Allahım, sən mənim istədiyimsən, məni də istədiyin kimi et!

Müəllif: Pure Love
Şərhlər:
Baxılıb: 4071
Paylaş:
Səs ver:
(səs: 0)

 

 


Allahım, Sən Qadirsən, Maliksən, Xaliqsən, Alimsən, Adilsən, Mərhəmətlisən, Əzəmətlisən.Allahım, hər şeyin əvvəli, axırı sənsən, batini, zahiri sənsən. Allahım, Rəzzaq Sənsən, Ğəffar Sənsən, Səttar Sənsən. Razı qalan Sən, razı salan Sən. Allahım, Kamal sənsən, ucalardan uca sənsən, heç bir vəsfə sığmayan Sən.
Allahım, mülk sənindir, güc sənindir, elm sənindir, şöhrət sənindir, qüdrət sənindir, xilqət sənindir, mən səninəm. Arzuladığım, istədiyim, qovuşmaq istədiyim sənsən.
Allahım, bəs mən necə, sevgini qazana bildimmi?
Allahım, sənə bəndə olmalıydım. Hər əmrinə, göstərişinə boyun əyməliydim. Müti, təslim olmalıydım, sözün əsl mənasında sənin qulun olmalıydım. Ola bilmədim amma. Şeytana aldandım, nəfsimə uydum, asi oldum.
Allahım, məni yer üzündə özünə xəlifə seçdin. Səni təmsil etməliydim, sənə layiq olmalıydım. Əksi oldu amma. Məni məhv edəcəyinə and içmiş düşmənimlə dost oldum, boynuna sarıldım. Kimi kimlə dəyişdiyimin, nə qədər kiçildiyimin fərqinə varmadan.
Allahım, məni xəlq edərkən mələklər "yer üzündə fəsad törədəcək şəxslərmi xəlq edirsən”, deyə soruşdular. Sən "mənim bildiyimi siz bilmirsiniz” cavab verdin. Mən isə etimadını doğrulda, mələklərə yanıldıqlarını anlada bilmədim. Hansı fəsadın altında imzamı atmadım? Utanc gətirən hansı işləri görmədim?
Allahım, məni məxluqların ən şərəflisi etdin. Bu adın şərəfini qoruya bilmədim amma. Dünya adlı döyüş meydanında rəqibimin fəndinə düşdüm, kürəyimi yerə vurdu. O qədər məni əzdi ki, alçaqların ən alçağı, pislərin ən pisi oldum.
Allahım, sevimli, əziz Peyğəmbərini (s) mənə nümunə seçdin. Amma mən ehtiraslarımın alovunda qovrularkən, mərhəmətli elçindən başqa hər yoldan ötəni özümə örnək seçdim. Bir gün meyxanadakı müğənniyə vuruldum, namazxanaya ayağım açılmadı, qulağım vaiz səsi eşitmədi. Başqa bir gün isə əzələlərini nümayiş etdirən idmançı məni cəlb etdi. Amma nəfsimin, ruhumun tərbiyəsinə laqeyd qaldım. Növbəti bir gündə ayağım ədəbi məclislərə açıldı, yazıçıların vurğunu oldum. "Dünya şöhrətli” yazarların əsərlərini vərəq-vərəq, misra-misra diqqətlə oxudum. Quran oxumadım amma. (Bəlkə də yazarının "dünya şöhrətli” olmadığını düşünürmüşəm!)
Allahım, təqvalı olmalıydım. Özümü murdardan, leşdən, əyridən, tör-töküntüdən, zibildən, tikandan, daşdan-dərədən qorumalıydım. Amma mən hansı çirkaba bulaşmadım ki? Bədənimin üfunəti səma əhlini belə narahat etməkdədir.
Qırmızı işığı keçməməliydim, keçdim. Qadağan olunmuş ərazilərə getməməliydim, getdim. "Oddan təhlükəlidir” yazılmış lövhələri görə-görə odla oynadım.
Allahım, şeytan gözümü, bədənimi, qəlbimi zəhərli oxuyla parçalamışdır, zəhərləmişdir. Bu şikəst bədənlə, kül olmuş şəxsiyyətlə, virusa yoluxmuş qəlblə sənə qayıtmağa xəcalət çəkirəm. Xəcalət tərimin, göz yaşlarımın içində boğulmağa məhkum ikən mən həyasızı sənin şəfqətin, mərhəmətin, Sənin Allahlığın ümidli edib. Sənə qayıdıram- sürünə-sürünə, utana-utana. Son arzum, yeganə arzum möminlərin əmiri, müttəqilərin mövlasının diləyidir: 
"Allahım, sən mənim istədiyimsən, məni də istədiyin kimi et!” Amin!

 

Redakte etdi: PRETTY GIRL


loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 4071
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv