Aliment öhdəlikləri

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 5 165
Səs ver:
(səs: 0)
Aliment latın sözü olub, qida, yemək deməkdir, aralarında olan izdivac və ya qohumluq əlaqələrinə görə bir şəxsin digər şəxsə qanuna uyğun olaraq verməli olduğu dolanacaq xərc mənasında işlədilir.

Aliment həm valideynlər arasında bağlanan saziş əsasında, həmçinin məhkəmə qətnaməsi əsasında ödənilə bilər.
Aliment həm atadan, həm anadan tutula bilər. Adətən azyaşlı uşaqlar ananın yanında qalır, amma bu məcburi deyil, məhkəmə valideynin həyat tərzini, maddi vəziyyətini, uşağın maraqlarını əsas götürərək uşağın atanın yanında qalmasını müəyyən edə bilər. Bu halda atanın tələbi ilə anadan alimentin alınması da müəyyən oluna bilər.

Alimentin məbləği aşağıdakı qaydada müəyyən edilir:

Əgər valideynin rəsmi iş yeri və sabit gəliri varsa, o zaman aliment uşaqların sayından asılı olaraq aşağıdakı qaydada tutulur:
- 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
- 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;
- 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.

Bəzən aliment sabit pul məbləğində də tutula bilər. Bu o halda mümkün olur ki, valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancı yoxdursa, həmçinin alimentin valideynin gəlirindən müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu hallarda aliment məhkəmə qaydasında sabit pul məbləğində tutula bilər.
Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir

Alimentin minimum məbləği nə qədər ola bilər:
2011-ci il üçün yaşayış minimumu haqqında Qanunda uşaqlar üçün yaşayış minimumun ölkə üzrə 76 manat olduğuna görə məhkəmə alimentin miqdarını ona uyğun müəyyən edir. Yəni bu məbləğdən aşağı məbləğdə aliment az hallarda təyin edilir.

Ər-arvad bir-birindən aliment ala bilərmi:

Ər-arvad bir-birinə maddi cəhətdən kömək etməlidir. Aşağıdakı hallarda ər-arvad aliment alınmasını tələb edə bilər:

əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad;
hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündın üç il ərzində arvad;
sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad – uşaq 18 yaşına çatanadək;
18 yaşından yuxarı I qrup əlil ümumi uşağa qulluq edən və ya ehtiyacı olan ər və ya arvad.
-
Eyni zamanda nikaha xitam verildikdən sonra keçmiş ər və ya arvad da aliment ödənilməsini tələb edə bilər:
hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad;
sağlamlıq imkanları məhdud ümumi uşağa və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı I qrup əlil olan ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad);
nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad);
ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad).
Bu halda alimentin miqdarı sabit pul məbləğində müəyyən olunur.
Keçmiş ər(arvad) yeni nikaha daxil olarsa, o zaman aliment öhdəliklərinə xitam verilir.
Əgər maddi yardıma ehtiyacı olan ər (arvad) əmək qabiliyyətini spirtli içkilərin, narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və ya qəsdən törətdiyi cinayət əməli nəticəsində itirərsə, aliment ödənilməsini tələb edən ər (arvad) ailədə ləyaqətsiz davrandıqda, nikah çox çəkmədikdə məhkəmə tərəfləri aliment öhdəliklərindən azad edə bilər.

Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir.
Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.

Əgər aliment ödəməli çşəxs xarici ölkəyə gedirsə, o zaman aliment alan şəxs məhkəməyə müraciət edib aliment miqdarını sahit pul məbləğindı müəyyən etməklə, onun birdəfəlik üsul ilə ödənilməsini və ya alimentin əvəzinə müəyyən əmlak verilməsini, yaxud alimentin sair üsulla ödənilməsini tələb edə bilər.

Aliment öhdəliklərinə xitam verilməsi:
- uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə;
- aliment ödənilən uşaq övladlığa götürüldükdə;
- aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda;
- aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə;
- əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 5 165
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri