Qur'an kəliməsinin mənası oxumaq qiraət
etmək deməkdir. Qur'an ləfzi və mənaları
vəhyə istinad edən, Cəbrayıl (a.s.)
vasitəsiylə son peyğəmbər Məhəmməd (s.a.s)
ə endirilən, qiraətiylə ibadət edilən, özünə
xas xüsusiyyətləri olan Fatihə ilə başlayıb
Nas surəsi ilə bitən ən son səmavi kitabdır.
Qur'anın adları;
Qur'anın yenə Qur'an tərəfindən bildirilən
bir çox adları vardır. Onun ən çox işlənilən
və çox yayılan adı Qur'andır. Bunların bir
qismini misal olaraq qeyd edək:
Əl-Kitab - Qur'anda 230-dəfə işlənir. Bəzi
digər səmavi kitablar üçün də işlənilir.
Ümmül-Kitab - Ana kitab mənasına gələn
bu ad Lövhü-Məhfuz və Fatihə surəsi üçün
də işlənmişdir.
Əl-Furqan - Haqq ilə batili ayıran
deməkdir. Furqan adı altı ayədə işlənir.
Əl-Huda - Hidayət edici deməkdir.
Əz-Zikr - Zikr həm zikr etmək və həm də
şərəf və şərəfli olmaq mənalarına gəlir.
Qur'anın bunlardan başqa Tənzil, Haqq,
Ruh, Burhan, Əziz, Şifa, Hikmət,
Müheymin, Hablullah, Fasl, Bəyan və bir
çox adları daha vardır.
Ayə
Ayə lüğətdə əlamət, ibrət, dəlil, nişan və
yüksək bina kimi mənalara gəlir. Qur'anın
hər cümləsi: bir həqiqət nişanəsi, ibrət
verici bir öyüd olduğu üçün ayə adını
almışdır.
Ayələrin sayı haqqında fərqli rəqəmlər
verilməktədir. Nafiyə görə 6217, Şeybəyə
görə 6214, Kufəlilərə görə 6236, Misirlilərə
görə 6219, Müfəssir Zəməxşəriyə görə isə
ayələrin 6666'dır.
Ayələrin Tərtibi
Ayələrin tərtibi, yəni Qur'andakı yeri və
sıraları Allah tərəfindən bildirilmişdir.
Peyğəmbərimiz (s.ə.s), nazil olan hər ayə və
ayələrin hansı surənin harasına
qoyulacağını bildirirdi. Vəhy katibləri də
onları buna görə yazarlardı. Ayələrin
tərtibində heç bir zaman dəyişiklik
olmamışdır.
İlk və son nazil olan ayələr
İlk nazil olan ayələrin Alaq surəsinin ilk
beş ayəsi olduğu bilinməktədir. Əl-Müdəssir
və Fatihə surələrinin də bu ilk nazil olanlar
arasında yerə aldığına dair rəvayətlər
vardır. Mədinədə ilk nazil olan surə Bəqərə
surəsidir.
Ən son nazil olan ayələrin hansı ayə olduğu
barəsində bir neçə görüş vardır. Aşağıda
zikr edilən ayələrdən hər birinin ən son
nazil olan ayə olduğunu iləri sürən alimlər
vardır. Bəqərə 278, 281, Nisə, 176; Tövbə
128-129; Nur, 1-3 və Maidə 3.
Ən məhşur olan görüşə görə ən son nazil
olan ayə Maidə surəsinin 3-cü ayəsidir.
В«Mən bu gün sizin üçün dininizi
kamilləşdirdim, sizə ne'mətimi tamamladım
və İslamı sizin üçün din olaraq
bəyəndim.В»
Surə
Surə kəliməsi: dərəcə, yüksək rütbə, şərəf,
gözəl bina kimi mənalara gəlir. Bir termin
olaraq surə: Qur'anın ən az üç ayədən
meydana gələn bölümlərindən hər birinə
verilən addır.
Qur'anda 114 surə vardır. Hicrətdən öncə
Məkkədə 86 və Hicrətdən sonra Mədinədə 28
surə nazil olmuşdur. В«Ey insanlarВ» deyə
başlayan surələr Məkkə, В«Ey iman
edənlərВ» deyə başlayan surələr və ayələr
Mədinədə nazil olanlardır.
Qur'anın yazılması
Hər ayə və surə nazil
olduğunda,Peyğəmbərimiz vəhy katiblərini
çağırır və onlara, bu ayələri hansı ayələrin
yanına və hansı surəyə yazacaqlarını
bildirirdi.
Ömərin (r.a) təklifi ilə Zeyd b.Sabitin
başçılığı ilə Əli(r.a), Osman(r.a), Übeyy
b.Ka'b (r.a), İbn Məsud (r.a), Əbu Hureyrə
(r.a), Əbu Dərda (r.a) kimi səhabələrdən
meydana gələn bir komisiya quruldu.
Çalışmalar nəticəsində Qur'an bir kitab
halına gətirildi. İbn Məsudun (r.a) təklifi ilə
Qur'ana Mushaf adı verildi. Bu mushaf
Xəlifə Əbu Bəkrin (r.a) yanında mühafizə
olunmağa başlandı.
Qur'an elmləri
Qur'anın doğru bir şəkildə təfsir
ediləbilməsi üçün lazım olan elmlərə
Qur'an elmləri deyilir.
Əsbabul-Nuzul.
Bir neçə ayənin və ya bir surənin enməsinə
səbəb olan bir sual və ya hadisəyə əsbabı
nüzul deyilir.
Ayənin mənasının hökmünün doğru olaraq
başa düşülməsində nüzül səbəbinin önəmi
böyükdür. Beləki Səhabələr ayələrin nüzül
səbəblərini bildiklərinə görə mənalarını
daha yaxşı başa düşürlərdi. Ancaq hər
ayənin bir gəliş səbəbi var deyə bilmərik.
Əl-Vahidi demişdir: В«Ayənin nüzül
səbəbini bilmədikçə, onu tam olaraq
anlamaq mümkün deyildirВ»
Nəsih-Mənsuh
Nəsihin lüğət mənası: izalə etmək, yox
etmək, dəyişdirmək, nəql etmək deməkdir.
Bir termin olaraq isə: Bir ayənin və ya
hədisin hökmünün, daha sonrakı bir ayə və
hədislə ortadan qaldırmaq mənasına gəlir.
Bir başqa tərif də: Dini bir hökmün, başqa
bir dini dəlil ilə qaldırılmasıdır.
Nəshedən dəlilə nəsih, hökmü qaldırılan ayə
və ya hədisə də mənsuh deyilir. (Təfsir
üsulu s.122)
Bir ayədə nəsihlə əlaqəli olaraq belə
buyrulur:
В«Biz hər hansı bir ayəni dəyişdirir və ya
unutdururuqsa, ondan da yaxşısını və ya
bənzərini gətirirk. Sən bilmirsənmi ki,
Allah hər şeyə qadirdirВ» !В» (Bəqərə
2/106)
Məsələn В«Haraya yönəlirsiniz yönəlin
Allahın qibləsi oradırВ» (Bəqərə 2:115)
ayəsini В«Üzünüzü Məscidil Həram tərəfə
çevirinВ» (Bəqərə 2:144) ayəsinin
nəshetdiyini görürük.
Möhkəm və Mütəşabih ayələr
Qur'andakı ayələrin bir qismi məna
baxımından açıq, digər bir qismi də birdən
çox mənalı olub, anlaşılması başqa bir
səbəbə bağlıdır.
Halal, haram, namaz, oruc kimi əhkamla
əlaqəli olan ayələr, məna baxımından açıq
olan ayələrdir. Bunlara В«Möhkəm aylərВ»
deyilir. Gizliliyi olan ayələrə də mütəşabih
ayələr deyilir.
В«Kitabı sənə nazil edən Odur. Orada qəti
mənalı ayələr vardır ki, bunlar Kitabın
əsasıdır. Başqa ayələr isə oxşar mənalıdır.
Qəlblərində sapma meyli olanlar fitnə fəsad
törətmək, (istədikləri kimi) izah etmək
arzusu ilə oxşar məВ»nalıya uyarlar.
Allahdan başqa isə onun izahını heç kəs
bilməz. Bilikdə möhkəm olanlar deyərlər:
В«Biz ona inandıq, hamısı
Rəbbinizdəndir.В» Bunu ancaq ağıl
sahibləri anlayarlar. (Ali İmran 37)
В«Bu ayələri möhkəm qılınmış bir
kitabdır.В» (Hud 111)
Həqiqət və Məcaz
Kəlimələrin öz mənalarında işlənmələrinə
həqiqət, başqa bir mənada işlənmələrinə də
məcaz deyilir. Qur'ani Kərimdəki kəlimələr,
öz mənalarında işləndikləri kimi, bəzən də
məcazi mənalarında işlədilmişdir.
İslam alimlərinin çoxu Qur'anda məcazın
varlığını qəbul edirlər. Bəzi alimlər isə
Qur'anda məcazın yoxluğunu iddia etmişlər.
Çünki məcaz bir şeyin ifadəsində çətinliyə
düşüldüyündə başvurulan bir yoldur.
Qur'an isə bundan uzaqdır.
Qur'andakı məcaz iki qismə ayrılır:
Əqli məcaz və ya məcaz fi-tərkib. Buna
Bəqərə surəsinin 16-cı ayəsini misal gətirə
bilərik.
В«Onların ticarəti kar vermədi.В»
Buradakı kar vermədi və ticarət kəlimələri,
məcazi mənada işlədilmişdir. Mənası
budur : Onların hidayəti buraxıb, dəlaləti
seçmələri özlərinə heç bir fayda gətirməz.
Lüğəvi məcaz və ya məcaz-fil-müfrəd. Buna
misal olaraq yenə Bəqərə surəsinin 19-cu
ayəsini qeyd edə bilərik.
В«Onlar barmaqlarını qulaqlarına
soxurlar.В»
Əslində barmaqları qulağa soxmaq mümkün
deyildir. Burada barmağın ucu nəzərdə
tutulmuşdur. Dolayısıyla bu bir məcazi
ifadədir.