İnsanların həyatının məqsədi

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 786
Səs ver:
(səs: 0)
“Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?” (Ənam surəsi, 32) ayəsində xəbər verildiyi kimi, mənəvi dəyərləri bir kənara qoyub ruhunu maddi dəyərlərlə qidalandıracağını zənn edən hər insan yanılır. Çünki hər cür arzusunu ancaq dünyada reallaşdıracağını düşünən və bunun üçün yaşayan insana dünya həyatındakı boş bər-bəzək əsla axtardığı xoşbəxtliyi qazandırmaz.

Allah dünyanı çox qüsurlu yaratmışdır. Ona görə də, dünyadakı hər cür nemətin çox gözəl tərəflərinə baxmayaraq, həm də çatışmayan cəhətləri var. Halbuki insan ruhu hər şeyə ən gözəl və mükəmməl şəkildə sahib olmaq istəyir. Bu da axirətdən xəbəri olmayan və dünya həyatını əsl və yeganə həyat hesab edən insanlarda böyük mənəvi düşkünlüyə səbəb olur. Milyonlarla insanın sıxıntılı həyatının səbəbi bu bixəbərlikdən və imansızlıqdan qaynaqlanır. Çünki insan müəyyən fitrət üzərində yaradılmışdır və bu fitrətə uyğun olan həyat tərzini insana təqdim edən sistem Quranda bildirilən əxlaqi sistemdir.

Mənəvi boşluğu aradan qaldırmağın və həqiqi xoşbəxtliyə qovuşmağın yeganə yolu Allah rizası üçün yaşamaqdır

İnsan ancaq Allaha təslim olduqda, Onun rizasına uyğun yaşadıqda xoşbəxt olar. Ayədə belə buyurulur:

“Allah Öz lütfünə sığınanları onunla əmin-amanlıq yollarına yönəldər, onları öz iznilə zülmətdən nura çıxarar və düz yola istiqamətləndirər!” (Maidə surəsi, 16)

İnsan ancaq Allahdan çox qorxub Onu özünə dost tutarsa, Quran əxlaqına uyğun yaşayarsa və fədakar, xoşməramlı, mərhəmətli, xeyirxah, vicdanlı, təslimiyyətli, təvazökar olarsa, özünü mənən rahat hiss edə bilər. Təkəbbürlü, egoist, məmnuniyyətsiz, üsyankar, azğın və əxlaqsız fərdlərdən ibarət cəmiyyətin xoşbəxt və rahat yaşaması qeyri-mümkündür. Bu əsrin gətirdiyi fəlakətlər, cəmiyyətdəki böyük mənəvi degenerasiya bunun ən mühüm dəlilidir. Xüsusilə də din əxlaqından uzaq yaşayan ölkələrdə bu mənəvi düşkünlük, hər cür əxlaqsızlıq, azğınlıq insanlar arasında sürətlə yayılmışdır.

Narkotik maddə, spirtli içki, qumar, rüşvət, əxlaqsızlıq, oğurluq, saxtakarlıq, fırıldaqçılıq və mafiya təşkilatlanmaları bu cür ölkələrdə normal həyatın bir hissəsinə çevrilmişdir. Ancaq bu mənəvi boşluq özü ilə birlikdə XXI əsrin böyük müjdələrini də gətirmişdir. Çünki bu əsr eyni zamanda mənəviyyata yönəlmənin də sürətlə artdığı dövrdür. Dünyanın bir çox ölkəsində insanlar Allaha iman gətirməyə, din əxlaqına uyğun yaşamağa, mənəvi dəyərlərə sarılmağa başlamışdır. Xoşbəxtlik adına bütün batil yollara əl atan və bunların heç birində həqiqi xoşbəxtliyi tapmayan insanlar həqiqi fitrətlərinə qayıtmağın yeganə və son çarə olduğunu çətin təcrübələrdən keçərək anlamağa başlayıblar. Dünyadakı bu çarəsizliyin həllinin yalnız Allaha üz tutmaq və Quran əxlaqına uyğun yaşamaqla mümkün olduğunu tam mənada dərk etdikdə (bu dövr Allahın iznilə çox yaxındır), onda bütün dünya sülh, qardaşlıq, rahatlıq və xoşbəxtlik içində yaşayacaq.

“Onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın sözləri heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 786
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri