Hansı bürcə nə yaraşır?

Müəllif: SEVGI DENIZIM
Şərhlər:
Baxılıb: 7243
Paylaş:
Səs ver:
(səs: 9)
Qoç bürcü: Qoç qadınları mövsümə uyğun ayaqqabıları sevərək geyinirlər. Enerjili qadınların dolabında rahat ayaqqabılar daha çoxdur. Ancaq qırmızı, narıncı, sarı və əlvan rəngləri xoşladığı üçün ayaqqabıların da o rəngdə olmasına fikir verirlər.

Buğa bürcü: Onlar yüksək platforma ayaqqabılar ilə gözəl görünürlər. Bu ayaqqabı modelində necə gəzmək lazım olduğunu yaxşı bilirlər. Zebra, leopar təsvirli ayaqqabılar bu bürcün qadınlarını eleqant göstərir. Sadəcə keyfiyyətli ayaqqabı seçmək lazımdır.

Əkizlər bürcü: Onların ayaqqabı kolleksiyası olur. Lentli səndəllərin belə çəkici olduğunu fikirləşirlər. Bağlı ayaqqabıları daha çox xoşlayırlar.

Xərçəng bürcü: Mehriban, romantik və zərif Xərçəng qadınlar üçün qladiator tipli bir cüt dabanı düz səndəllər möhtəşəmliyi ifadə edir. Sevdiyi insanlarla yaxşı vaxt keçirmək üçün rahat geyinməyi xoşlayırlar.

Şir bürcü: Zərif görünməyi sevən qadınlar üçün ayaqqabı olduqca önəmli seçimdir. Çünki ayaqqabı narahat olarsa, bütün geyim bərbad ola bilər. Cəsur rənglərə, topuqlu və marka ayaqqabılara müraciət edir.

Qız bürcü: Dəmir detallarla mükəmməl olan ayaqqabılar axtarırlar. Süd rənglərini dəbə bu bürcün nümayəndələri gətiriblər. Qara rəngi isə heç nəyə dəyişməzlər. Gipürlü ayaqqabılar onlar üçün çox özəl olacaq.

Tərəzi bürcü: Bu bürclər üçün rahatlıq və çəkicilik birlikdə olmalıdır. Rəngli, cəkici, həm də rahat olan ayaqqabı modellərinə üstünlük verirlər.

Əqrəb bürcü:
Bir ayaqqabı nə olursa-olsun, hər şeydən əvvəl diqqət çəkməlidir. Onun dolabında qara rənglərə təsadüf edə bilərsiniz. Hündürdaban çəkmələri xoşlayırlar.

Oxatan bürcü: Ən birinci rahat olmalıdır. Oxatan bürcləri üçün dəb həm də rahatlıq deməkdir.

Oğlaq bürcü: Oğlaq bürcünün qadınlarına işə gedib gəlmək üçün rahat ayaqqabılar göstərin. Eleqantlıqdan daha çox rahatlıq və sağlamlıq birinci gəlir. Klassik modellər onların əsas seçimlərinə daxildir. Qalın dabanlı ayaqqabıları da bəyənirlər.

Dolça bürcü: Dolça bürcünün qadınları üçün ayaqqabıların rəngləri çox önəmlidir. Ayaqları və geyimi gözəl göstərən ayaqqabılar geyinərlər. Bəzən rahat olmasa da, gözəllik xətrinə seksual və rəngli ayaqqabıları geyinə bilərlər.

Balıq bürcü:
Balıq bürcündən olan qadınların ayaqqabıları ilə bağlı şikayətləri çoxdur. Buna görə də ayaqqabının rahat və komfortlu olmağı çox vacibdir. Baletka, idman və sadə ayaqqabılar sanki bu bürcün nümayəndələri üçün yaradılıb.

loading...
(səs: 9)
Şərhlər:
Baxılıb: 7243
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook