Nişanlımı anamla bir yataqda tutdum – Tələbə qızın şok dramı

Müəllif: NoName
Şərhlər: 39
Baxılıb: 37082
Paylaş:
Səs ver:
(səs: 8)
O, bizim məktəbə 7-ci sinifdə gəlmişdi. Gəldiyi ilk gündən də hamımızla isinmişdi, mehriban oldu. Siniflə keçirdiyimiz bütün tədbirlərdə, yay tətillərində getdiyimiz bütün səfərlərdə fəallıq edirdi. Qısa zamanda sinfin həm oğlanları, həm də qızları ilə yaxınlaşmışdı. Hətta illərlə bizimlə bir yerdə oxuyan yoldaşlarımızın çoxundan daha yaxın olmuşdu. Sinifdəki bəzi oğlanlar ara-sıra qızlara söz də atırdılar: -Neçə ildir, sizinlə oxuyuruq, hələ bir bazar bizimlə görüşüb kəlmə kəsməmisiniz, amma hər həftəsonu Elxanla bulvardasınız. Bizi ona bilmədiyimiz bir səbəb bağlayırdı. Özümüz də hiss etmədən sinfin demək olar ki, bütün qızları onu çox istəyir, ondan ötrü darıxırdıq. Elxan həm dərslərini yaxşı oxuyur, həm də öz mehribanlığı və tərbiyəsi ilə müəllimlərin sevimlisinə çevrilirdi. Bu mehribanlıq zaman keçdikcə qəribə bir doğmalığa dönürdü. Onda hələ sevginin dadını bilmir, bir oğlana könül verməyin nə demək olduğunu anlamırdıq… Nə az, nə çox, düz dörd il bir sinifdə oxuduq. Bu dörd ildə aramıza təzə gələnlər də çox olmuşdu, gedib başqa şəhərlərdə, başqa məktəblərdə oxuyanlar da. Elxan isə ildən-ilə sinif yoldaşlarımızın arasında daha çox hörmət qazanmış, daha da çox parlamışdı. Universitetə hazırlaşmağa başlayanda onunla bir repetitorun yanına gedirdik. Sözləşib hazırlıq vaxtımızı da bir saata salmışdıq. Məktəbə də, hazırlığa da birlikdə gedir, birlikdə qayıdırdıq. Universitetə hazırlığın ən qızğın vaxtında bizim ailəmiz də böyük bir skandal oldu. Anam atamın telefonunda bir qadın mesajı tutmuşdu: -Yatmamışam, səni gözləyirəm… Artıq ox yaydan çıxmışdı. Bütün qohum-əqrəba tökülüşüb anamı sakitləşdirməyə çalışsa da, mümkün olmadı. Qərar qəti idi: O ayrılmaq istəyirdi. Hətta mənim bu həyəcanlı vaxtımda hər şeyin alt-üst olacağı qorxusu belə yox idi onda. O, qəti fikrini bildirdi və atamla ayrılmaq qərarına gəldi. Ağır günlərdə Elxan mənə çox dəstək oldu. Universitetə hazırlaşmaq fikrindən daşınmaq istədiyimi eşidəndə mənimlə ciddi söhbət elədi, məni yenidən həyata mübarizəyə qaytardı. Beləliklə, yenidən toparlanıb təhsil almaq fikrimi qətiləşdirdim… Həftələr, aylar keçdi. Biz son zəng hazırlığına başladıq. O dövrdə də pal-paltar almağa Elxanla birlikdə getdik, onun bəyəndiyi paltarı seçdim, o da mən bəyəndiyim paltarı. Lap uzun illərin ər-arvadı kimi. Son zəng günü qızların ən gözəli mən, oğlanların ən yaraşıqlısı o idi. Sevincimiz yerə-göyə sığmırdı. Biz orta məktəbi bitirib həyata atılır, universitetə qəbul olub peşə sahibi olmağa tələsirdik. Tədbirimizin şirin yerində Elxan məni bir kəınara çəkib ürəyini açdı: -Dörd ildir bir sinifdə oxuyuruq. Bu illər ərzində sənə sevgim-məhəbbətim dama-dama göl olub. Səni əvvəl bir sinif yoldaşı kimi çox istəmişəm, sonra bir dost kimi. İndi isə bu əlamətdar gündə hiss etdiklərimi dilə gətirmək istəyirəm. Elxan danışdıqca ürəyim ağzıma gəlir, qulaqlarıma kimi qızarırdım. Onun dediyi sözlərin arasındakı nəfəs dərmələr bir il qədər uzun gəlirdi mənə: -Bilirsən, açığı mənim səndən xoşum gəlir. Sənin gözəlliyin, tərbiyən, əxlaqın məni heyran edib. İstəyirəm anama gəlin olasan. Ürəyim köksümə sıxmırdı. Əlim-ayağım od tutub yanır, nə edəcəyimi, nə deyəcəyimi bilmirdim. Elxan cavabımı gözləmədən məni öpdü. Beləcə, mən ilk öpüşün dadını duyub ilk məhəbbətin sevincini yaşadım. Eıxanın boynuna sarılıb onun sevgilisi olmağa, onunla evlənməyə razılıq verdim. Hər ikimiz universitetə yüksək nəticələrlə qəbul olunduq. Ballarımız arasında çox fərq yox idi. İkimiz də eyni universitetin eyni fakültəsini yazdıq. Yayda da nişanımız oldu. Nişandan sonra Elxan bizim evin əziz qonağına çevrilmişdi. Demək olar ki, hər gün bizə gəlir, atam gedəndən sonra kişisiz qalan ocağımıza kişi nəfəsi gətirirdi. Bir-iki gün gəlməyəndə anam özü zəng eləyib onu çağırır, gözəl yeməklər bişirir, başına pərvanə olurdu. Onların arasındakı mehribanlığı görüb bəzən zarafat da edirdim: - Bahoo, mamam heç məni bu qədər əzizləmir. Elxanla anam gülüşürdülər: -Nədi, paxıllıq eləyirsən? Elxan universitetdə birinci növbə, mən ikinci növbə oxuyurdum. Bəzən elə olurdu ki, Elxan dərsdən çıxıb bizə gedirdi. Mən evə gedəndə o, bizdə olurdu. Artıq dərsdən çıxıb onu bizdə görməyə öyrəncəli idim… Bir dəfə elə oldu ki, axırıncı dərsimiz boş oldu, mən xəbər-ətər eləməmiş evə gəldim. Qapının zəngini basdım, qapını üzümə çox gec açdılar. Evə girən kimi Elxan da, anam da məni sorğu-suala tutdular: - Niyə tez gəldin, Bəs qayib yazılmazmı? Heç olmasa, bizə xəbər eləyərdin… Onların üz-gözünün qıpqırmızı qızarması məni şübhələndirmişdi, amma ağlıma gələn fikirləri şeytan dürtməsi bilib özümdən uzaqlaşdırmaq istəyirdim: - Deyəsən, mənim gəlməyimi istəmirdiniz, geri qayıda bilərəm, problem yoxdur. Elxanla anam mənim ikibaşlı sözüm qarşısında bir neçə saniyəlik özlərini itirdilər. Anam tez-tələsik məni qabaqlamaq istədi: -Yaxşı, yaxşı, dədən kimi hər sözdən söz çıxartma. Biz narahat olduq. Dedik, birdən icazəsiz gələrsən, qayib yazarlar sənə. Mısmırıq sallama, gəl çörəyini ye! O gündən sonra bütün beynim qarışdı. Qara-qura şübhələri özümdən qovmaq istədikcə onlar daha çox gəlirdilər üstümə. Bir gün qərarımı qətiləşdirdim: Onları yoxlamalıydım! Evin açarının surətini çıxardım. Elxanla universitetin qabağında həmişəki vaxtda-o, dərsdən çıxanda, mən dərsə gedəndə görüşdük. - Bizə gedirsən? -Hə, sən nə vaxt gələcəksən? - Bu gün dərsdən çıxanda qızlarla bir az gəzişmək istəyirik. Sən get otur bizdə, mən axşam gələcəm. Yaxşı, danışdıq… Birinci dərsdən sonra evimizə getdim. Yavaş-yavaş hiss elətdirmədən, çox sakitcə qapımızı açdım. Nə qonaq otağnda, nə mətbəxdə heç kim yox idi. Barmaqlarımın ucunda yataq otağına tərəf getdim. Yataq otağından sevişmə səsləri gəlirdi. Dünya başıma dar olurdu, gördüklərimin yuxu olması üçün nələrdən keçməzdim. Qapını yavaşca araladım. Anam nişanlımın qoynunda xumarlanırdı… *** Uzun müddət müalicə aldım. Universitetdə təhsilimi bir illik dondurdum. Atam nə qədər xahiş etsə də, ona nə nişanımın qayıtma səbəbini nə də anamla yaşamaqdan niyə imtina etdiyimi demədim. Heç onunla da yaşamağa razılıq vermədim. İndi tələbə qızlarla kirayədə qalırıq. Təhsilimə yenidən başlamışam. Eyni zamanda, bir nəşriyyatda korrektor kimi çalışıram. Özüm özümə söz vermişəm: Həyatda hər şeyin ola biləcəyinə özümü inadırmalı və yenidən yaşamağa, yenidən həyat atılmağa hazır olmalıyam!

loading...
(səs: 8)
Şərhlər: 39
Baxılıb: 37082
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
seher_kuleyi7
ELE ANANIN ALLAH BELASIN VERSIN IYRENC
12 fevral 2016 21:28
39
Offline
evli.mutlu.cocuklu
ELE ANANIN ALLAH BELASIN VERSIN IYRENC
31 oktyabr 2015 15:55
38
Offline
CANAN
Ele.anani boymu sijsi.o terife layiq olan elxandi kimdi onunfa
21 oktyabr 2015 13:30
37
Cananim
Offline
Seher
O exlaqsiza muqedes ana kelmesini deyib ana adini lekelemiyin.eseblesdim
16 avqust 2015 10:33
36
1
Offline
VIP
Allahım elə bildim seriala baxıram bu nə dəhşətdir
19 iyul 2015 18:03
35
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Offline
Golden rose
Ele bir dovrde yasayiriqsa artiq analarda da analiq qalmayib
28 iyun 2015 22:53
34
Offline
AZURA
Aman Allah!Hec bir qiza bu ani yawamagi arzu etmerem bu nece anadir?onun kimi ana olmaz olsun!
9 iyun 2015 15:22
33
Offline
SENI SENSIZ SEVDIM
dehstdiyeee...yaziq qiz...adice men bir oxucu kimi pis oldum...O qiz gor neler yasayib daa
1 may 2015 00:45
32
"Varliqim bezilerine darliq edir, bu da mene lezzet edir"
Offline
Brilliantam
Sozun bitdiyi andir.
11 aprel 2015 00:48
31
BIR GUN OLMEK UCUN,HER GUN YASAYIRIQ.
Offline
GULTEKIN MEMMEDOVA
Allah uzaq elesin. Sokdayam Allah
10 aprel 2015 22:20
30
111222
Offline
birdane
men bu xeberi basqa sayta oxumusdum oxuyanda dehsete gelmiwdim....
10 aprel 2015 13:00
29
...heyat cox sade ve gozel ola bilerdi....
eger men her seyi bu qeder cox ureyime salmasaydim...
Offline
aliceWOnDer
Mənə cox maraqlıdı bu olub? şokdayam belə şey olmaz
10 aprel 2015 00:13
28
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
ulduz
bu heqietdi biri mene desin.....heqiqetdise dehsetdi//ana var qizinin xosbextliyi ucun her seye dozur bu anaa deyil vicdansizdi
9 aprel 2015 22:59
27
Qadının ən böyük vəzifəsi analıqdır :50:
Offline
leyla_258
ay Allah uzaq etsin,
men o qiza ALLAHDAN sebirler dileyirem.
cox pis hiiiissss dir bu his,
Allah hec bir qizin,hec bir insanin basina getirmesin.
AMIN.
9 aprel 2015 21:56
26
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Offline
SENSİZ
oxudum cox pis oldum amma bilmek isteyerdim anasi qizini gorub ya yox
9 aprel 2015 21:43
25
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Offline
ALONE
Ele ananinda ele oglaninda Allah belasin versin şerefsizler!

Ele ananinda ele oglaninda Allah belasin versin şerefsizler!
9 aprel 2015 21:40
24
Men "Melek" deyilem amma canim yansa,cennet yawatdigim insanlara cehennemi yawadaram....!
Offline
vipbetul
goresen o ana oldumu ya arsizca helee yashiyir,hele o mundar gedeni demirem
9 aprel 2015 21:40
23
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Miss_Oxatan
Buna benzer bir hekayede olub saytda.demekki heyatda az deyil bele iyrenc emeller.adama deyerler ele qizmisan ayrisina get de,niye yezneve tamah salirsan?belelerin 5herfden ibaret bir adi var vessalam
9 aprel 2015 21:09
22
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Offline
Menim balam
Ele Ananı qara torpaq yesin
9 aprel 2015 17:17
21
Offline
Tomris Müslümova
dehsetdi dehset,inana bilmirem
9 aprel 2015 16:57
20

Sən sadəcə mənimsən...!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv