Heç
kəsə danìşmağa cəsarət etmədiklərimi yazacam sizə... Ən başından...5
yaşım olardı. Normal ailəmiz yox idi, atam həftələrnən evə gəlmirdi,
başqa qadınla yaşayırdı. Anamın 17 yaşı olanda ailəsi onu məcburi
evləndirmişdi. Baba, nənə ,boşanmış bibi ve oğlu...Hamımız bir evdə
yaşayırdlq.
Atamın
günlərlə, həftələrlə evə gəlməməyi onların vecinē də deyildi.Biz o evdə
yad idik, heç kimin adam yerinə qoymadığı biriləri... həftələrlə, yemək
üzünə həsrət qalan, şirin çayla yaşayan 3 nəfər...
Anam bizi bağçaya
aparırdı, hər səhər pilləkənlərlə düşüb babamın bibim oğluna
əzizləyə-əzizləyə yemək yedizdirməyinə həsrətlə baxırdıq. Bir dəfə quru
çayımız qurtarmışdı, anam məni babamın yanına çay istəməyə göndərdi, o
isə məni söyə-söyə arxamca düşdü ki, rədd ol, camaat oruc tutur siz çay
içəcəksiniz?...Ağlayaraq geri qayıtdım..Günlər keçirdi, atam arada evə
gəlirdi. Anamla çox mübahisələri olurdu .Bir gecə babam da qarışdı
mübahisəyə, evdə bütün əşyaları qırıb tökdülər..Səhərə kimi vedrələrlə
şüşə qırıqları daşıdım, Beləliklə, atamla anam ayrıldı...2 il sonra yenə
barışdılar və hamımız eyni evin altına yığışdıq...Kaş valideynlərim
barışmayaydı, bu iyrənc evə qayıtmayaydıq..
Hər şey düzəlmişdi,atam ailəsi ilə maraqlanırdı, hər şey qaydaşına
düşmüşdü..Amma indi də baçqa bir şey məni narahat edirdi, əvvəl babamın
məni də çox istədiyini düşünürdüm, çox xoşbəxt idim ...Zaman keçdikcə
onun mənfur niyyəti aydın oldu...Bir gün evdə heç kim olmayanda o,
mənfur niyyətini həyata keçirdi..Uşaq bədənimi ləkələdi. Hədə-qorxu
gəldi ki, kiməsə desəm anamı da məni də öldücəcək... Bilmirəm nə edim
çox qorxuram, çox pisəm, özümü öldürmək istəyirəm...