Azərbaycan müsəlmanları içində boşanmaq haqqında müxtəlif anlayışlar vardır. Heç şübhəsiz ki, bizim dini və mədəni həyatımızda boşanmaq lap dədə-baba dövrümüzdən bəyənilməyən bir əməl kimi qəbul edilmişdir. Bu günə qədər də insanlarımızın beyinlərində bu münasibət yaşamağa davam edir. Lakin çox təəssüf ki, zamanımızda Şəriətin məqsədlərini anlamayan bəzi cahil müsəlmanlar bu məsələni də insanların gözündə xəfifləşdirməkdən geri qalmırlar. Onların anlamadıqları kəlamları dillərində çevirib durmaqları öz cahilliklərini başqalarına yaymaqla bitmir, əksinə insanları lazımsız anlayışlara və əməllərə sövq edir.