Əməl dəftəri nədir?

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 5 142
Səs ver:
(səs: 1)

 

 

Dünya həyatında davamlı olaraq insanla birlikdə olan və onun etdiklərini yazan mələklər vardır. Qurani Kərim bu mələklər haqqında belə buyurar:

 

"…Halbuki üzərinizdə müşahidə edici mələklər var, şərəfli yazıçı (mələklər). Hər nə etsəniz bilərlər" (əl-Infitar, 82/10-12). "O, (Insan) hər nə söz söyləsə şübhəsiz yanında hazır bir gözçü vardır" (Qaf, 50/18).

Əməl dəftərinə insanın etdiklərini yazan mələklərə Hafaza* (Yaddaş) mələkləri və ya Kiramən katibin * (Şərəfli Yazıçılar) yaxud "Rəqib Atid" deyilmişdir.

Hər insana, öz əməl dəftəri, Axirət günündə veriləcək və insan öz etdiklərini orada şəxsən görüb oxuyacaq. Dəftərləri sağ əl tərəfindən verilən kəslər Cənnətlik bəxtiyarlar, sol tərəfindən və ya arxasından verilən kəslər isə Cəhənnəmlik bədbəxtlər olacaqlar. Bəxtiyarların hesabı ya çox sadə keçəcək və ya onlar heç hesaba çəkilməyəcək; bədbəxtlər isə çox çətin bir hesabla qarşılaşacaqlar. Qurani Kərim bu barədə də belə buyurar:

"….O zaman o vaxt kitabı (əməl dəftəri sağ əlinə verilmiş olan kimsə deyər ki: ‚Gelin kitabımı oxuyun. Çünki mən hesabıma çatacağımı (hesaba çəkiləcəyimi) zənn etmişdim!. Artıq o məmnun bir həyatda yüksək bir Cənnətdədir " (əl-Haqqa, 69/19-22). "Kitabı sol əlinə verilmiş olan isə, deyər ki: ‚Eyvah, kaş ki kitabım mənə verilməsəydi… Hesabının da nə olduğunu bilməsəydim!… Tutun onu dərhal bağlayın onu, sonra Cəhənnəmə atın onu&"(el-Hakka, 69/25-27, 30-31).

Insan, öz əməl dəftərində həyatının bütün təfərrüatını görüncə heyrətlənəcək və Quranın təbiriylə belə deyəcək "Əfsus bizə, bu dəftərə nə olmuş, kiçik böyük buraxmayıb hamısını yığmış… " (əl-Kəhf, 18/49).

Əməl dəftəri insanın dünya həyatındakı öz etdikləri əməllər istiqamətində doldurulduğuna, insan da iradəyə sahib olduğuna görə əməl dəftərinin yaxşı və ya pis şeyləri ehtiva etməsində insanın özü təsirlidir. "Iman edəcək saleh əməl işləyənlərin əməlləri məhv' olmaz. Biz onu yazmaqdayıq. " (əl-Ənbiya, 21/94). Bu barədə başqasını günahlandırmasına yer yoxdur. Arzu edilər ki o dəftər üz ağardıcı səhifələrlə dolu olsun. Üzümüzün ağı olacaq saleh əməllər, o dəftəri bəzəyəcək olanlardır. Bu da ancaq Allahın dinini yer üzündə hakim etmək, bu dini yaşamaq və Allah Rəsulunun göstərdiyi yoldan getməklə əldə edilər.

Tərcümə və Redaktə etdi: PURE LOVE

 

(səs: 1)
Şərhlər: 3
Baxılıb: 5 142
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri