Bir nəfər şəxs ölüm cəzası ilə cəzalandırılır

Müəllif: yusif♥esnad
Şərhlər:
Baxılıb: 906
Paylaş:
Səs ver:
(səs: 1)
Bir nəfər şəxs ölüm cəzası ilə cəzalandırılır. Həmin şəxsə həyatının bağışlanması üçün sadəcə bir şans verilir. Onun olduğu hücrəyə yaxından tanıdığı bir qadın, bir uşaq və bir də spirtli içki qoyurlar və ölümdən qurtulması üçün 3 şərt müəyyən edirlər: 1) Ya qadına təcavüz et... 2) Ya uşağı öldür... 3) Ya da spirtli içkini iç... Yəni məhkum ölüm cəzasından azad olmaq üçün bunlardan birini etməli idi... Məhkum edilmiş şəxs qarşısına qoyulan şərtlərin əvvəlcə çətin olduğunu düşünsə də bir qədər sonra bu fikrini dəyişir. Ürəyində özü-özünə deyir: "Qadına təcavüz edə bilmərəm. Çünki o mənim ən yaxın dostumun həyat yoldaşıdır... Uşağı öldürə bilmərəm. Çünki mən həyatım boyu heç adicə bir qarışqanı da incitməmişəm. Mən cinayətkar deyiləm... Ancaq o biriləri ilə müqayisədə edə biləcəyim tək şey spirtli içkini içməkdir..." Ölüm cəzasına məhkum edilmiş şəxs bunları ürəyində fikirləşdikdən dərhal sonra spirtli içkini götürərək axıra qədər içib qurtardı. İndiyə qədər heç vaxt birdən-birə bu qədər çox spirtli içki qəbul etməmişdi. İçki ona tez mənfi təsir göstərdi. O, artıq öz davranışlarını idarə etmək qabiliyyətini itirmişdi. Həyatı boyu bir qarışqa belə incitməyən insan bir anda vəhşi heyvana döndü. Öncə spirtli içkinin təsiri altında ən yaxın dostunun həyat yoldaşına təcavüz etdi... Daha sonra isə neçə dəqiqədir ki, ağlayıb səs-küy salan balaca uşağın üzərinə hücum edərək onu boğub öldürdü...

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 906
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv