Həftəlik bürclər 4 Aprel - 10 Aprel

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 6 906
Səs ver:
(səs: 1)
Bu həftə 04 Aprel - 10 Aprel 2016-cı il Qoroskop

Qoç bürcü üçün nə deyir?
Həftəyə başlayarkən diqqətli və səliqəli olun. Xırda detallara, əhəmiyyətsiz faktlara fikir verin. Diqqətsizlik, ətraf aləmdən təcrid olunmağınız, hadisələrə barmaqarası, laqeydliklə baxmağınız isə sizə həm işdə, həm şəxsi həyatınızda ciddi problemlər yarada bilər.

Buğa bürcü üçün nə deyir? maraqlı tanışınız peyda ola bilər. Bu gün sizi geyiminizə görə deyil, ağlınıza görə qarşılayırlar, odur ki, onu gizlətməyin mənası yoxdur. Axşama doğru işləri unudub istirahət etmək istəyəcəksiniz. Narahat olmayın, sizə qoşulmaq istəyənlər tez tapılacaq. Əsas məsələ odur ki, bu işdə canfəşanlıq etməyəsiniz.
 
 
 Əkizlər bürcü üçün nə deyir? həftə istədiyiniz kimi başlamır. Ailənizdəki ab-hava heç xoşagələn deyil. Daim kiminləsə mübahisə edir və savaşırsınız. Anlaşılmazlıqlar artır. Sizin ümidinizi puç edən dostlarınızla da aranız dəyə bilər. Özünüzün haqlı olduğunuzu sübut etmək üçün sərt müzakirələr açmalı olacaqsınız.

 Xərçəng bürcü üçün nə deyir? həftə xoş olacaq. Həm peşəkar, həm şəxsi problemlərinizin həlli üçün şərait yaranır. Sevdiyiniz insanla münasibətləriniz düzəlir. Bir çox yaxşı insanlara kömək edə biləcəksiniz.
 
  Şir bürcü üçün nə deyir? özünüzü itirməyin - şəraitdən öz xeyrinizə istifadə edə biləcəksiniz. Mürəkkəb məsələlərin həlli üçün ən yaxşı vaxt isə günün ortasıdır. Diqqətinizi toplayaraq işləri səliqə ilə başa çatdıra biləcəksiniz. Axşama doğru yaxınlarınızla ünsiyyətdə problemləriniz yarana bilər.
 
 Qız bürcü üçün nə deyir? yaman tələsirsiniz, bu səbəbdən bir çox problemləriniz olacaq. Ətrafında qadınlar olan Əqrəblər isə daha çox çətinliklə üzləşəcəklər: bu gün zərif cins nümayəndələri ilə ünsiyyət bu bürcün nümayəndələrinə heç məsləhət deyil. Yeni tanışlarınızla dil tapmaq çətin olacaq, onlarda elə də xoş olmayan təəssürat yaradacaqsınız.
 
  Tərəzi bürcü üçün nə deyir? bütün bu çətinliklərə baxmayaraq, ən yaxşı keyfiyyətlərinizi göstərə biləcəksiniz. Özünüzü ağayana, layiqli apacaq, köməyə ehtiyacı olanlara yardım əli uzadacaq, öz prinsiplərinizə sadiq qalaraq kimsənin sizi idarə etməsinə şərait yaratmayacaqsınız.
 
  Əqrəb bürcü üçün nə deyir? populyarlıq, diqqət, kompliment, qarşı cins tərəfindən böyük maraq arusundaydınız? Sevinin, bu gün həmin arzularınız gerçəkləşir. Əgər arzulamırdınızsa, o zaman sizinlə tanış olmaq istəyən insan ordusu ilə qarşılaşmağa hazır olun. Hətta sizin kinayələriniz də bu gün onlara təsir etməyəcək.
 
 Oxatan bürcü üçün nə deyir? səhər çağı faydalı işlə, özü də çoxlu insanın əhatəsində məşğul olmağınız məsləhətdir. Təşkilatçılıq qabiliyyətləriniz güclənir, ömründə qapısının kandarından o yana addım belə atmayanlar bu gün sizin ardınızca dünyanın qurtaracağınadək getməyə hazırdırlar. Romantik görüşlər üçün əla vaxtdır.
 
  Oğlaq bürcü üçün nə deyir? o qədər xoş sürprizləriniz olacaq ki! Hər bir şəraitdən xeyrinizə istifadə edə biləcəksiniz. Yeni eşqə düşməyiniz, yaxud da əvvəlki münasibətinizi təzələməyiniz və ya möhkəmlətməyiniz mümkündür. Oğlaqlar bu gün yaxınları, ailələri üçün əllərindən gələni əsirgəmirlər. Uşaqlarla ünsiyyət çox xoş olacaq.
 
 Dolça bürcü üçün nə deyir? həftənin ilk yarısı az danışıb, daha çox gücü qulaqlarınıza verin, xüsusilə də həmsöhbətiniz qadınlardırsa. O qədər də etibarlı olmayan mənbədən bu gün çox qiymətli məlumat alacaqsınız. Sizin üçün çox cazibədar birindən bu gün maraqlı təklif də ala bilərsiniz.
 
 Balıqlar bürcü üçün nə deyir? yaxınlarınızı tələsdirməyin. Hadisələr istədiyinizdən daha ləng inkişaf edir, amma bununla barışmalısınız. Axşama doğru yaradıcı potensialınız artacaq. Yeni ideyalarınız peyda olacaq. Ancaq bir çətinlik var - emosional durumunuz sabit deyil, boş işlərə görə məyus olur, yaxınlarınızdan küsür və özünüzə inamınızı itirirsiniz. 
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 6 906
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri