Pis adamların zahiri “uğurları”nın səbəbi nədir?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 1 831
Səs ver:
(səs: 0)
Bizim ayələrimizi təkzib edənləri tezliklə tədricən bilmədikləri yerdən (dünya həlakəti və axirət əzabı ilə) yaxalayacağıq. Onlara möhlət verirəm. Həqiqətən Mənim məkr və tədbirlərim möhkəmdir”. (“Əraf” 182-183).

İstidrac sözü iki cür mənalandırılmışdır:

1. Yavaş-yavaş yuxarı qalxan. Dərəcə-dərəcə inkişaf edən.

2. Yavaş-yavaş süqut edən və tənəzzül edən.

Bu dünyada pis iş görənlərə, Allahı inkar edənlərə çatan bütün nemətlər onlar üçün qəflət vasitəsilədir.

Bu nemətlər pis əməl sahibini cəhənnəmə yaxınlaşdırar və bəhanə üçün yer qoymaz. Həmin ayələr də məhz pis adamların istidracına işarə etmişdir.

Uca Allah buyurur ki, bəziləri İlahi hökmə tabe olmur və əməl etmirlər. Onlara nemət verərəm və onları günü-gündən artıraram. Səbəbi budur ki, daha çox qəlfətə düşsünlər və bəziləri hətta belə düşünsün ki, Allah onları başqalarından daha çox sevir.

Bu yolla qəflətə düşər və cəhənnəmə yaxınlaşarlar.

Onlar hətta belə düşünər ki, möminlər tənbəl insanlardır. Ona görə də heç bir neməti bu cür asanlıqla əldə edə bilmirlər. Günü-gündən təkəbbürləri daha da artar.

Allah Təala buyurar ki, Mən onları yaxalayaram, çünki indiyə qədər onlara nə verilmişdir – hamısı möhlət idi.

Ona görə də Allah, haqqı inkar edənlərin malına həsəd aparan bəzi möminlərə xitab edərək, buyurur: “Onların malları və övladları(nın çoxluğu) səni təəccübləndirməsin! (Çünki bu, onlara yaxşılıq etmək və ya onların yaxşı işlərinin mükafatı deyildir).Əslində Allah onlara dünya həyatında o şeylər(i ələ gətirmək və qorumaq) vasitəsilə əzab vermək və canlarının kafir olduqları halda çıxmasını istəyir”. (“Tövbə” 85).

Bu dünyada Allah biz insanlara çox sayda nemətlər verər və alar. Əgər səbəbini bilmək istəyiriksə, gərək əməllərimizə diqqət edək və bu haqda düşünək. Allaha dua edək ki, bizi istidrac etdiklərindən etməsin. Bizi İlahi istidracından amanda saxlasın. (Həvzəh)

Amma əgər insan nemət aldıqca, Allaha şükür edərsə, saleh əməllər edərsə - bu, istidrac deyil, nemətdir. İnsan İlahi neməti, bu neməti verənin bəyəndiyi yerdə sərf etməlidir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 831
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri