Allahın ən böyük möcüzəsi - ən qəribə varlıq

Müəllif: Onun_Mələyi
Şərhlər: 3
Baxılıb: 2 841
Səs ver:
(səs: 0)
Əgər sual olunsa ki, Allahın ən böyük möcüzəsi nədir? Deyərik ki, insan. İnsan çox qəribə bir varlıqdır. Kiçik bir cisimdə qərar tutmasına baxmayaraq, bu qədər elmi daşımaq qabiliyyətinə malikdir.

Qadınla.Com bildirir ki, halbuki, mələklər varlıqlarının bu qədər əzəmət və nöqsansız olmağına, baxmayaraq Allaha demişdilər:
"Dedilər:"Sən (bütün eyb və nöqsanlardan) paksan! Bizim Sənin bizə öyrətdiklərindən başqa bir elmimiz yoxdur; doğrudan da, bilən də Sənsən, hikmət sahibi də!".
Allah buyurdu:
"Ey Adəm, onların adlarını (ya onların həqiqətlərini və sirlərini) mələklərə xəbər ver". Elə ki, (Adəm onların) adlarını (ya həqiqətlərini) mələklərə xəbər verdi,
Allah buyurdu:
"Sizə demədimmi ki, həqiqətən Mən göylərin və yerin gizlinliklərini bilirəm vəsizin həm aşkar etdiyinizdən, həm də gizlətdiyinizdən xəbərdaram?!"". ("Bəqərə" 33-34).

Bizim elmimiz Allah tərəfindəndir, həqiqi elm sahibi - Allahdır. O, bu neməti bizə vermişdir. Peyğəmbərlərə (ə), Məsumlara (ə) da O, vermişdir. Həqiqi alim - Allahdır. Biz isə bu elmin daşıyıcılarıyıq."Və (yadına sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: "Həqiqətən Mən yer üzündə bir canişin (Allahın oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin canişini) qoyacağam".
Dedilər:
"Orada fəsad törədəcək və qanlar tökəcək bir kəsi (canişin) qoyursan?! Halbuki, biz Səni kamilliklərləvəsf edərək zikr oxuyur və (bütün eyb vənöqsanlardan) pak bilirik".
Allah buyurdu: "Şübhəsiz, Mən sizin bilmədiyiniz bir şey bilirəm"". ("Bəqərə" 30).Mələklər Allahın onlara verdiyi elmə görədeyirlər ki, insan həmişə fəsad törədir və Allah buyurur ki, siz Mənim bildiyimi bilmirsiniz.
Əslində mələklərin söylədiyi həmin fəsad insanda mövcuddur.
Belə ki, bu ayədə oxuyuruq:
"İnsanların öz əlləri ilə etdikləri (böyük günahlar) üzündən suda və quruda fəsad (zəlzələ, tufan, qıtlıq, xəstəlik, müharibə, qətl, əmniyyətsizlik) aşkar olur.
Bununla (Allah) onlara etdiklərinin bəzisini daddırır ki, bəlkə Allaha tərəf qayıtsınlar" ("Rum" 41).
İnsanın etdiyi günahın təsiri həm qurudavə həm də suda zahir olar. Bu bəlalar insana nazil olan zaman Allah buyurur ki,bunu dadın ki, əməlinizin nəticəsini hiss edəsəniz. Sonra Mənə tərəf qayıdasınız. Yəni, başa düşün ki, fəsad etmək olmaz, fəsad sizin öz ziyanınızadır. Başqa bir ayədə oxuyuruq:
"Sizə yetişən müsibətlər özünüzün qazandığınız günahlara görədir və O, (hələ) onların çoxundan keçir". ("Şura" 30).Beləliklə, deyə bilərik ki, bu qəribə varlıq olan insan alim də ola bilər, fəsad əhli də.Hər ikisi də öz seçimindən asılıdır. Hər ikisi də özünə qayıdar. Alim olarsa xeyiri,fəsad əhli olarsa da ziyanı özünə qayıdar. Allaha heç bir təsiri olmaz.
Lakin Allah bizləri Öz canişini kimi görmək istəmişdi. Bir insan olaraq hər birimizin vəzifəsi bu haqqı yerinə yetirməkdir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 841
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri