Soruşmadan mühakimə etməyin

Müəllif: Fialka
Şərhlər: 6
Baxılıb: 435
Paylaş:
Səs ver:
(səs: 1)
Son zamanlar qadına qarşı zorakılıq halları artmaqdadır. Bu zorakılıq hərəkətləri adətən kişilər tərəfindən edilir. Belə halların qarşısının alınmasında ailənin öhdəsinə böyük vəzifələr düşür. Valideynlər oğlan uşaqlarının zorakılığa meylli olduğunu hiss etdikdə vaxt itirmədən bunun qarşısını almaq üçün bir sıra yollara əl atmalıdırlar.  Bunun üçün lazım gəldikdə psixoloq və pedaqoqlardan yardım istənməlidir. Yoxsa gələcəkdə bədbəxt hadisələrin baş verməsi qaçınmaz ola bilər. 
Elə bir neçə müddət bundan öncə Türkiyədə baş vermiş bir hadisə buna bariz nümunədir. Bu cinayət hadisəsi Türkiyənin televiziya kanallarında günlərlə müzakirə mövzusu olmuşdu. Həmin hadisə yanlış anlaşılmaların bəzən insan həyatına son qoyduğuna nümunə sayıla bilər. Bəs hadisə necə baş vermişdi? Bir ailənin gəlini telefonla kiminləsə danışırmış. Söhbəti bitirdikdən sonra qaynı ondan kiminlə danışdığını soruşub. Gəlin isə suala  "Sevgilimlə danışırdım" deyə cavab verib. Bunu eşidən qaynı əsəblərini cilovlaya bilməyib. Gəlinlərinin qardaşına xəyanət etdiyini düşünüb və mətbəx bıçağı ilə onu qətlə yetirib. Daha sonra polis idarəsinə gedərək cinayət işlədiyini etiraf edərək təslim olub. Polis qadının telefonunu araşdırıblar. Və bu araşdırmalardan əldə edilən nəticə insanın tüklərini ürpədir. Sən demə, gəlin qətldən öncə telefonla öz həyat yoldaşı ilə, yəni qatilin qardaşı ilə danışıbmış. "Sevgilim" dedikdə öz həyat yoldaşını nəzərdə tutubmuş. Qatilə nə qədər iş verildiyini bilmirəm. Bildiyim tək şey budur ki, cavan bir gəlinin həyatı heç nədən puç oldu. Özünü müdafiə etmək şansı verilmədən, "Sevgilin kimdir?" soruşulmadan mühakimə edildi.
Əminəm ki, belə hadisələrin, səhv anlaşılmaların qurbanları az deyil. Belə hadisələrin qurbanları da əsasən qadınlar olur. Ən azından insanları mühakimə etmədən səbəbini soruşmaq lazım deyilmi? "Niyə etdin?", "Səbəb nədir?" deyə soruşmaq çoxmu çətindir?

loading...
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 435
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Gultekin.A
Ehh ne deyesen bilmirsen.Son iller cinayet daha hecneden baw verir.insan oldurmek toyuq bawi kesmek qeder asan bir iw olub.
7 iyul 2016 22:48
6
AĞ GÜLÜN QARA KÖLGƏSİ VAR
Offline
vipbetul
gelinle qayin arasinda bu qeder aciqliqda yaxsi deyil her kes arasinda perde olsa bu cur hallarda bas vermez exlaqsizliq terbiyesizlik cinayetlerde coxlamaz
7 iyul 2016 16:41
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Onun_Mələyi
Ayy çox pis oldummm...günahsız yazıq gelin...insanları dinlemeden soruwmadan muhakime etmek ,cezalandırmaq ve yaxud haqqında pis danıwmaq hec de düz deyil.
7 iyul 2016 11:48
4
Qadınlar polislər kimidir;Əllərində bütün dəlillər vardır amma yenə də etiraf etmənizi istəyərlərutandim
Online
YalniZ-ArZu
Yaziq gelin...ne cur vehwilik var turklerden cixir ele.
7 iyul 2016 10:14
3
Adətən həyatda 3 sandığımız olar.1-cehiz sandığımız,2-adam sandığımız,3-söz veribdə tutar sandığımız.
Offline
BARBI
Insani dinlemeden muhakime etmek olmaz.Yazilannari oxuduqca anladim ki kisiler en kicik bir hadisede qadinlari muhakime edirler. Onlari dinlemeden ceza verirler. Bu dogru haldeyil. Bezen her sey gorunduyu kimi olmaya biler
7 iyul 2016 07:15
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Gülüş.
sorusmadan muhakime etmek hecde duz deyil. gunahsiz yere oldurulen geline yazigim geldi
7 iyul 2016 05:11
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook