteatr, vertolyot stansiyası, çayxana -bütün bunlar Neft Daşlarında var. Burada , dənizin dərin qatlarından  neft hasilatının qəhrəman tarixindən bəhs edən muzey yaradılmışdır.
Açıq səma altında olan Qobustan muzeyi  , özunun qeyri-adi əzəməti ilə gələnləri heyran edir.
Təəccüblü deyil ki,  turistlər , böyük məmnuniyyətlə bu qədim  və gözəl şəhərə gəlib , onu tez-tez Neapol və San-Fransisko ilə müqayisə edirlər.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 107
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri