Qurani Kərimdən qısa və gözəl bir dua nümunəsi

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 3 277
Səs ver:
(səs: 0)
Quran ilahi maarif kitabıdır. Bu kitab insan həyatının bütün sahələrində onun əlindən tutur, onu zülmətdən nura çıxarır.

Quran maarifinin bir nümunəsi də insana dua ədəbini öyrətməsidir. Bəli duanın əsas şərti dua mərifətinə sahib olmaqdır. Çünki insan özünə və rəbbinə mərifət və agahlıq tapmadıqca qəlb və dil duaya gəlməz.

Quranın, bəndənin dilindən zikr olunan bir ayəsi də Şüəra surəsinin 83-cü ayəsidir:

رَبِّ هَبْ لِي حُكْمًا وَأَلْحِقْنِي بِالصَّالِحِينَ

"Ey Rəbbim! Mənə hökm (elm və hikmət) bəxş et və məni salehlərlə qovuşdur!"

Qeyd olunan bu ayə ulul-əzm peyğəmbər Həzrət İbrahimin dilindən zikr olunur. İbrahim (ə) Allahdan hikmət diləyir və onu saleh bəndələrə qovuşdurmasını istəyir.

"Hökm" sözü barəsində qeyd olunur ki, "hökm" sözü rəhbərlik, elm və mərifət, hikmət mənasında ola bilər. Lakin hökm, hikmətdən də üstün bir mənaya aid edilir. Çünki hikmət haqqla batili ayıran yeganə qüdrətdir. Höküm isə hikmət və agahlıqla haqqın icrasını həyata keçirmək deməkdir. (Təfsiri-nümunə)

Salehlər isə yaxşı əməl sahibləridir. Həmçinin o yaxşı əməllər ki, insana Haqq Təala tərəfindən kəramət, ləyaqət, fəzilət qazandırır. (Ətyəbul-bəyan təfsiri)
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 277
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri