Ailədə qadın haqları

Müəllif: Pure Love
Şərhlər: 9
Baxılıb: 2203
Səs ver:
(səs: 0)
Kişilərin qadınlar üzərində haqları olduğu kimi, qadınların da kişilər üzərində haqları vardır.(Bəqərə 228)

Xanımını Rəbbinin əmanəti olaraq alan və Allah adına söz verərək, onu özünə halal edən kişi öz həyat yoldaşına qarşı sevgi və şəfqət göstərmək, yediyindən yedirtmək, geyindiyindən geyindirmək, ona qarşı ədalətli olmaq vəzifələrinə mükəlləfdir. İslamın ailədə kişiyə vermiş olduğu idarəçilik hüququ ona qadın üzərində haqsız təzyiq və zorakılıq imkanı vermir. Çünki bu mövzuda olan ayə və hədislər qadının müdafiəçisidir. Rəbbimiz ailə rəisliyinin mütləq bir hakimiyyət olmadığını belə açıqlayır.

Onlarla yaxşı keçinin və qaynaşın əgər onlardan xoşlanmazsanız ola bilər ki, bir şey xoşunuza gəlməyə bilər Allah onda bir çox xeyirlər təqdir etmiş olar(Nisa19)

Anlayışlı və şəfqətli həyat yoldaşı olmağın örnəklərini bizlərə təqdim edən Peyğəmbərimiz (s.a.s) belə buyurur:

Qadınlarınız barəsində Allahdan qorxun. Çünki siz onları Allahdan əmanət olaraq aldınız. Sizin xeyirliniz qadınlarına qarşı ən xeyirli olanlarınızdır. Qadınlarınıza qarşı xeyirli olmağı bir- birinizə tövsiyə edin.

Kişi özünü harama batmaqdan və namusunu zina etməkdən qorumalıdır (Nur 30, Mearic 29, 30). Bununla kişi həm özünü günahdan qoruyur, həm da qadınının hüququnu qoruyur.
Kişilər qadınlar üzərində kavvamdırlar (Nisa34)...Bu ayədə keçən "Kavvam” kəliməsini "hakim” kimi tərcümə etmək yalnışdır. Əgər Allah istəsəydi ərəbcə hakim kəliməsini işlədərdi.

Qeydsiz, şərtsiz hakimiyyət ancaq Allahındır (Yusif40).

"Kavvam” sözü "kayyim” kəliməsi ilə eyni kökdəndir. İdarə edən, qoruyan deməkdir. Kayyim, təyin etdiyi qurumu öz keyfinə görə idarə edə bilməz. Mütləq hakimin göstərdiyi istiqamətdə gedər. Evi üzərində kavvam olan kişi də ailəni öz keyfinə görə deyil, Allahın qoyduğu qanunlarla idarə etməlidir və qadınını qorumalıdır. İdarə etmək deyəndə ilk ağlımıza əmr yaxud cəza gəlməməlidir. Əksinə məsləhətləşmə ilə əmələ gələn həyat düşünülməlidir. Peyğəmbərində (s.a.s) həyatında bunu görə bilərik. Peyğəmbər olması heç vaxt onu ətrafındakılarla məsləhətləşmədən uzaq qoymamışdır. Hz.Peyğmbər (s.a.s) bunu Quranın təşviqiylə etmişdir.
Əgər kişi ilahi əmrləri aşan bir istək irəli sürsə, o zaman qadın ona itaət etməməlidir.

Allaha üsyanı əmr edən insana itaət olunmaz (Buxari ,Müslim).

İslam ailəni, içində ibadət ediləcək olan məbəd kimi tanıdır. Burada edilən bütün müsbət əməllər ibadət sayılır. Kişinin ailəsini maddi və mənəvi yöndən təmin etməsi ibadət olaraq vəsfləndirildiyi kimi qadının da itaəti, sevgi dolu bir baxışı da ibadət olaraq təqdim edilmişdir. Hətta cinsi əlaqə belə xeyir əməl, savab olaraq qəbul edilmişdir. Ən əsası da uşaq dünyaya gətirmək, onu islami əxlaqla tərbiyə etmək çox böyük əcr və mükafatla qarşılığı veriləcək olan bir ibadətdir.

(səs: 0)
Şərhlər: 9
Baxılıb: 2203
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Turkan Abbasova
tesekkurler.bunlari bilmek lazimdi
1 avqust 2014 12:07
9
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
Offline
vipbetul
bunlari kisiler oxusa daha yaxsi olar,beli qadinlarda oz huquqlarini bilib ozlerini mudafie etmelidirler
6 iyun 2014 18:19
8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
teesufki bizde ailelerde qadinlara haqq huquq verilmir
6 iyun 2014 15:17
7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
tatyana
Sitat: antikvar
sukurler olsun bugunki gunume sukurler olsun mene bele heyat yoldasi qismet eldiyine min sukur allahima.Allah her bi aileye xosbext gunler qismet elesin

Amin
6 iyun 2014 13:59
6
ALLAHIM VERDİYİN SEBRİME ŞÜKÜRLER OLSUN
Offline
Narminovski
Elbetdeki qadin haqlari var

Elbetdeki qadin haqlari var

Elbetdeki qadin haqlari var
6 iyun 2014 12:18
5
Offline
Antikvar
sukurler olsun bugunki gunume sukurler olsun mene bele heyat yoldasi qismet eldiyine min sukur allahima.Allah her bi aileye xosbext gunler qismet elesin
6 iyun 2014 12:05
4
Dinləməyi sev-Danışmağı yox...Ağıllı olmağı sev-Ağıl verməyi yox...Özünü ailəni sev-özgəsini yox..Vaxt gələr elə zərbələr alarsan ki,göz yaşlarıyla bərabər niyə belə oldu?Sualları ürəyini ağrıdar....


İmza:Antikvar
Offline
lili)
Mende bele deyim ele aileler taniyiram qadinini doyur soyur yenede o qadin o ailede oturur bilmirem niye iraq olsun men hec vaxt ele yasaya bilmerem. Cox gozel heyat yoldasim var her seyi basa dusen 14 ildirki aile heyati qurmusuq sukur her sey yolundadi insallahda ele olar
6 iyun 2014 11:52
3
Offline
arzum-aysum
Men her zaman Allahima sukr edirem ki, bidenem kimi heyat yoldasi yazib qismetime. Cunki o qeder aileler gorurem ki, kisi qadinini saymir. Allah pis nezerlerden ve o cur pis gozlerden qorusun ailemiziii. Amin
6 iyun 2014 09:29
2
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Offline
KRALİCEM
isder ailede isdersede cemiyyetde her bir qadinin oz haqqi var
6 iyun 2014 08:39
1
sukur verdiklerine

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri