Elm və din

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 254
Səs ver:
(səs: 1)
Ətrafımıza baxanda gördüyümüz bitkilər, heyvanlar, dənizlər, dağlar, insanlar və hətta görmədiyimiz mikro aləmdəki canlı-cansız hər şey özlərini xəlq edən üstün Ağılın açıq-aşkar dəlilləridir. Bütün kainatda mövcud olan tarazlıq, nizam, qüsursuz yaradılış özlərini yoxdan yaradan üstün bir elm sahibinin varlığını sübut edir. Məhz bu üstün ağıl və elmin sahibi uca Allah`dır. Biz də Allahı Onun yaratdığı varlıqları ətraflı araşdırmaqla daha yaxından öyrənə bilərik.

Elm Allah`ın sənətini, yaratmasındakı üstünlüyü, nöqsansızlığı və möcüzəvi xüsusiyyətləri görməyin yollarından biridir. Hər hansı bir elm sahəsində tədqiqat aparan bir insan əgər bəzi qərəzli fikirlərə sahib deyilsə və ya kor-koranə bir ideologiyaya bağlı deyilsə, gördüyü hər incəlikdə mükəmməl yaradılışı görər və bunun ancaq sonsuz bir ağılın əsəri olduğunu rahatlıqla anlaya bilər. Məhz bu səbəbdən, tarix boyu böyük kəşflər etmiş, elmi inkişafın öndəri olmuş elm adamlarının böyük əksəriyyəti Allah`a yönəlmişdir.
 
Bəzi materialist və ateistlər hər nə qədər cəhd göstərsələr də, açıq-aşkar bir həqiqət var: elmə məlum olan bütün varlıq və sistemləri yaradan Allah`dır. Beləliklə, din və elmin daim harmoniya içərisində olduğu çox açıq həqiqətdir. Bu harmoniyanı göstərən amillərdən biri də keçmişdə və dövrümüzdə yaşayan, ixtiraları ilə bəşəriyyətə mühüm töhfələr vermiş iman gətirən elm adamlarıdır. Allah da Quranın bir çox ayəsində dərin düşünməkdən, elmini araşdırmaqdan, elm sahiblərinin Onun gücünü daha dərindən anladıqlarından belə bəhs edir.
 
Allahdan başqasını özlərinə dost tutanların aqibəti özünə yuva qurmuş hörümçəyin məsəlinə bənzəyir. Yuvaların ən zəifi isə, əlbəttə ki, hörümçək yuvasıdır. Kaş ki, biləydilər!

مَثَلُ الَّذِينَ اتَّخَذُوا مِنْ دُونِ اللَّهِ أَوْلِيَاءَ كَمَثَلِ الْعَنْكَبُوتِ اتَّخَذَتْ بَيْتًا ۖ وَإِنَّ أَوْهَنَ الْبُيُوتِ لَبَيْتُ الْعَنْكَبُوتِ ۖ لَوْ كَانُوا يَعْلَمُونَ
 
Allah göyləri və yeri gerçək olaraq yaratmışdır. Həqiqətən, bunda möminlər üçün bir ibrət vardır. (Ənkəbut surəsi, 41-44)

خَلَقَ اللَّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِلْمُؤْمِنِينَ
 
Allah Özündən başqa ibadətə layiq olan məbudun olmadığına şahidlik etdi, mələklər və elm sahibləri də şahidlik etdilər. Allah əbədi olaraq ədalətli olmaqdadır. Ondan başqa ibadətə layiq olan məbud yoxdur, Qüdrətlidir, Müdrikdir. (Ali-İmran surəsi, 18)

شَهِدَ اللَّهُ أَنَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ وَالْمَلَائِكَةُ وَأُولُو الْعِلْمِ قَائِمًا بِالْقِسْطِ ۚ لَا إِلَٰهَ إِلَّا هُوَ الْعَزِيزُ الْحَكِيمُ

Elmlə məşğul olan, yeni kəşflər edən, kainatın sirlərini aşkara çıxarmağa çalışan bir elm adamı, əslində, Allahın yaratdığı sənəti dərindən araşdıran, ondakı detalları daha yaxşı görən insandır. Buna görə də dinlə elm ayrılmaz bütündür və elm adamı da Allah`ın sonsuz gücünü, sənətini, yaratmasındakı bənzərsizliyi ortaya qoyan şəxsdir. Güman edilənin əksinə, elm adamları Allah`ın yaratdığı sənətlə ən çox məşğul olan fərdlər olaraq Allah`ın varlığını, birliyini ən tez görə bilən şəxslərdəndir.
 
Əsrimizin ən böyük dahi şəxsi sayılan və Allaha inanan Albert Eynşteyn: "Dərin bir imana sahib olmayan həqiqi bir elm adamı təsəvvür edə bilmirəm. Bu vəziyyət belə ifadə etmək olar: dinsiz bir elmə inanmaq mümkün deyil", -deyərək elmin dinə olan dəstəyini dilə gətirmişdir. Allaha inanan ən güclü alimlərdən biri də İsaak Nyuton idi. O, ateizmi təkzib edir və yaradılış hipotezini dəstəkləyən ciddi elmi əsərlər yazdı. O, öz nöqteyi-nəzərini belə xülasə edirdi: "Yaradılış kainatın yaranmasının yeganə elmi izahıdır".

Əgər məqaləmi yekunlaşdırmaq lazımdırsa, bunları bildirmək istəyirəm ki, dini elmsiz, elmi də dinsiz təsəvvür etmək olmaz. Özlərini ateist, materialist adlandıran bəzi insanlar dinin elmə zərbə vurduğunu, xurafatı din qəbul edən bəzi dindarlar da elmin dinə zərər verdiyini iddia edərək elmin varlığını qəbul etmirlər. İslamın əsas mənbəyi olan Qurana baxdıqda isə Allahın insanları hər zaman araşdırmağa, elmə yiyələnməyə, dərin düşünməyə dəvət etdiyini görürük.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 254
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri