Yalnız subaylar oxusun - MƏSLƏHƏT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 535
Səs ver:
(səs: 2)
Karyerana görə? Seçim etməkdə çətinlik çəkirsən? Yoxsa qadağan olunmuş, gizli sevgi yaşayırsan? Deyə bilmədiyin problemlərin var? Üzgünsən?

Bəli, 30 yaşına çatmısınız və hələ də evlənməmisinizsə, yuxarıda sadaladığımız suallardan ən azı birinə mütləq məruz qalmısınız deməli. Problem ondadır ki, "Niyə evlənmirsən?" soruşan birinə verdiyiniz sadə cavab onu razı salmayacaq, çünki o, detallarına qədər hər şeyi bilmək istəyir. Woman.joy.az  "Niyə evlənmirsən?" sualı ilə sizi bezdirən insanlara verə biləcəyiniz 5 gözəl cavabı təqdim edir.

1. Birlikdə yaşaya biləcəyim və onsuz qala bilməyəciyim birini gözləyirəm. Adi bir cavab olsa da, doğrudur. Bəziləri toplumun "dır-dır"ından xilas olmaq üçün çox tez tanış olub, çox tez ailə qururlar. Ancaq hər kəsin həyat tərzi fərqlidir. Bəzi qadınlar yanlış bir insanla "nə olursa olsun, təki ailəm olsun", - deyib yaşamaqdansa, yalnız yaşamağı seçirlər.

2. Evlilik peşmanlığı ortadan qaldırmaz və həqiqətən sevmədiyiniz birini həyatınızın sevgisinə çevirməz. "Evlənəndən sonra sevəssən", - kəlməsi yanlışdır. Evlilik üçün birini seçib sevgidən uzaq qalmaq, yanlış insanla münasibət yaşamaqdan da böyük peşmanlıqlar yaşadar.

3. Bəzi insanlar evliliyə çox dəyər verdikləri üçün evlənmirlər.  Onlar sadəcə evlilik deyil, sağlam və güclü bir evlilik istəyir. İnsanlar, evlənməyən insanların daimi, eyni yaşayış və bağlanmaq istəmədikləri üçün evlənmədiklərini deyirlər. Evlənməyənlər "yaxşı gündə, pis gündə..." kəlməsinin ciddiyyətini dərk edib, daha düzgün seçim etmək istəyirlər.

4. Bütün qızlar eyni fikirlə tərbiyə olunmurlar. "Qızlar təkbaşına öz ayaqları üstündə dura bilməzlər. Qız nədi, işləmək nədi?!  Getsin ailə qursun, uşaqlarına baxsın. Qızın işi budu". Çoxları bu cür düşünür. Kişilərin istədiyi vaxt həyat yoldaşı seçmə şansları var. Ancaq qızlar böyüyən kimi tez ərə gedib bütün ehtiyac və istəklərini həyat yoldaşının üzərinə yıxmalıdır. Bu, yanlış istiqamətdir. Qızları da təhsil alaraq, peşə seçərək, işləyərək həyatda nəyəsə nail olmasına təşviq etməliyik. Bununla onlar da gələcəkdə təkbaşına, öz ayaqları üstündə durmağı bacararlar.

5. Evlənmək bir seçimdir və hər seçim bir digərindən imtina etməkdir.  Bütün qərarlarımız ürəyimizcə olmaya bilər. Etdiyi hər şeydən 100 faiz razı qalan bir insan tanıyırsınızmı? Xeyr.  Daxilimizdə olan günah, peşmançılıq, güvənsizlik hissi özümüzü, qərarlarımızı sorğulamağımıza səbəb olur.
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 2 535
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri