Qiyamət gününün möminlər üçün ən şirin anı

Müəllif: Diablo
Şərhlər: 7
Baxılıb: 4 060
Səs ver:
(səs: 0)
Hədislərdə oxuyuruq ki, o möminlər ki, İmam Əlinin (ə) xüsusi inayəti sayəsində Kövsər suyundan sirab olarlar - onlar işıq sürətilə behiştə gedərlər.
Dünyada bəzi anlar vardır ki, bizim üçün çox mühümdür. Misal üçün, uzun müddət zəhmət çəkdiyimiz bir işin nəticəsini görmək anı kimi. Bu zaman ürəyimiz tez-tez vurmağa başlayar və qorxu ilə yanaşı, ümid də bəsləyirik.

İnsanı həyəcanlandıran həmin anlardan biri də axirətdə Qiyamət günü olacaqdır. Mömin dünyada etdiklərinin nəticəsini görmək üçün gözləyəcək və bu anlarda qorxu ilə yanaşı, ümidə də malik olacaqdır. Bu, elə imtahandır ki, onu bir dəfə verirsən və təkrarı mümkün deyildir.
Əgər qəbul olunsan - mükafatın behişt olacaqdır. Əgər qəbul olunmasan - cəhənnəm atəşində yanacaqsan. Allaha bu günün dəhşətindən pənah aparırıq.
Qurani-Kərim açıq şəkildə deyir ki, Qiyamət günü insanların əməlləri hesaba çəkiləcəkdir. "Biz Qiyamət günü (əqidə, sifət və əməlləri ölçmək üçün) ədalətli ölçü və tərəzilər qoyacağıq. Beləliklə heç kəsə heç bir şəkildə zülm olunmayacaq və onların haqlarından kəsilməyəcək. Əgər (insanın əməli kiçiklik baxımından) xardal dənəsi ağırlığında olsa belə, onu (tərəziyə) gətirəcəyik. Bizim haqq-hesab çəkən olmağımız kifayətdir". ("Ənbiya" 47).

Qiyamət gününün hesabı nə qədər çətin və dəhşətli olsa da, Həzrət İmam Əlinin (ə) davamçıları üçün bir o qədər asan və şirin olacaqdır. Hədislərimiz buyurur ki, məhz onlar işıq sürətilə behiştə daxil olacaqlar. Quranda adı çəkilən Əraf səhabələri məhz onlardırlar. Onlar həmd bayrağının altında qərar tutacaq və başqalarının hesab verməsinə tamaşa edəcəklər. Məhşər səhnəsinə tamaşa etməkdən ləzzət alacaqlar.
Möminlər nə qədər vilayət nurunda qərar tutacaqlarsa, kafirlər bir o qədər zülmətdə qərar tutacaqlar. Onlar Qiyamətin ağır hesablarına dözməli olacaqlar. Onlara verilən suallara cavab verəcəklər. Onlar bu zülmətdə bir-birlərini görə bilməyəcəklər. Quranın da buyurduğu kimi, bədbəxtlik onların nəsibi olacaqdır.
Quran Qiyamət gününü təsvir edən zaman buyurur ki, Qiyamət gününün hesabı pis əməl sahibləri üçün çətin, yaxşı əməl sahibləri üçün asan olacaqdır. Bütün bunların səbəbi isə dünyada gördükləri əməllərdir.

O kəslər ki, dünyada vilayət yolunda irəliləyiblər, onlar Kövsər suyundan içəcək və həmd bayrağı altında qərar tutacaqlar.
O kəslər ki, havayi-nəfslərinin ardıcılı olarlar, onlar Qiyamət günü zülmətdə qərar tutar və ağır hesab verərlər. Nəticədə isə cəhənnəm atəşinə düşərlər.
Beləliklə, deyə bilərik ki, mömin üçün Qiyamət gününün ən şirin anı odur ki, əməllərinin nəticəsini görər və ona görə sevinər. Çünki imtahanda qəbul olunmuşlardan olar və Kövsər suyundan içərək, behiştə daxil olar.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 4 060
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri