"Halal" və "haram" dini terminlərdir. Yeyilib içilməsi istifadə
olunması qadağan olunmayan şeyə halal, yeyilib içilməsi və yerinə
yetirilməsi qadağan olunan şeyə isə haram deyilir. Haram olan, yəni
qadağan olunan şeylərin sayı məhduddur. Qadağan olunanların
xaricindəkilər isə halaldır. Başqa sözlə bir şeyin qadağan olunduğunu
bildirilməyibsə, o şey halaldır.
ALLAH-Təala yaxşı, təmiz və insan sağlamlığına faydalı olan şeyləri halal, pis,kirli və zərərli şeyləri isə haram buyurmuşdur.
Qurani-Kərimdə belə buyurulmuşdur:
"Özləri üçün nəyin halal buyurulduğunu (qılındığını) səndən soruşurlar;
de ki, bütün yaxşı və təmiz şeylər sizə halal buyurulmuşdur." (Maidə
surəsi, ayə 14)
ALLAH-Təalanın öz qullarına sonsuz mərhəməti vardır. Onların ömürlərini
sağlam olaraq sürmələrini və özlərini narahat edəcək olan hər şeydən
uzaq olmalarını istəyər. Bunun üçün, onlara zərərli bir şeyi əmr
etməyəcəyi kimi, faydalı bir şeyi də qadağan etməz. O nəyi əmr etmişsə
bizə xeyri olduğu üçün əmr rtmış, nəyi qadağan etmişsə bizə zərəri
olduğu üşün qadağan etmışdır.
Bunu bu şəkildə bilmək və beləcə inanmaq imanlı olmağın xüsusiyyətlərindən biridir.
ALLAHın halal buyurduğu şeylərə haram demək, haram olaraq
bildirdiklərini də halal qəbul etmək bğyük günahdır, hətta kafirlikdir.
Qurani-Kərimdə belə buyurulmuşdur:
"Ey iman gətirənlər! ALLAHın sizə halal buyurduğu pak nemətləri
(özünüzə) haram etməyin və həddi də aşmayın. Doğrudan ALLAH həddi
aşanları sevməz!" (Maidə surəsi, ayə: 87 )
"Dillərinizin yalan ifadələri iə: "bu halaldır,bu haramdır" deməyin;
əks təqdirdə ALLAHa iftira atmış olarsınız. Şübhəsiz ki ALLAHa yalan
uyduranlar əsla qurtula bilməzlər." (Nahl surəsi, ayə: 116)
ALLAHın haram buyurduğu şyə halal demək də o qədər günahdır. Çünki
ALLAH-Təala heç kimə halal və haram qılma səlahiyyəti verməmişdir.
Qurani-Kərimdə belə buyurulmuşdur:
"De ki: ALLAHın öz qulları üşün çıxardığı (yaratdığı) bəzəyi və gözəl
ruziləri kum haram buyurdu? De ki; onlar dünyadakı həyatında
inananlardandır. Qiyamət günü isə yalnız möminlərindir. Başa düşə
bilənlər üçün ayələri belə izah edirik." (Araf surəsi, ayə: 32)
"De ki: ALLAHın sizə verdiyi ruzinin bir qismini halal, bir qismini də
haram qıldığınızı görmürsünüzmü? De ki: ALLAHmı sizə izin verdi ,yoxsa
ALLAHa iftiramı atırsınız? (Yunus surəsi, ayə 59)
Məhz bu ayələrm bizə xəbərdarlıq edir. ALLAHın qoyduğu sərhəddi
aşmamağımızı, halal dediyini halal,haram dediyini də haram qəbul
etməyimizi nəsihət edir.
Haramdan çəkinməyən, halalla harama fərq qoymayan insanın duasını ALLAH
qəbul etməz. Haram qazancla edilən yaxşılığın savabı da olmaz.
Peyğəmbərimiz belə buyurur:
"Ey insanlar, ALLAH təmizdir,yalnız təmizi (halal olanı) qəbul edər.
ALLAH peyğəmbərlərə əmr atdiyini möminlərədə əmr etmişdir (belə
buyurmuşdur)"
"Ey peyğəmbərlər, halal olan şeyləri yeyin və yaxşı iılər görün.
Şübhəsiz ki mən sizin etdiklərinizi bilirəm (Möminun surəsi, ayə: 51)
"Ey möminlər ruzi deyə verdiyimizin halal və təmiz olanları
yeyin"(Bəqərə surəsi, ayə:172)
Peyğəmbərimiz sonra bunları söylədi: "Aylarla səyahət edən, saçı-başı
dağınıq, toz-torpaq içində (olduğu halda) əllərini göyə doğru qaldırıb
"Ya Rəbbi, Ya Rəbbi" deyə dua edən, halbuki yediyi haram, içdiyi haram,
geyindiyi haram olan və haram ilə bəslənmişn olan bu adamın duası necə
qəbul olunacaq?" deyə buyurmuşdur (Müslim, Zekat: 19; Tirmizi,
Tefsiril-Quran: 3)
"Bir nəfər halal qazancından-ALLAH halal maldan verilən sədəqədən başka
heç bir sədəqəni qəbul etməz-bir xurma qədər sədəqə versə, ALLAH o
sədəqəni qəbul edər. Sonra onu, sizin atın balasını (dayçasını)
böyütdüyünüz kimi, sədəqə sahibi üçün böyüdür. Belə ki, o sədəqə dağ
boyda olur" (Buhari, Zekat: 7; Müslim, Zekat: 1)
Bu ayəti kərimə və hədisi şəriflər müsəlman üçün, inanmış insan üçün
halal tikənin və halal qazancın nə qədər əhəmiyyətli olduğunu göstərir.
Qazancı halal olmayan insanın duası ALLAH tərəfindən qənul edilməyəcəyi
kimi, halal olmayan qazancı ilə etdiyi xeyrli işin də bir qiyməti
yoxdur.
Ancaq zəruriyyət haramı mübah (dinə görə edilməsi normal olan, nə
günah, nə də savab olan işlər) hala gətirir. Dinimizdə məcburiyyət
yoxdur. Çünki İslamiyyət insana əziyyət verməyən bir dindir. Bir insan
özündən asılı olmayan səbəblərə haram olan bir şey yeməyə və yaxud haram
olan bir şeyi eləməyə məcbur qalarsa, halal sayılmasa, da öz ehtiyacını
yerinə yetirəcək qədər haram şeylərdən istifadə edə bilər. Bu günah
olmaz. Çünki ayəti-kərimədə haram olan şeylər sayıldıqdan aonra: " Bir
insan bunlardan (haram olanlardan) yeməyə məcbur olarsa, heç kimə hücum
etmədən və sərhəddi aşmadan bir az yeməsi günah deyil". (Bəqərə:
173)-deyə buyurmuşdur.