Cavab: Quranda bu barədə belə buyurulur: "Nə zülm edin, nədə zülmə baş əyin ".
"Bağışlamağınız müttəqiliyə daha yaxındır".
"Bağışlasınlar! Allahln sizi bağışlamağını istəmirsiniz?".
Həzrəti Əli(ə) "Nəhcül-bəlağədə" buyurur: "Allahın hökmünə baş əyəcəkləri ana qədər zalımlarla vuruşun ". Ilk baxımdan belə görünə bilər ki,"vuruş" , bəzən isə " bağışla " deməklə , yuxarıdakı göstərişlər arasında ziddiyyət vardır.Qeyd edək ki, bağışlamağınşəraiti vardır. O zaman bağışlamaq olar ki, bağışlanan tərəf sui-istifadə edib ,öz zülmünü artırmasın .Başqa bir tərəfdən, düşmən yalnız son və qəti qələbədən sonra bağışlana bilər.Çünki tam məğlub edilməmiş düşməndən yeni təhlükələr gözlənilir.
Həzrət Əli (ə) buyurur:"Düşmənə qalib gələndə, bu qələbənin zəkatı olaraq onu bağışla". Amma gücdən düşməmiş düşməni bağışlamaqla, insan razı olanlardan hesab edilə bilər.