Bakı və mən...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 790
Səs ver:
(səs: 5)
Bakı... Elə bir şəhərdir ki, hələ ona qarşı nə hiss etdiyimi bilmirəm. Sevmirəm desəm ,  yox deyə bilmərəm.  Sevirəm desəm Rəsmiyyət şəhəri... Düşünürəm ki, insanlarını da assimilyasiya edib bu şəhər. Hər gün küçələrində gəzərkən bir dənə belə gülümsəyən insanı görə bilməmək çox kədərlidir. Bu qədərmi dəyişər , bu hala salar insanları bu şəhər? deyib, hirslənirəm. Amma nifrət də edə bilmirəm... İnsanlar Bakını sevmək, ya da sevməmək üzərinə yüzlərlə yazı yazıb, danışırlar. Bunun nə qədər çətin ya da nə qədər asan olduğundan bəhs edirlər. Yaxşı , tam ortada qalmağa nə deməliyik? Bəzən bir dəqiqə belə qalmaq istəmədiyim bu şəhər, bəzən ömürümün hamısını heç bir yerə tərpənmədən keçirmək istədiyim şəhər olur birdən - birə. Hər vaxt küləkli, bağlı havasında, buludlarının ardında günəşin bir ucunu daim buraxar bu şəhər. Sanki güvən vermək istər kimi... İnkişaf edim deyərkən, kiçik balaca , kasıb evlərində tapdığı qonşuluq əlaqələrini, səmimiyyəti itirib uzun, darıxdırıcı binalarında qazandığı soyuqluğu hiss edilməyəcək kimi də deyildir əlbəttə.

Beton yığını olur Bakı, inkişaf etdikcə.... Kiçik dar küçələrində ayaqlarını qopacaq hala gələnə qədər gəzib, bir o qədər daha getmək istəyərsən. Qışda, dizlərinə kimi yağan qarın içində bezənə qədər qartopu oynayar, baharda dayanmaq bilməz yağışda arı kimi işləyib, günü qurtarma səyiylə qaçıb dayanan insanları izləyərsən.Yayda isə heç yaşamaq olmur bəzən Bakıda istidən...
Bakı niyə doğma , yaxın gəlir deyilsəydi, Özümə bənzətdiyim üçün bəlkə də bu qədər yaxın gəlir mənə deyərdim.. Buz kimi soyuğunda hər şeyə baxmayaraq yaşanıla biləcək bir şeyin tapılması, sanki ən çəkilməz xasiyyətlərimə baxmayaraq hələ dözülə bilər biri olmağım kimi, Həmişə, avtobuslarını , metrolarını , taksilərini son dəqiqədə qaçırmaram, hər fürsəti qaçırmaram deyərkən bir anda yenisini görüb təkrar sıx bağlanmağım kimi...
Bakı... Daha minlərlə tərif etsəm, heç birinə sığa bilməzsən... Bakı bir iki cümləylə izah edilməz. Yəqin eşitmisiniz , deyərlər, İzah edilməz, yaşanar. Eynilə elədir. Bakıda , Bakını yaşamaq lazımdır. Hər şeyiylə..
(səs: 5)
Şərhlər: 9
Baxılıb: 3 790
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri