Haqq Nədir?

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 4454
Paylaş:
Səs ver:
(səs: 6)

Bu gün çoxları haqqdan danışır, amma haqqın nə olduğunu bilmir. Əgər kimlərəsə "haqq nədir? kimdir?” sualını versən, onların əksəriyyəti ozünün haqq olduğunu deyər.
Görəsən haqq nədir? Yoxsa söz yazan, hər hansı bir fikir söyləyən və dediyinin doğruluğunu sübut etməyə çalışan kimsə haqqdır? Elə insanlar var ki, onlar islamdan danışır, amma baxırsan ki, yazısı islamdır, özü isə ayrı əməlin sahibidir. Cəmiyyətimizdə coxları var ki, "haqq elə gəldi, batil belə getdi” deyir. Bü gün haqqdan danışan hər haqqsıza aldanmayın. Bilin ki, üzləri mələk, amma batində şeytan olanlar çoxdur bu gün.

Son zamanlar insanları "islam” deyib öz məqsədlərinə yönəldənlər çoxalıb və təəssüf ki, belə hallar getdikcə artmaqdadır. Bir az dərin düşünün və çoxlu araşdırın. Məsələn, bir kitab oxuyanda o kitabın yazarının cox tanınmış olmağı şərt deyil. Əsas odur ki, kitab nədən danışır, sən o kitabı oxuyub bitirəndə ordan faydalı nə isə əldə edirsənmi? İctimaiət arasında olan söhbətlərə nəzər yetirin. İnsanların çoxu bir birinə ağıl verir, amma özləri verdikləri ağıl qədərini belə etmirlər. İndi gəlin, bir araşdırak görək, haqq nədir? Haqq olan yerdə haqqsız üzə cixar. Haqq hardan başlayır? Çox sual veririk bu gün kim haqqdır, kim haqqsız? Haqqın başladığı yer özü haqlı olmalıdır, özü haqqı yaradan olmalıdır. Haqq birinci Allahdır, hər ölçüdə onun haqqıyla ölçülməlidir. Kimin haqqlı olmağını bilmək istəsəniz, baxın Yaradanın haqlarına və o insanın haqqını görün. Allahın haqqıyla düz gəlirmi? Gərək burda ilk öncə Allahın haqqını tanıyasan və bütün haqqsızlıqları məhz o zaman aydın görəsən. Haqq-ədalət, doğruluq Allaha məxsusdur. Hər kim Allah-təalanın haqq-ədalətindən istifadə edərsə, doğru yolu tapar. Sizlərə son sözüm budur ki, heç zaman haqqsızlıga uğramayasınız. Allah hər insanı haqq, düzgünlük yoluna çəksin. Amin!
Anar Sadıllı


loading...
(səs: 6)
Şərhlər:
Baxılıb: 4454
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook