Hz. Əlidən (ə) bir neçə hekayə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 408
Səs ver:
(səs: 0)
Bır gün bir nəfər Həzrəti-Əlidən utana-utana soruşur: «Ey Allah Rəsulunun Xəlifəsi! Nə üçün belə köhnə və yamağı olan əba ilə gəzirsən?»-«Qəlbi dünyanın bəzək-düzəyindən təmizlənmiş adamlar möminlərə nümunə olur» — deyə Həzrəti-Əli cavab verir.
 
İmami-Azam Həzrətləri üstünə gəlməkdə olan bir heyvanı görərkən kənara çəkilərək yol verdikdə, yanındakılar — niyə belə etdin?- deyə soruşurlar. İmami-Azam düşünmədən belə cavab verir: «Onun buynuzları, mənim isə ağlım vardır.
 
Bir gün Həzrəti-Əli Əleyhissəlam, mübarək yumruğunu sinəsinə vuraraq belə demişdir: «Bu köksümdə bir çox gizli elmlər vardır. Ah! Kaş bu elmlərlə yüklənib, onları apara biləcək ər-övladlar tapa biləydim.» Və əlavə etmişdir: «Əgər istəsəm, cəmi yeddi ayədən ibarət olan Fatihə surəsinin təfsiri ilə 70 dəvəni yükləyərəm.»
 
Bir gün Elm və Hikmət qütbü Həzrəti-Əli atını minməyə hazırlaşarkən, bir ayağı yerdə, o biri ayağı üzəngidə olduğu halda bir yəhudi riyaziyyatçı ona:«Ey bütün biliklərə sahib olan İmam! Mənə elə bir ədəd de ki, 1-dən 10-a qədər bütün rəqəmlərə bölünsün və qismət qalıqsız olsun». Həzrəti-Əli elm aynası olan parlaq üzünü yəhudi alimə çevirərək «İstədiyin ədədi tapa bilsəm, müsəlman olarsanmı? — Bəli, olaram, ey İmam! Onda həftənin günlərini vur çevrənin tam dərəcəsinə» — o biri ayağına da üzəngiyə keçirib atını mindi.
Yəhudi 7-ni 360-a vurub 2520 ədədini aldı, sonra yenə də fikrində 2520:1=2520; 2520:2=1260; 2520:3=840: 2520:4=630; 2520:5=504; 2520:6=420; 2520:7=360; 2520:8=315; 2520:9=280; 2520:10=252
Heyrət və dəhşətlər içində, yəhudi alim infial edərək: «Ey elmi büllurlardan duru İmam! Verdiyin vədə əməl edib, müsəlman oldum! İslamı qəbul edirəm!» Bir müsəlmanın da artdığından xoşbəxtlik duyan Həzrəti-Əli atını çapıb, gözdən itdi.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 3 408
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri