Allahu Əkbər!

Müəllif: Wiyinka
Şərhlər: 5
Baxılıb: 4 724
Səs ver:
(səs: 5)
 
Allaha ucalan ulu bir yolun
İlkin pilləsi "Allahu Əkbər"
Haqqı dananların üzünə dəymiş
Haqqın silləsidir "Allahu Əkbər!"

Göylərin nidası ucalıb yerden
Daim xilas edir xeyiri şərdən
Qüdrətli kamili minarələrdən
Gələn nəğməsidir "Allahu Əkbər!"

Məkana, zamana dövrə o soltan
Odur həqiqətə qapılar açan
Möminlik yolunda qəlbə nur saçan
İman şöləsidir "Allahu Əkbər!"

Odundan əriyər sıra dağları
İşığı bürüyər qaranlıqları
Dönmüş ümidləri, batmış haqları
Bir anda isidir "Allahu Əkbər!"

Dünyanın əzəli borcludur ona
O bir pəncərədir əzəldən sona
Görünməz dünyanın var olduğuna
 İnam müjdəsidir "Allahu Əkbər!"
 
Odur əyriliyə düzün həmləsi
Rəhmin ilk nidası, axır cümləsi
Allahın səsidir vicdanın səsi
Vicdanın səsidir "Allahu Əkbər!"

(səs: 5)
Şərhlər: 5
Baxılıb: 4 724
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri