Rəhbərlə münasibətinizi poza biləcək 10 pis vərdiş

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 581
Səs ver:
(səs: 0)
Pis rəhbər” – insanların işdən çıxmasına təsir edən səbəblərdən biridir. Lakin, insanlar bunu da nəzərə almalıdırlar ki, rəhbərlə pis münasibətlərinin səbəbi elə özləri ola bilərlər.

Ona görə də əgər özünüzü işdə rahat hiss etmək istəyirsinizsə, bu kimi pis vərdişləri unutmalısınız:

İşə gecikmək. Təbii ki, burada tək-tək halda baş vermiş səbəblərdən gecikmələr nəzərdə tutulmur. Həyatda başımıza hər bir şey gələ bilər. Söhbət patoloji gecikmələrdən gedir. Əgər hər gün ofisə ən gec gələn sizsinizsə, rəhbərlik bundan məmnun olmayacaq.

Görüşlərə gecikmək. Belə halda rəhbəriniz düşünə bilər ki, sizin üçün sizin işləriniz şirkətin işlərindən daha əhəmiyyətlidir.

Göstərişləri təxirə salmaq. Bəli, bu qıcıqlandırıcıdır. Çalışın rəhbərliyin verdiyi tapşırıqları vaxtında yerinə yetirəsiniz. Əks halda isə münasibətlər pozula bilər.

Sonsuz sayda suallar vermək. Əgər iş ilə bağlı sual vermək istəyirsinizsə, rəhbərlik sizin bilik və bacarıqlarınıza şübhə ilə yanaşa bilər. Yaxşı olar ki, aydın olmayan məsələləri özünüz araşdırıb həllini tapasınız.

Həll yollarını yox, problemləri səsləndirmək. Əməkdaşın əsas vəzifəsi rəhbərin yükünü artırmaq deyil, azaltmaqdır. Bu səbəbdən problemi dedikdən sonra, onun həll yollarını da təklif edin.

Səliqəsiz olmaq. Sizin iş yeriniz necə insan olduğunuzu göstərir. Çalışın iş yerinizdə səliqəliyə riayət edəsiniz.

Telefonla danışmaq. Təbii ki, burada təcili zənglərdən söhbət getmir. Lakin yaxşı olar ki, işdənkənar bütün zəngləri nahar fasiləsinə və ya asudə vaxtınıza saxlayasınız.

İş yoldaşlarınız ilə söhbət etmək. Əgər siz çox ünsiyyətcil insansınızsa, özünüzü işdə idarə etmək kifayət qədər çətin ola bilər.

Qeybət etmək. Bu, sizə olan etimadı azaldır.

İştiraksız olmaq. Ən yaxşı işçilər – rəhbərliyə bütün məsələlərdə kömək edən işçidir.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 581
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 72556
Xəbər sayı: 1
Qeydiyyat: 7.04.2012
vipbetul
isde her zaman mesuliyyetli olmaq lazimdir
4 aprel 2019 10:08
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Şərh sayı: 80411
Xəbər sayı: 30
Qeydiyyat: 5.03.2012
BARBI
Ise gecikmen telefonla danismaq mudurlerin sevmediyi haldir
3 aprel 2019 21:47
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 4308
Xəbər sayı: 159
Qeydiyyat: 31.01.2016
AYCA
Razıyam deyilənlərə nəqədər məhsuliyyətlu olsan o qədər yaxşıdı
3 aprel 2019 19:45
2
Şərh sayı: 3185
Xəbər sayı: 713
Qeydiyyat: 16.01.2019
Love Angel
Telefonla danışmağa qatılıram.
3 aprel 2019 18:09
1
Bir qadın düşün qəhvəyi gözləriylə mavi baxan... ᪥

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri