İmam Əlinin (ə) nəzərində dünya sevgisinin gətirdiyi 8 bəla

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 322
Səs ver:
(səs: 0)
İmam Əli (ə) «Nəhcul-bəlağə»də dünya sevgisini şiddətlə tənqid etmiş və ondan çəkindirmişdir. Dünya sevgisinin gətirdiyi bəlalardan söz açmışdır ki, onlara işarə edək (İslami saytlara istinadən).

1. Dünya sevgisi bütün xataların köküdür. İmam Əli (ə) buyurur: “Dünya sevgisi bütün səhv və günahların başındadır”.

2. Dünya sevgisi insanı aldadar. Həzrət (ə) buyurur: “Dünyanın məsəli – ilanın məsəli kimidir ki, yumşaq bədəni vardır. Öldürücü zəhəri daxilindədir. Aldanmış nadan ona tərəf meyil edər və aqil insan ondan çəkinər”.

3. Dünya sevgisi tamaha səbəb olar. İmam (ə) buyurur: “Dünya sevgisi və məhəbbəti tamah meydana gətirər”.

Başqa yerdə buyurur: “Dünyapərəstlər dünyadan bir şeyə çatmazlar, məgər o halda ki, hərislik qapısı üzlərinə açılar və eşq atəşi onları daha sürətli edər”.

4. Dünya sevgisi Allaha üsyana səbəb olar. İmam (ə) buyurur: “Dünyanın aldadıcı cazibələri insanı üsyana tərəf çəkər”.

5. Dünya sevgisi axirət səadəti ilə uyğun gəlmir. İmam (ə) buyurur: “Necə ki, gecə və gündüz cəm olası deyildir, Allah sevgisi ilə dünya sevgisi də cəm olası deyildir”.

6. Allahdan qəflətə səbəb olar. İmam (ə) buyurur ki, dünya ləzzətlərinə qərq olmaq insana Allahı unutdurar və mənəvi ləzzətdən saxlayar.

7. İnsan haram ləzzətlərə meyil edər. İmam (ə) buyurur: “Həqiqətən bu din pis əməl sahiblərinin əlində əsir olmuşdur ki, din adı ilə nəfslərinə pərəstiş edir və dünyalarını əldə edirlər”.

8. Məadı unutmaq. İmam Əli (ə) buyurur: “Dünyanın tez ötən zinətləri axirətin cavidan zinətlərindən daha tez sizə nüfuz etmişdir. Dünyapərəstlik, Qiyaməti yadınızdan aparmışdır”.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 322
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri